İnsan əli olmadan doğulan ilk uşaq

 

SÜNİ İNTELLEKT KÖRPƏSİ


İnsan əli olmadan körpə doğulub.
Meksikada ilk dəfə süni intellektin tam şəkildə yerinə yetirdiyi intrasitoplazmatik kişi cinsi hüceyrələrinin inyeksiyası proseduru ilə uşaq dünyaya gəlib. Bu, dünyada ilk hadisədir ki, spermanın yumurtaya yeridilməsi prosesinin heç bir mərhələsi insan əli ilə idarə olunmayıb və bütün prosedur robotlaşdırılmış sistemə həvalə edilib.
Bu layihə üzərində ABŞ və Meksikadan olan alimlər çalışıb. Onların hazırladığı sistem, prosedurun 23 mərhələsini avtomatlaşdırıb, eyni zamanda kişi cinsi hüceyrələrinin yumurtaya yeridilməsi kimi incə və dəqiq prosesləri süni intellekt edib: spermanın seçilməsindən tutmuş mikroinyeksiyalara qədər, bütün proses lazerlərin nəzarəti altında aparılıb.
Eksperiment Meksikadakı “Hope” süni mayalanma klinikasında aparılıb və iştirakçı 40 yaşlı, əvvəlki süni mayalanma cəhdləri uğursuz olan pasiyent olub. 8 donor yumurtasından 5-i süni intellektin köməyi ilə mayalandırılıb, qalan 3-ü isə əl ilə. Hər bir yumurtaya robot təxminən 10 dəqiqə vaxt sərf edib. 5 robotizasiyalı embriondan 4-ü uğurla inkişaf edib. Onlardan 1-i dondurulub və sonradan pasiyentin bədəninə köçürülüb. 9 ay sonra tamamilə sağlam bir oğlan uşağı dünyaya gəlib.

Z nəsli daha az spirtli içki istehlak edir


SƏBƏBLƏRİ MÜZAKİRƏ OLUNUB
Müasir gənclərin, xüsusilə Z nəslinin, əvvəlki nəsillərə nisbətən daha az spirtli içki istehlak etdikləri və bunun səbəbləri müzakirə olunub.
Rusiyanın Səhiyyə Nazirliyinin tədqiqatlarına görə, 15–17 yaşlı yeniyetmələr arasında alkoqol istehlakı son 25 ildə əhəmiyyətli dərəcədə azalıb - oğlanlar arasında bu göstərici 2,2 dəfə, qızlar arasında isə 1,8-dir . Bu dəyişiklik, sosial şəbəkələrin təsiri, sağlam həyat tərzinin yüksələn populyarlığı və dövlətin alkoqol istehlakına qarşı apardığı maarifləndirmə kampaniyalarının nəticəsidir. Sosial şəbəkələrin inkişafı ilə gənclər daha çox sağlam həyat tərzini təşviq edən məzmunlara rast gəlir. Bloggerlər və məşhurlar idman, düzgün qidalanma və psixoloji sağlamlıq mövzularında məlumatlar paylaşaraq izləyicilərini bu istiqamətdə təşviq edirlər. Dövlətin spirtli içki istehlakına qarşı apardığı maarifləndirmə kampaniyaları da bu dəyişiklikdə mühüm rol oynayır. Məktəblərdə və ictimaiyyət arasında alkoqolun zərərləri barədə məlumatlandırma tədbirləri keçirilir.
Qeyd edək ki, spirtli içki məhsullarının qiymətlərinin artması da istehlakı azaldan amillərdən biridir.

ÖTMA səhiyyədə keyfiyyətin idarə edilməsi standartının tətbiqinə dəstək verəcək

Özəl Tibb Müəssisələri Assosiasiyası (ÖTMA) Keyfiyyət Assosiasiyası İB ilə əməkdaşlıqda “Bakı KOB evi”nin dəstəyi ilə “Səhiyyə təşkilatının idarə edilməsi – Səhiyyə təşkilatlarında keyfiyyəti idarəetmə sistemləri – Tələblər” beynəlxalq standartının tətbiqi və sertifikatlaşdırılması üçün Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən təmənnasız maliyyə dəstəyinin göstərilməsi proqramının təqdimatını keçirib.

Tədbirdə ÖTMA üzvü tibb müəssisələri, səhiyyə menecmenti və tibb hüququ üzrə ixtisaslaşmış hüquq şirkətlərinin rəhbərləri, AYİB nümayəndələri iştirak ediblər.

ÖTMA sədri Günel Əliyeva səhiyyə sisteminin inkişafının əsas istiqamətlərindən biri kimi tibb müəssisələrində keyfiyyət standartlarının tətbiqinin əhəmiyyətindən söz açıb. Bildirib ki, bu standartların tətbiqi pasiyent məmnuniyyətini, tibbi xidmətin təhlükəsizliyi, işçilərin profesional inkişafı, resurslardan səmərəli istifadəyə nail olmağa kömək edir. ÖTMA sədri beynəlxalq əməkdaşlığa marağın artırılması və və investisiya cəlbedicliyinin gücləndirməsində keyfiyyət standartlarının tətbiqinin vacibliyini xüsusi vurğulayıb.

 

AYİB nümayəndəsi Samir Həmidov “Səhiyyə və tibb müəssisələrində keyfiyyət infrastrukturunun qurulmasina dəstək” layihəsi haqqında ətraflı məlumat verərək, İSO 7101:2023 beynəlxalq standartının özəl tibb müəassisələrində tətbiqi üzrə təlim, məsləhət xidmətlərinə necə dəstək verəcəklərini açıqlayıb. S.Həmidov, ümumilikdə AYİB-in özəl sektora dəstək mexanizmləri, MDB ölkələrində bu təcrübənin necə tətbiq edildiyi barədə iştirakçıları məlumatlandırıb, sualları cavablandırıb və öz tövsiyyələri ilə bölüşüb.

Keyfiyyət Assosiasiyası İB sədri Samir Novruzlu ISO 7101:2023 standartının məzmunu, əsas prinsipləri və tətbiq sahələri barədə təqdimatla çıxış edib. Ətraflı məlumat verərək, sualları cavablandırıb. S. Novruzov həmçinin, keyfiyyət standartlarının tətbiqi, idarəetmənin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycanda özəl tibb müəssisələri ilə həyata keçirilən təcrübələr haqqında məlumat verib.

ÖTMA sədri Günel Əliyeva xüsusi olaraq qeyd edib ki, ÖTMA üzvləri üçün ISO 7101 standartını 90% güzəştlə təqdim edilməsi və standartın tətbiqi ilə əlaqədar ödənişsiz təlimlərin təşkili razılaşdırılıb.

Həmçinin, “SƏHHƏT” klinikasınin direktoru Dr. Malik Kərimov, “SAĞLAM AİLƏ” Tibb Mərkəzlərinin direktoru Dr. Vüqar Eyvazov AYİB və ilə Keyfiyyət Assosiasiyası İB ilə həyata keçirdikləri layihələr haqqında təcrübələriylə bölüşüblər.

 

ÖTMA üzvləri, eyni zamanda Assosiasiyanın 2025-ci il üçün Fəaliyyət Planının icrasını müzakirə ediblər. Fəaliyyət Planı özəl tibb müəssisələrinin personalının bilik və bacarıqlarının artırılması, sağlam rəqabət mühtinin yaradılması, icbari sığorta sisteminin inkişafına, əhalinin maarifləndirilməsi, əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətinin həyata keçrilməsinə dəstək verilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi təşəbbüslərini əhatə edir.

 

 

 

2-ci Beynəlxalq Elmi-Praktik simpozium

 

Bakıda 2-ci Beynəlxalq Elmi-Praktik simpozium keçirilib. The Ritz-Carlton otelində keçirilən tədbir “Xroniki xəstəliklərin diaqnostika və müalicəsinə müasir yanaşma” mövzusuna həsr olunub. Simpoziumun əsas məruzəçilərindən biri beynəlxalq dərəcəli spiker, Kolumbiyanın Javeraniya Universiteti “İnteqrativ Təbabət” kafedrasının professoru Arturo O.Birne olub. Kolumbiyalı professor “Xroniki xəstəliklərin diaqnostikasında 5 element nəzəriyyəsi” mövzusunda çıxış edib.


Xatırladaq ki, professor Arturo O.Birnenin simpoziumdan əvvəl Azərbaycan Tibb Universitetinin professor və müəllim heyəti ilə görüşü olub.14-18 aprel tarixlərində isə Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində həm mədə-bağırsaq sistemi xəstəlikləri, allergiya, ateroskleroz, podaqra və metabolik sindrom pozulmalarından əziyyət çəkən pasientləri qəbul edib, həm də yerli həkimlər üçün seminar keçirib.

 


“Xroniki xəstəliklərin diaqnostika və müalicəsinə müasir yanaşma” elmi-praktik simpoziumun spikerləri T.E.D., professor Fikriyyə İbrahimli, T,E,D., ATU-nun mama-ginekologiya kafedrasının professoru Natəvan Axundova, Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin həkimləri terapevt Arzu Musayeva, qastroenteroloq Arzu Quliyeva, uzman pediatr Lalə Nəsirova da məruzələrində inteqrativ tibblə bağlı yeni müalicə metodlarından bəhs edib və praktik təcrübələrni paylaşıblar.

 

 

Azərbaycana gətirilən 56 ton pomidorda virus aşkarlanıb


İDXAL EDƏN MÜƏSSİSƏYƏ MƏHDUDİYYƏT QOYULUB

Türkmənistandan Azərbaycana idxal edilən 56 ton pomidorda virus aşkarlanıb, məhsulu idxal edən müəssisəyə məhdudiyyət qoyulub.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA)məlumat verilib.
Bildirilib ki, “Katora 44” MMC-nin Türkmənistandan idxal etdiyi 56 ton pomidor məhsulundan nümunələr götürülərək müayinələrə cəlb olunub. Nümunələrin laborator müayinəsi nəticəsində məhsulda qonur qırışıqlıq virusu (Tomato brown rugose fruit virus) aşkarlanıb.
Faktla bağlı məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib. Hazırda aşkar olunmuş halla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək, istehsalçı şirkətə məhdudiyyət tətbiq edilib və Türkmənistanın müvafiq qurumuna virus aşkarlanmış təsərrüfatda sağlamlaşdırıcı tədbirlərin görülməsi barədə bildiriş məktubu göndərilib.

Duzlu yeməklər depressiyaya səbəb olur


ARAŞDIRMA
Çox duzlu qidalanma depressiyaya səbəb olur. Bunu siçanlar üzərində aparılan araşdırma göstərib.
Alimlər siçanlar üzərində apardıqları araşdırmada müəyyən edib ki, çox duzlu yeməklər beyində bəzi dəyişikliklərə səbəb olur və əhval korlayır. BU mənfi təsirin səbəbi isə "IL-17A" adlanan zülaldır. Bu maddə bədəndə immun sistemə aiddir və çox duzlu qidalar onun miqdarını artırır. Araşdırmada IL-17A səviyyəsi yüksək olan siçanlar daha çox narahatlıq və depressiya əlamətləri göstərib.
Amma maraqlısı odur ki, bu zülalı istehsal edə bilməyən siçanlara çox duz versələr də, onlarda heç bir depressiya əlaməti müşahidə olunmayıb. Bu da göstərir ki, depressiyanın səbəbi birbaşa bu zülaldır.
Nəticədə, çox duzlu yeməklər yalnız qan təzyiqinə deyil, həm də psixoloji sağlamlığa mənfi təsir göstərə bilər. Alimlər gələcəkdə bu sahədə yeni müalicə yolları tapmağı planlaşdırır.

Atanın pis davranışının nəticələri açıqlanıb

 

ARAŞDIRMA APARILIB

Əgər atada olan depressiyaya diaqnoz qoyulmasa və ya müalicə olunmazsa, bu, uşaqlar üçün sosial və davranış baxımından mənfi nəticələrə səbəb ola bilər. Bu fikirlər Rutgers Sağlamlıq Təşkilatının yeni araşdırmasının “American Journal of Preventive Medicine”də dərc olunan məqaləsində bildirilib.  

Alimlər "Ailələrin Gələcəyi və Uşaq Rifahı Tədqiqatı" təşkilarının məlumatlarını təhlil edib. 

5 yaşında atalarını daim kədərli, depressiyaya düşmüş görən uşaqların növbəti illərdə çəkingən, narahat, təşvişli və qəzəbli olma ehtimalı əhəmiyyətli dərəcədə yüksək olub. Bu uşaqların 9 yaşındakı davranışları müəllimlərinin sorğulara verilən cavablara əsasən formalaşdırılıb. 

Məlum olub ki, uşaq bağçasına gedən zaman atalarının depressiyasına məruz qalan uşaqlarda 9 yaşında davranış problemləri və zəif sosial bacarıqların olma ehtimalı xeyli yüksəkdir.

25-ci mərtəbədən yıxılan qız sağ qaldı

YERƏ DƏYƏN KİMİ AYAĞA QALXIB

9 yaşlı qızı 25-ci mərtəbədən yıxılıb, amma sağ qalıb.

Çin mətbutının məlumatına görə otaq istidir deyə, pəncərəni açmağa cəhd edən uşaq müvazinətini itirərək yıxılıb. Lakin 7-ci mərtəbədə ilişərək qalıb. Qonşu uşağın yıxıldıqdan sonra ayayıxıldıqdan s

Uşağı 7-ci mərtəbədə yaşayan qonşu tapıb. O, iddia edib ki, balaca yıxılan kimi ayağa qalxıb, yeməyə cəhd göstərib. Lakin şiddətli ağrılar səbəbindən dayana bilməyib. 

Hazırda azyaşlının bədənində çoxsaylı sınıqlar olsa da, səhhəti yaxşılaşır.

Yaşıl bananların inanılmaz faydası açıqlanıb

Yaşıl bananların müntəzəm istehlakı kolorektal xərçəng riskini əhəmiyyətli dərəcədə azalda bilər.

El Espanol"a istinadla verdiyi məlumata görə, bu barədə ispan həkimi Uilyam Arias məlumat verib.

Mütəxəssisin sözlərinə görə, yaşıl bananlar rezistent nişasta adlanan xüsusi karbohidrat növü ilə zəngindir. Bu maddə nazik bağırsaqda həzm olunmur və qalın bağırsağa düşərək orada prebiotik kimi fəaliyyət göstərir. Nəticədə bağırsaq mikroflorası normallaşır və hüceyrələri iltihabdan, həmçinin bədxassəli dəyişikliklərdən qoruyan qısa zəncirli yağ turşularının istehsalı artır.

Uilyam Arias qeyd edib ki, yaşıl bananların faydaları bununla bitmir. Onlar həmçinin xolesterol səviyyəsini azaltmağa kömək edir, ikinci tip şəkərli diabetin inkişafının qarşısını alır, piylənmə ilə mübarizədə effektivdir.

Maraqlıdır ki, yetişmiş bananlar eyni təsirə malik deyil. Mütəxəssis bildirir ki, bir qədər "kal" bananlar tam yetişmiş bananlara nisbətən daha az şəkər və kalori ehtiva edir, eyni zamanda onlarda faydalı qida liflərinin səviyyəsi yüksək qalır.

Nikah öncəsi müayinə vacibdirmi?

HƏKİM_HEMATOLOQ AÇIQLAYIR


Nikah öncəsi müayinə önəmlidirmi? Sualı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin rəsmi sehiyye.gov.az saytına müsahibəsində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim-hematoloqu Nərmin Verdiyeva verib.


Nikah öncəsi tibbi müayinə irsi və yoluxucu xəstəliklərin qarşısının alınmasında vacib rol oynayır. Belə müayinələrin məqsədi evlənəcək cütlüklərin sağlamlığını təmin etməklə yanaşı, gələcək nəsillərdə irsi xəstəliklərin yaranmasını azaltmaqdır, deyə həkim bildirib.
Mütəxəssis nikah öncəsi müayinələr nəticəsində daşıyıcıların müəyyən edildiyini, müvafiq məsləhət verildiyini və xəstə uşaqların doğulmasının əhəmiyyətli dərəcədə azaltdığını qeyd edib.
“Cütlüklər müayinədən keçərək, sağlam ailə planlaması edə bilirlər. Evlilikdən əvvəl xəstəlik riskini bilməklə daha düzgün qərarlar qəbul edirlər”, deyə Nərmin Verdiyeva bildirib.

Qeyd edək ki, talassemiyanın profilaktikası məqsədilə 2015-ci il iyun ayından etibarən bütün nikaha daxil olan cütlüklər talassemiya daşıyıcılığına görə müayinə olunurlar. Hər iki tərəfin də daşıyıcı olduğu hallarda cütlük həkim hematoloq, ginekoloq və genetikin konsultasiyasına yönləndirilir, gələcəkdə talassemiya xəstəsi övladın doğulmaması üçün diqqət etməsi gərəkən məqamlar ətraflı izah olunur.

Tanımadığı kişidən uşaq dünyaya gətirdi

 

UŞAĞIN ATASI BİLİNMİR
Avstraliyalı qadın klinikanın əməkdaşlarının səhvi ucbatından yad kişidən körpə dünyaya gətirib.
Körpə 2024-cü ildə doğulub, lakin gerçək indi ortaya çıxıb.
Qadına öz həyat yoldaşının yox, başqa bir xəstənin embrionunu yerləşdiriblər.
Monash IVF klinikasının cümə günü verdiyi açıqlamada, qarışıqlıq fevral ayında Brisbendəki bir klinikanın doğum valideynlərinin anbarda çoxlu embrion olduğunu aşkar etdiyi zaman aşkar edildi.
Xəstəxana işçiləri başqa bir xəstənin embrionunun səhvən əridildiyini və bioloji anaya köçürüldüyünü aşkar etdilər, sözçü deyib.
ABŞ, Böyük Britaniya, İsrail və Avropa da daxil olmaqla, əvvəllər də nadir hallarda embrion qarışıqlıq halları bildirilmişdi.

Kürən ,sarışın, yoxsa qarışın?

HƏKİM XƏRÇƏNGƏ ƏN ÇOX MEYİLLİ OLANLARIN KİMLƏR OLDUĞUNU AÇIQLADI

"Dəri xərçənginin ən təhlükəli forması olan melanoma riski kürən saçlı insanlarda qaraşınlarla müqayisədə təxminən dörd dəfə, sarışınlarda isə 1.5 dəfə yüksəkdir. Bu, həm genetik meyillə, həm də dərinin fototipi ilə bağlıdır". Bu barədə tanınmış rusiyalı onkoloq Vadim Maklakov xəbərdarlıq edib.
Onun sözlərinə görə, melanoma dəriyə rəng verən melanositlərdən inkişaf edir. "Xəstəlik tez metastaz verdiyinə görə çox aqressiv sayılır. Təkcə dəri deyil, selikli qişalarda, o cümlədən mədə-bağırsaq traktında, gözlərdə və cinsiyyət orqanlarında da yarana bilər", - deyə o bildirib.
Həkimin sözlərinə görə, uğurlu əməliyyatdan sonra belə, bəzi hallarda xəstəlik ilk il ərzində təkrar baş verə bilər. Maklakov qeyd edib ki, bu xəstəlik xüsusilə günəş vannalarından sui-istifadə edənlər və tez-tez solyariyə gedənlər arasında daha çox yayılıb. "UV şüaları (həm UVA, həm də UVB) dəridə immun hüceyrələrin fəaliyyətini zəiflədir, bu da xərçəng riskini artırır" , - deyə o əlavə edib.
Onkoloq vurğulayıb ki, erkən diaqnoz xəstəliyin uğurla müalicəsində əsas faktordur: "Əgər kiçik ölçülü şiş erkən aşkar olunarsa, 5 illik sağ qalma göstəricisi 90%-dən çoxdur. Lakin şişin qalınlığı 3.5 mm-dən böyükdürsə, bu göstərici 48%-ə enir. Əgər xəstəlik metastaz veribsə, orta ömür müddəti 5-9 ay təşkil edir" , - deyə o izah edib.
Bu səbəbdən, həkim 40 yaşına qədər hər 3 ildən bir, 40 yaşdan sonra isə hər il dəriyə skrininq müayinəsi keçməyi tövsiyə edib.

Həkim 15 xəstənin qətlində ittiham olunur


XƏSTƏLƏRİN RAZILIĞI OLMADAN MADDƏLƏR TƏTBİQ EDİB
Berlin şəhərində palliativ yardım, yəni sağalmaz xəstələrin son mərhələsində tibbi və psixoloji dəstək göstərilən şöbədə çalışan həkim, 15 pasientin qətlində ittiham olunur.
40 yaşlı həkimin xəstələrə qulluq edən briqadanın tərkibində işlədiyi dövrdə, xəstələrin razılığı olmadan onlara anestezik və miorelaksant (əzələ boşaldıcı) maddələr tətbiq etdiyi iddia edilir. Prokurorluqdan bildirilib ki, , bu maddələrin birləşimi tənəffüs çatışmazlığına və qəfil ölümə səbəb olub. Qurbanların yaşı 25-dən 94-ə qədər olub.
Qeyd edək ki, Almaniyada qətl üçün nəzərdə tutulan cəza — ömürlük həbsdir.

Dünəndən qalan suşi rollarını yemək olmaz!


FİKİR AYRILIQLARI YARANIB
Dünəndən qalan suşi rollarını yemək olmaz! Bu ciddi qida zəhərlənməsinə, daha pisi isə ölümə səbəb olur. Suşi rolların tərkibində konservantlar olmadığı üçün, onlar hazırlanma anından etibarən 4 saat ərzində yeyilməlidir.
Yapon mətbəxində ixtisaslaşmış aşpazın bu çıxışı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Bu barədə müsahibə verən bir neçə diyetoloq-nutrisoloq aşpazın açqıalamsının doğru olmadığını bildirib. Onlar
“Yemək olar, amma ehtiyatla”, deyə bildirib. Əgər rollar dərhal soyuducuya təxminən +4°C temperaturda qoyulubsa, ertəsi gün yemək üçün təhlükəsiz olur. Əgər rollar xüsusilə çiy balıqla olanlar, 2 saatdan çox soyuducudan kənarda qalıbsa, risq etməyə dəyməz. Bu kifayət qədər ziyanlı bakteriyalar toplıusudur və onları orqnizminizə daxil etmək heç də yaxşı fikir deyil, deyə həkimlər xəbərdarlıq edib.

Zədələr və Travmalarda Traumaeel

 

Gündəlik həyatımızda idman, ev işi, ya da sadəcə təsadüfi hərəkət nəticəsində əzələlərimizdə, oynaqlarımızda və toxumalarımızda müxtəlif zədələr və travmalar baş verə bilər. Belə hallarda ağrının və şişin azaldılması, iltihabın qarşısının alınması və bərpa prosesinin sürətləndirilməsi üçün düzgün müalicə üsulu seçmək olduqca vacibdir. Son illərdə həm peşəkar həkimlər, həm də təbii müalicə tərəfdarları Traumeel preparatını bu məqsədlə effektiv vasitə kimi tövsiyə edirlər.

 

Traumeel nədir?

Traumeel – təbii tərkibli, çoxkomponentli homeopatik preparatdır. Almaniyanın Heel şirkəti tərəfindən istehsal olunur. Tərkibində arnika, calendula, hamamelis, echinacea və digər bitki və mineral mənşəli maddələr yer alır. Traumeel, zədə və travma zamanı bədənin təbii özünü sağaltma mexanizmini dəstəkləyərək müalicə prosesini sürətləndirir.

 

✅ Traumeel-in Zədə və Travmalarda Üstünlükləri

1. Ağrıkəsici və iltihabəleyhinə təsir

Traumeel tərkibindəki arnika və belladonna ekstraktları sayəsində zədələnmiş nahiyədəki ağrını və iltihabı azaldır. Steroid və sintetik iltihabəleyhinə dərmanlardan fərqli olaraq, bu təsiri təbii yollarla və əlavə yan təsirsiz göstərir.

 

2. Şişin (ödemin) qarşısını alır

Travmadan sonra yaranan toxuma ödemləri, hematomlar (göyərmələr) və şişkinliklər Traumeel-in aktiv komponentləri ilə daha sürətli çəkilir. Bu da hərəkət qabiliyyətinin daha tez bərpasına kömək edir.

 

3. Yumşaq toxuma və əzələ bərpasını sürətləndirir

Əzilmə, dartılma və əzələ gərginliklərində Traumeel regenerasiya (bərpa) prosesini aktivləşdirir. İdmançılar arasında geniş istifadə olunmasının əsas səbəblərindən biri də budur.

 

4. Antibakterial və immunomodulyator təsir

Traumeel tərkibindəki echinacea və mercurius solubilis sayəsində yerli immuniteti gücləndirir, infeksiya riskini azaldır.

 

5. Təbii, təhlükəsiz və uşaqlarda istifadə oluna bilər

Kimyəvi dərmanlardan fərqli olaraq, Traumeel yan təsir riski çox az olan homeopatik vasitədir. Hətta 2 yaşdan yuxarı uşaqlarda belə təhlükəsiz şəkildə istifadə edilə bilər.

 

Traumeel hansı hallarda istifadə olunur?

Yumşaq toxuma zədələri (əzilmə, dartılma)

 

İdman travmaları

 

Oynaq və əzələ ağrıları

 

Şişkinlik və göyərmələr

 

Post-operativ reabilitasiya dövrü

 

Bel, boyun və kürək ağrıları

 

Traumeel bir neçə formada mövcuddur:

 

Maz və gel – yerli tətbiq üçün

Tabletka – daxilə qəbul üçün

Ampula – inyeksiya üçün (həkim nəzarəti altında)

 

Zədə və travmalarda maz və ya gel forması daha çox istifadə olunur.

 

📌 İstifadə qaydası (maz/gel):

Zədələnmiş nahiyəyə gündə 2-3 dəfə nazik təbəqə halında çəkilir.

 

Dairəvi masaj hərəkətləri ilə dərinin içinə yedirilir.

 

Sarğı ilə bağlamağa ehtiyac yoxdur, lakin istəsəniz yüngül tənziflə örtə bilərsiniz.

 

Əks göstərişlər və ehtiyat tədbirləri

Məhsulun komponentlərinə qarşı allergiyası olan şəxslər istifadə etməməlidir.

 

Açıq yaralara birbaşa tətbiq olunmamalıdır.

 

Hamiləlik və laktasiya dövründə həkim məsləhəti ilə istifadə edilməlidir.

 

Traumeel, zədə və travmaların müalicəsində həm təbii, həm də effektiv bir alternativdir. Onun təbii tərkibi, iltihab və ağrıkəsici xüsusiyyətləri, az yan təsir riski və bərpaedici gücü sayəsində bir çox insanlar və həkimlər tərəfindən etibarlı şəkildə istifadə olunur. Gündəlik aktiv həyat tərzi keçirənlər, idmançılar və uşaqlı ailələr üçün dərman dolabında mütləq yer almalıdır.

Dişləri qıcayırsınızsa, xəstəliyiniz var

HƏKİM XƏBƏRDARLI EDİR

Çənənin qeyri-iradi sıxılması və dişləri qıcamaq xəstəlik əlamətidir.
bruksizm, adətən yuxuda baş verir.
Bu hal bəzən sinir sistemi pozuntularının ilkin əlaməti ola bilər
Bu fikirləri rusiyalı uşaq nevroloqu Nataliya Stepanenko mətbuata verdiyi müsahibədə bildirib.
Həkimin sözlərinə görə, bruksizm təkcə dişlərin qıcırtı səsləri ilə deyil, çənə ağrısı, baş ağrısı və diş zədələnmələri ilə də müşayiət oluna bilər:
"Əgər müalicə olunmasa, bu, diş minasının aşınmasına və dişlərin düzgün düzülməməsinə səbəb ola bilər", - deyə o bildirib.
Nevroloqun sözlərinə görə, bruksizmin səbəbləri stres və emosional gərginlik,
pilepsiya və Parkinson xəstəlikləri, Kəllə-beyin travmaları, stomatoloji problemlər; kofein, alkoqol və bəzi dərman preparatlarının qəbulu ola bilər.

Autizm epidemiyası yayılır


XƏSTƏLİKLƏRƏ NƏZARƏT VƏ QARŞISININ ALINMASI MƏRKƏZİ
CDC deyir ki, autizm nisbəti 31 uşaqdan birinin səviyyəsinə çatıb. Həzrda “Autizm epidemiyası” söz birləşməsinə daha sıx rastlanır.
Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin açıqladığı məlumatlara görə, ABŞ-da hər 31 uşaqdan birinə 8 yaşına qədər autizm spektri pozuntusu diaqnozu qoyulacaq.
Hesabat CDC-nin Autizm və Əlilliklərin Monitorinqi Şəbəkəsi tərəfindən hazırlanıb, bu, həkimlərin 4-8 yaş arası uşaqlar arasında autizm spektri pozuntularının yayılması və diaqnozu haqqında məlumat verən iki illik nəzarət proqramıdır.
Məlumatlar 14 ştatda 16 saytdan toplanıb.
Yeni hesabata görə, autizm 4 yaşındakı 34 uşaqdan 1-nə təsir edir. Oğlanlara qızlara nisbətən üç dəfə çox autizm diaqnozu qoyulur.
Diaqnozlar qaradərili uşaqlar və İspan uşaqlar arasında ağdərili uşaqlara nisbətən daha çox yayılıb, deyə məlumatda bildirilir.

Müraciətlərin çoxu ailə daxili münasibətlərlə bağlıdır


PSİXOLOQ AÇIQLAYIR
Azərbaycanda psixoloqa müraciət etməyə məcbur olanların əksəriyyəti ailədaxili münaqişə yaşayanlardır. Evdən kənarda neqativə tab gətirmək nisbətən daha asandır. Amma evin içində, dogma bildiyin insanlarla uzunmüddətli gərginlik psixikanı ciddi şəkildə zədələyir.
Bu mövzuda STV xəbərə müsahibə verən KLİNİK PSİXOLOQ UZM. AYSEL QARAYEVA ailədaxili münasibətlərdə qarşılıqlı hörmət və emosional dəstəyin psixika üçün həyat əhəmiyyətli amillər adlandırırb.
Psixoloq övlad-valideyn münasibətlərini xüsusilə vuğrulayıb.
SİNXRON
UZM. AYSEL QARAYEVA bildirib ki, münasibətlərdə gərginlik yaşandıqda, bu vəziyyətin ailə üzvlərinin psixoloji sağlamlığına mənfi təsir etməməsi üçün vaxtında mütəxəssis dəstəyi almaq vacibdir.

Təbiətə meydan oxuyan pomidorlar


VƏ YA “İYUN ÇİYƏLƏKLƏRİ” APRELDƏ SATIŞDA!
Artıq yazın dadını fevralda, yay meyvələrini isə yazın əvvəllərində dada bilərik – sağ olsun, “çox səbirli” fermerlər və “təbii qidalanma”ya can atan marketlər. Vaxtından əvvəl yetişdirilən meyvə və giləmeyvələr bazarları zəbt edib. Apreldə ortaya çıxan “iyun çiyələkləri”, martda rəflərdə boy göstərən pomidorlar bir möcüzə kimi qarşılanır. Elə bil təbiət deyib: “Mənim nə işim var, seraların və kimyəvi gübrələrin işini görsünlər.”
Mütəxəssislər xəbərdarlıq edir: bu meyvələrin görünüşü göz oxşasa da, tərkibi sağlamlıq üçün risk daşıya bilər. Amma boş verin, əsas odur ki, Instagram-a gözəl şəkil çıxsın, deyilmi?
Braziliyanın Sao Paulo Universitetinin tədqiqatçıları isə çiyələyi uzun müddət saxlamağın qeyri-adi üsulunu açıqlayıb.
Onlar antioksidantlarla zəngin olan nar qabığının ekstraktlarından istifadə edərək, yeyilə bilən örtük hazırlayıb. Onlar dərin eutektik həlledicilərdən istifadə edərək çıxarılıb, sonra jelatin və xitozanla (dəniz məhsulları tullantılarından) qarışdırılıb. Hazırlanan örtük çiyələyə batırılaraq tətbiq olunur. Laboratoriya şəraitində aparılan təcrübələrə əsasən, bu örtüklə işlənmiş çiyələklər 6–8 gün ərzində təzə qalıb.

Smartfon çəçələ barmağın düşmənidir

“ÇƏHRAYI SİNDROM” – MÜASİR ZƏDƏ, YOXSA XƏSTƏLİK
Telefonunuzu hər gün kiçik barmağınızla tutsanız, ona əməliyyat tələb oluna bilər.
“Smartfon çəhrayı sindromu” adlı yeni xəstəlik mütəxəssislərin müzakirə mövzusuna çevrilir. Bəzi ekspertlər bu vəziyyətə travmatik zədə kimi baxır, bəziləri isə xəstəlik hesab edirlər. Telefonları müntəzəm olaraq çəçələ barmağı ilə dəstəkləyici formada tutaraq istifadə edən insanlar zaman keçdikcə bu barmağında deformasiya və ağrı hissi yaranır.

3 yaşlı qız quş qripindən ölüb

MEKSİKADA TƏSDİQLƏNMİŞ İLK HADİSƏ
3 yaşlı qız quş qripinə yoluxaraq, ölüb. Meksika səhiyyə orqanları bildirib ki, bu, ölkədə quş qripi ilə bağlı təsdiqlənmiş ilk hadisəsidir. Qızın virusa necə yoluxması isə, hələ də məlum deyil.
Səhiyyə Nazirliyi bildirib ki, infeksiya tənəffüs orqanlarında fəsadlara səbəb olub və pasient dərhal xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, A (H5N1) tipli qrip virusu ABŞ-da heyvanlar və bəzi insanlar arasında yayılır, bu da virusun mutasiya edərək insanlar arasında daha asan ötürülə biləcəyi ilə bağlı narahatlıqlar yaradıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə isə, son 1 il ərzində ABŞ-da 70 yoluxma halı qeydə alınıb.

İdman xərçəng riskini necə azaldır?


ARAŞDIRMA
Böyük Britaniya və Amerika alimlərindən ibarət bir qrup fiziki fəallıq ilə onkologiya xəstəlikləri arasındakı əlaqə haqqında geniş tədqiqat aparıb. Araşdırmada Böyük Britaniyanın 63 yaşında olan 85 000 sakini iştirak edib.
Bir həftə ərzində iştirakçıların aktivlik səviyyələrini qeyd edən akselerometrlər taxılıb. Daha sonra məlumatlar işlənərək, iştirakçıların sağlamlıq vəziyyəti 5 ildən çox müddətə izlənilib. Nəticədə, ən aktiv həyat tərzi keçirənlərin 26%, yüngül fiziki fəaliyyət riski 6%, orta və intensiv məşqlər isə 13% xərçəngə tutulma ehtimalın az olduğu məlum olub.
Alimlərin fikrincə, bu tədqiqat, hərəkətin təhlükəli xəstəliklərin qarşısının alınmasında əsas amillərdən biri olduğunu bir daha sübut edib.

Qulaqlıqla musiqiyə nə qədər müddət qulaq asmaq olar?


HƏKİM İZAH EDİB
Mütəxəssislər 60/60 qaydasına riayət etməyi tövsiyə edir. Musiqiyə fasiləsiz olaraq maksimum 60 dəqiqə, 60% səs səviyyəsində qulaq asmaq, sonra isə 5–10 dəqiqəlik fasilə vermək lazımdır. Əgər siz daha yüksək səsə üstünlük verirsinizsə, bu halda gündəlik dinləmə müddəti 30 dəqiqədən çox olmamalıdır.” Bu barədə otorinolarinqoloq-surdoloq Larisa Vılejanina məlumat verib.
“Təhlükəsiz hesab edilən səs səviyyəsi maksimumun 60%-i keçməməlidir. Əgər siz musiqiyə daha yüksək səslə, xüsusilə də 85 desibeldən yuxarı səviyyədə qulaq asırsınızsa, eşitmə qabiliyyətinizin zədələnmə riski əhəmiyyətli dərəcədə artır. Əgər musiqi dinlədikdən sonra qulaqlarınızda cingiltı və ya uğultu hiss edirsinizsə, nitq və ya digər səsləri əvvəlkindən daha çətin ayırd etməyə başlayırsınızsa bu, səsin çox yüksək olduğunun əlamətidir. Bu kimi simptomlar eşitmənin zədələndiyindən xəbər verir və belə halda həkimə mümkün qədər tez müraciət etmək vacibdir” — deyə həkim izah edib.

Kolumbiyalı professor İnteqrativ Təbabət mövzusunda elmi seminarlar keçirəcək

 

Azərbaycan Tibb Universitetində 14-15-16 aprel tarixlərində İnteqrativ Təbabət mövzusunda elmi seminarlar keçiriləcək. Seminarlar tanınmış kolumbiyalı alim, Javeriana Universitetinin (Kolumbiya) İnteqrativ Təbabət kafedrasının müdiri, t.e.d., professor Arturo O’Birneni tərəfindən aparılacaq.

Seminar proqramı sizə təqdim edirik:

🗓 14 Aprel 2025 | 10:00 – 13:00
📌 Mövzu: İnteqrativ Təbabət Konsepsiyasına Giriş
📍 Məkan: Ənvər Qasımzadə küç. 14, ATU – 2 saylı tədris binası (əczaçılıq fakültəsinin korpusu, 2-ci mərtəbə, mühazirə zalı)

🗓 15 Aprel 2025 | 10:00 – 13:00
📌 Mövzu: Sistemli Biologiyadan Sistemli Təbabətə qədər
📍 Məkan: Mərdanov qardaşları küç. 9, ATU – 4 saylı tədris binası (Fizika-Kimya korpusu, 2-ci mərtəbə, akt zalı)

🗓 16 Aprel 2025 | 10:00 – 13:00
📌 Mövzu: Tibbdə İnteqral Baxış
📍 Məkan: Mərdanov qardaşları küç. 9, ATU – 4 saylı tədris binası (Fizika-Kimya korpusu, 2-ci mərtəbə, akt zalı)

Dünyada ilk dəfə Donor bətndən uşaq doğuldu

ELMİ MÖCÜZƏ
Dünayda ilk dəfə uşaqlıq transplantasiyasından sonra qadın ana olub. Elmin bu inanılmaz möcüzəsi İngiltərədə baş verib.
Körpənin anası, 36 yaşlı Qreys Devidson anadangəlmə uşaqlıq qüsuru ilə doğulub. Bacısı isə, analıq hissini Qreys də yaşasın deyə öz bətnini bağışlayıb.
Qreys yeni doğulan körpəsinə fədakar bacısının şərəfinə Emi adını verib.

2050-ci ildə diabetdən ölümlərin sayı artacaq


ARAŞDIRMA
2-ci tip diabetin sürətlə artmasının qarşısını almaqla bağlı təcili tədbirlər görülməsə, 2050-ci ilə qədər diabetdən ölümlərin və əlillərin artması hansı ölkələrin payına düşəcəyini müəyyən edib.
Bu qlobal araşdırmanın nəticələri “Scientific Reports” jurnalında dərc edilib. Elm adamları bütün dünyada, eləcə də Hindistan, Çin və ABŞ-da şəkərli diabet ilə bağlı tendesiyaları qiymətləndirib.
Qeyd edək ki, ən yüksək ölüm nisbətləri olan ölkələr Hindistan, ikincisi isə Çindir. Bu da, qlobal səhiyyə agentliklərinin bu ölkələrə daha çox diqqət yetirməsinə ehtiyac olduğunu vurğulayır. Əhalinin artması və qocalması diabetin yükünü şərtləndirən əsas amillərdir, deyə araşdırma nəticələrində vurğulanıb.

Qazlı və enerji içkiləri keçəlləşməyə səbəb olur

KİŞİLƏRƏ XƏBƏRDARLIQ EDİLİB
Beynəlxalq ekspertlər qazlı və enerji içkilərinin tez-tez istehlakının kişilərdə keçəlləşməyə, narahatlıq və depressiyaya səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Mütəxəssislərin fikrincə, əsas səbəblər hormonal tarazlığını pozan yüksək şəkər və stress səviyyəsini artıran kofeindir. Bu amillər saç folikullarını zəiflədir, nəticədə bu saç tökülməsinə səbəb olur.

İnfeksiya və əhaval arasında əlaqə tapılıb


YENİ TƏDQİQAT
Harvard Tibb Məktəbi Cell jurnalında dərc olunmuş iki yeni araşdırması, çoxdan məlum olan, lakin çətin dərk edilən müşahidəni izah edən beyin və immunitet sistemi arasında mürəkkəb qarşılıqlı əlaqənin addımlarını aydınlaşdırıb.
Elm adamları artıq bilirdilər ki, sitokinlər duyğulara və beyin fəaliyyətinə təsir göstərir, lakin bunun beyində necə və harada baş verdiyi indiyə qədər qeyri-müəyyən olaraq qalır.

Qanda astma riski yaradan 70 protein müəyyən edilib

YENİ ARAŞDIRMA
Genetik variasiyanın astma xəstəliyinə zülal yolları vasitəsilə necə təsir etdiyini öyrənmək üçün Genentech tədqiqat qrupu UK Biobank Pharma Proteomics Project (UKB-PPP) çərçivəsində Avropa mənşəli 46 000-dən çox iştirakçının genetik və plazma məlumatlarını təhlil edib.
Tədqiqatçılar astmanın inkişafına və heterojenliyə səbəb ola biləcək zülalları müəyyən edib.. Tapıntılar terapevtik inkişaf və astmanın altında yatan mexanizmləri daha dərindən başa düşmək üçün yeni yollar aça bilər.

Buğda dənəsi boyda kardiostimulyator


BƏDƏNDƏ ÖZ-ÖZÜNƏ ƏRİYİR
Amerikalı alimlər dünyanın ən kiçik, öz-özünə əriyən buğda dənəsi ölçüsündə kardiostimulyator hazırlayıblar. Şimal-Qərb Universitetinin tədqiqatçılarının hazırladığı bu cihaz bədəndəki mayelər ilə işləyir və zamanla öz-özünə əriyir.
Cihazın cəmi 1,8 millimetr eni, 3,5 millimetr uzunluğu və 1 millimetr qalınlığı onu qeyri-invaziv şəkildə şpris vasitəsilə bədənə daxil etməyə imkan verir.
Şimal-Qərb Universitetinin alimi Con A. Rogers bildirib ki, uşaqların ürək cərrahiyyəsi kontekstində müvəqqəti kardiostimulyatorlara kritik ehtiyac var idi.
“Uşaqların təqribən 1%-i ürək qüsuru ilə doğulur. Bu miniatür cihaz anadangəlmə ürək qüsurları olan yeni doğulmuş uşaqlar üçün əvəzsizdir. Kardiostimulyatordan təxminən yeddi gün sonra xəstələrin əksəriyyətinin ürəyi öz-özünə bərpa olunacaq.”, deyə alim qeyd edib.

Hər 7 saniyədə bir ana ya körpə həyatını itirir


7 APREL - ÜMUMDÜNYA SAĞLAMLIQ GÜNÜDÜR

Bu ilki Ümumdünya Sağlamlıq Gününün mövzusu ana və yeni doğulanların sağlamlığının vacibliyini vurğulayır və “Sağlam başlanğıc, ümidli gələcək” şüarı ilə qeyd edilir.
Hər il yüz minlərlə qadın hamiləlik və ya doğuş zamanı yaranan fəsadlar səbəbindən həyatını itirir. Bu, hər iki dəqiqədən bir vaxtında və doğru müdaxilə olarsa, qarşısı alına bilən 1 ölüm deməkdir. Ölü doğulan və ya həyatının ilk ayında ölən körpələrin sayını əlavə etsək bu, hər 7 saniyədə bir qarşısı alına bilən ölüm deməkdir.
Bu sözləri ÜST-nin Cinsi və Reproduktiv Sağlamlıq və Tədqiqatlar Departamentinin direktoru Dr Paskaly Allotey deyib.
Dr Paskaly Allotey bildirib ki, Lancet Global Health-də dərc olunan yeni araşdırmaya əsasən ağır qanaxma və preeklampsi kimi hipertansif pozuntuların ana ölümünün əsas səbəbi olduğu təsdiqlənib. Bu ölümlərin qarşısı alına bilər, lakin təəssüf ki, hamiləlik və doğuş zamanı həyat qurtaran müalicələr bir çox qadın üçün əlçatan deyil.
ÜST-ün tədqiqatı həmçinin göstərir ki, sadəcə savadlı həkimlər deyil, təlim keçmiş peşəkar tibb bacıları doğru və zamanında müdaxilə ilə minlərlə həm ana, həm də körpə ölümünün qarşısını ala bilərlər. Bundan əlavə, səyyar klinikalar, fövqəladə hallarda hərtərəfli cinsi və reproduktiv sağlamlıq xidmətlərinə çıxışın təmin edilməsi də itki saylarının azalmasına səbəb ola bilər, deyə ÜST-nin Cinsi və Reproduktiv Sağlamlıq və Tədqiqatlar Departamentinin direktoru Dr Paskaly Allotey vurğulayıb.

Vitamin C çatışmazlığı şəkər xəstələri üçün təhlükəlidir


ÇƏKİ ATMAĞA DA MANE OLUR
“Vitamin C çatışmazlığı xroniki xəstəliklərin, o cümlədən şəkərli diabetin kəskinləşməsinə səbəb və çəki itirməyə mane olur”. Bunu, Rusiya Səhiyyə Nazirliyinin Endokrinologiya Mərkəzinin dietoloqu Viktoriya Demidova qeyd edib.
“Əslində, vitamin C – tibbin "köhnə dostu"dur. Alimlər onu 100 il əvvəl kəşf etsələr də, bu vitaminin sağlamlıq üçün yeni və vacib xüsusiyyətlərini hələ yeni tapırlar.
Vitamin C sadəcə soyuqdəymədən qorumur. Bu vitamin yağların parçalanmasına kömək edir, kollagen sintezində iştirak edir və hüceyrə yaşlanmasını sürətləndirən müxtəlif xəstəliklərin inkişafına səbəb olan oksidləşmə stresinə qarşı mübarizə aparır. Vitaminin çatışmazlığı həmçinin, metabolizmin yavaşlamasına, piylənmə riskinin, həmçinin ürək-damar və onkoloji xəstəliklərin yaranma riskinin artmasına səbəb olur, — deyə Demidova izah edib.
Bundan əlavə o, gündəlik böyüklər üçün vitamin C dozasının 75-90 mg olduğunu da vurğulayıb.

Beyin üçün faydalı qidalanma həyat keyfiyyətini yaxşılaşdırırmı?


ARAŞDIRMA
“BMC Nutrition” jurnalında dərc olunan son araşdırmada alimlər, Aralıq dənizi pəhrizinin MIND (neurodegenerativ ləngimə zamanı hipertensiyanın dayandırılması yanaşmaları) kognitiv funksiyalar, əhval-ruhiyyə və orta yaşlı insanlar arasında həyat keyfiyyəti ilə əlaqədar tədqiqat effektivliyini sınaqdan keçirib.
Araşdırma zamanı, Şimali İrlandiyadan olan 40-55 yaş arası 41 sağlam iştirakçı onlayn şəkildə təsadüfi yolla seçilib. İştirakçılar təsadüfi olaraq 3 qrupdan birinə təyin edilib: dəstəkli MIND pəhrizi, dəstəksiz MIND pəhrizi və 12 həftə ərzində standart pəhriz tövsiyələrinə əməl edən nəzarət qrupu.
Qida maddələrinin istehlakına, Nutritics proqramından istifadə edərək nəzarət olunub, həmçinin MIND pəhrizinə riayət edilməsi, beynə faydalı və zərərli 15 qida komponentinə əsaslanan qiymətləndirmə sistemi ilə dəyərləndirilib. Nəticədə, pəhrizə riayət edən iştirakçılar, müdaxilə əvvəlindəki vəziyyətlə müqayisədə müdaxilədən sonra qaydalara daha yaxşı əməl etməyə başlayıb. Əhval-ruhiyyəni, həmçinin həyat keyfiyyətini qiymətləndirərək, müdaxilədən sonra müsbət emosional vəziyyətin nəzarət qrupları ilə müqayisədə əhəmiyyətli dərəcədə artdığı müşahidə edilib. Bu da göstərib ki, bu diyeta fiziki rifahın yaxşılaşmasına da kömək edir.

Subcategories