Qara düyünün faydaları nədir ?


ARAŞDIRMA
“Frontiers in Nutrition” jurnalında dərc edilən tədqiqatda qara düyünün sağlamlığa təsiri və istifadəsi öyrənilib. Araşdırmada pakistanlı professor Mavra Cavidin rəhbərliyi ilə Michigan Dövlət Universiteti (ABŞ), Milli Tibb Elmləri Universiteti (Pakistan), Kənd Təsərrüfatı Universiteti, Faisalabad (Pakistan), Punjab Universiteti, həmçinin Asiya Düyü Tədqiqat Mərkəzi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumat bazalarından istifadə edilib.
Dünyada insanların yarısı gündəlik qidasını düyüdən alır. Qara düyü “imperator düyüsü” kimi tanınır. Antosiyanin, sink, dəmir, selen və B qrup vitaminləri ilə zəngindir.
Tədqiqat göstərib ki, qara düyü qan şəkərini tənzimləməyə, xolesterini azaltmağa və orqanizmdəki oksidləşməni zəiflətməyə kömək edir. Onun tərkibindəki antosiyaninlər hüceyrələri qoruyur, beyin və ürək sağlamlığını dəstəkləyir.
Qara düyü unu çörək və makaron məhsullarında istifadə olunduqda glisemik indeks azalır, antioksidant təsir artır. Tədqiqat nəticəsində alimlər belə qənaətə gəlib ki, qara düyü sağlamlıq üçün hələ də tam öyrənilməmiş funksional qidadır. İnsanlar üzərində aparılan klinik sınaqlar məhduddur və nəticələr fərqlidir. Buna görə də uzunmüddətli, standartlaşdırılmış tədqiqatlara ehtiyac var.

Saglamolun.Az