DİABET XƏSTƏLƏRİNƏ YERKÖKÜ RESEPTİ  

 ƏN MÜHÜM FAYDALARI

Yerkökü ən videminli tərəvəzlərdən biridir. Lakin sərt səthinə görə bişirilmədən və ya sürtgəcdən keçirilmiş forması hamı tərəfindən istehlak edilə bilmir. Bişmiş yerkökünün tamı isə çoxları üçün xoşagəlməzdir.

Xüsusilə şəkərli diabetdən əziyyət çəkən insanlar üçün çox faydalı və dadlı sobada bişirilən yerkökü reseptini təqdim edirik:

Tərkibi:

TƏR YERKÖKÜ - 1 kq

KEŞİŞ – 4 DƏSTƏ  

ZEYTUN YAĞI – 3 XÖRƏK QAŞIĞI

ZİRƏ TOXUMU – 2 ÇAY QAŞIĞI

DUZ – 2 QRAM

 

HAZIRLANMA QAYDASI:

Yerkökü bir fırça ilə yaxşıca yuyulub, qurudulur. Üstünə zeytun yağı çəkilir və zirə toxumu və duz  səpilir.

Soba sinisinə düzülüb 180°C-yə qədər qızdırılmış sobada 20-25 dəqiqə bişirilir.

Hazır olduqdan sonra üzəinə doğranmış keşniş səpilir.

Həm isti həm də soyuq halda yeyilir.

KÖKÜN ƏN MÜHÜM FAYDALARI

Vitamin və minerallar baxımından zəngin tərkibə malik olan kök, başda A vitamini olmaqla K, C, B, B6 və E kimi vacib vitaminləri ehtiva etdiyi üçün orqanizmin bir çox vitamin və mineral maddələrə olan sutkalıq tələbatını təmin edən ən faydalı tərəvəzlər arasında yer tutur.

Kökün insan sağlamlığına möcüzəvi təsiri vardır.

  • Göz sağlamlığına faydalıdır.
  • Saçların uzanmasına kömək edir.
  • Dərini təravətləndirir.
  • Beyin sağlamlığına dəstək verir.
  • Ürəyə xeyirdir.
  • Həzm sistemini yaxşılaşdırır.
  • Qan şəkərini tənzimləyir.
  • Piyləmənin qarşısını alır.
  • İltihabı azaldır

Xüsusilə Alzheimer, artrit və ürək sağlamlığı ilə əlaqəli xroniki xəstəliklərdə iltihaba qarşı mübarizə edir.

Öd kisəsi və qaraciyər fermentlərinin tənzimlənməsinə kömək edir.

İmmunitet sistemini gücləndirmək üçün vacibdir.

Antioksidantla zəngin olan yerkökü sərbəst radikallara qarşı mübarizədə ən təsirli tərəvəz hesab edilir.

Xatırladaq ki, kök bişdikdə qida dəyəri dəyişən tərəvəzdir. Çiy kökdə daha çox C və A vitamini, bişmiş yerkökdə isə daha çox beta-karotin var.

7 MƏHSULLU SEHİRLİ İMMUNİTET ŞƏRBƏTİ

BU QARIŞIMI İÇƏN XƏSTƏXANAYA DÜŞMƏZ

“İmmunitet şərbəti” adlandırılıan, yeddi məhsuldan ibarət qarışım soyuq aylarda can dərmanı hesab edilir.

"Frontiers of Immunology" jurnalında dərc edilən bir araşdırma, portağal suyunun iltihabı azaldığını sübut edib. Qarışımın ilk inqridienti Vitamin C ilə zəngin olan portağaldır.

İkinci məhsul dünyanın təbii antioksidant sayılan limondur. Bu meyvə həzmi yaxşılaşdırmağa və vücudunuza yüngül qələvi təsir göstərməyə kömək edir.

Üçüncü məhsul iltihab əleyhinə xüsusiyyətləri ilə tanınan zəncəfildir. O, həmçinin boğaz ağrılarını sakitləşdirir, həzmə kömək edir və immun müdafiənizi gücləndirir.

Dördüncü məhsul təbii ki, baldır. Təbii desert sayılan bal boğaz ağrılarının məlhəmi və eyni zamanda xeyirli olsa da, acı dadan məhsulları şirinləşdirməyin ən gözəl üsuludur..

Darçın Beşincidir. Bu aromatik ədviyyat qan şəkərinin səviyyəsini tənzimləməyə kömək edir və mikrobları dəf etmək üçün antimikrobiyal xüsusiyyətlərə malikdir. O, həmçinin bədən istiliyini artıtı və soyuq qış aylarında canınızın rahat və isti olmağını təmin edir.

Son iki məhsul da ədviyyatdır: qara bibibər və sarıkök.

Bu iki ədviyyatı qış yeməklərində də işlətmək məsləhətlidir. Çünki hər ikisi immunitet gücləndirən effektə malikdir.

 HAZIRLANMA QAYDASI:

Məhsullar:

1 st. portağal suyu

1/2st. limon suyu

1 təzə zəncəfil (rəndələnmiş)

1/4 çay qaşığı sarıkök

1 çay qaşığı bal

Bir çimdik darçın

Bir çimdik qara bibər

Portağal və limonun suyunu kiçik bir qaba və ya stəkana sıxın. Sürtgəcdən keçirilmiş zəncəfilin tənzifdən suyunu sıxıb, qarışıma əlavə edin.

1 qaşıq sarıkök qatın.

Başqa qabda bal, darçın və qara bibəri yaxşıca qarışdırın. Bu hazırlanan məhlulu da stəkana əlavə edin.

Bu məlhəm 3 gün soyuducuda qala bilər.

Bu immun şərbətini səhər tezdən içmək maddələr mübadiləsini aktivləşdirir və bədəninizi günə hazırlayır. Portağal və limonun tərkibindəki C vitamini immunitet sisteminizi gücləndirir.

Bu məqalə yalnız ümumi məlumat məqsədləri üçün yazılmışdır və tibbi məsləhət kimi qəbul edilməməlidir.

DİŞ AĞARDICI TƏBİİ MƏHSULLARIN ADI AÇIQLANIB

STOMATOLOGİYA MƏKTƏBİNİN ARAŞDIRMASI

Diş ağardıcı təbii məhsulların adı açıqlanıb. Harvard Stomatologiya Məktəbinin mütəxəssislərinin araşdırması zamanı müəyyən olub ki, brokkoli, kivi və badam birləşməsinin güclü ağardıcı təsiri var.

Professor Maykl Andersonun rəhbərlik etdiyi bir qrup alim 200 könüllünün iştirakı ilə 6 ay ərzində araşdırma aparıb.

Tədqiqatın dərc olunduğu “Journal of Dental Research” bildirib ki, iştirakçılar xüsusilə seçilmiş təbii ağardıcı məhsulların daxil olduğu pəhriz rejiminə riayət edib. Nəticələr göstərib ki, brokoli, kivi və badamın birləşməsi diş minasına zərər vermədən ağardılmasına kömək edir.

Mütəxəssislər, ənənəvi ağardıcı üsulların çox vaxt yan təsirlərlə müşahidə olunduğunu və dişlərin, diş ətinin vəziyyətinə mənfi təsir göstərdiyini  vurğulayıb.

Məlumata görə, yeni tapılan qarışımın klinik sınaqları ilin sonuna qədər başa çatacaq. Nəticədə bu, ağız boşluğuna qulluq vasitələri istehsalçılarına, diş minasını daha təhlükəsiz ağardan məhsullar təqdim etməyə imkan verəcək.

SƏHƏR YEMƏYİNDƏN İMTİNA DİABETƏ SƏBƏB OLA BİLƏR

BAŞQA NƏ FƏSADLARI VAR?

Səhər yeməyindən imtina 2-ci tip diabet və piylənməyə səbəb olur.

Bu insanlar, axşam saatlarında həddindən artıq aclıq hiss edir. Çox kalorili  "axşam yeməyi" çəki problemlərinə və şəkər xəstəliyinin yaranmağına şərait yaradır.

Dietoloqlar, səhər yeməyini unutmamağı və 3 dəfə qida qəbulu rejiminə əməl edərək, yatmazdan 2-3 saat əvvəl az kolorili qida qəbul etməyi  məsləhət görür.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri də daxil olmaqla, səhər yeməyi günün çox vacib yeməyi hesab olunur və ondan imtina etmək ciddi sağlamlıq problemlərə gətirib çıxarır.

Mütəxəssislər səhər yeməyi zamanı qəhvədən uzaq durmağı, limonlu su, qara və ya yaşıl çay içməyi məsləhət görür.

 

İTBURNU HAQQINDA BİLMƏDİKLƏRİNİZ

İNANILMAZ MÜALİCƏVİ KEYFİYYƏTLƏRİ

Qızılgül itburnu İtburnu inanılmaz dərəcədə gözəl, ətirli və faydalı bitkidir.

Qızılgülün yaxın qohumu olan itburnu da tikanlıdır, lakin C vitamini və digər faydalı bioloji aktiv maddələrlə də zəngindir.

İtburnuların müalicəvi xüsusiyyətləri İtburnu vitaminlərlə və xüsusilə C vitamini ilə zəngindir ki, bu da qan damarlarını gücləndirmək üçün faydalıdır və təbii antioksidant sayılır.

Yabanı qızılgül giləmeyvələrində çoxlu P vitamini, K, E, A və B2 vitaminləri, karotenoidlər, taninlər və pektinlər kifayət qədər miqdarda mövcuddur.

İtburnu üzvi turşuları və flavonoidləri ödqovucu təsirə malikdir - bu, meyvənin ən qiymətli müalicəvi xüsusiyyətlərindən biridir.

Flavonoid rutin və ya P vitamini askorbin turşusu ilə birlikdə kapilyar damarların keçiriciliyini və kövrəkliyini azaldır.

Bununla yanaşı, askorbin turşusu toxumaların bərpasını yaxşılaşdırır, qanın laxtalanma proseslərini normallaşdırır və

orqanizmin infeksiyalara qarşı müdafiəsini artırır, hematopoezi stimullaşdırır, orqanizmin qoruyucu funksiyalarını gücləndirir, zehni və fiziki qabiliyyətləri artırır, maddələr mübadiləsini yaxşılaşdırır.

Vitamin A (retinol) dərinin və selikli qişaların epitelinin sağlam vəziyyətini qoruyur.

Görmə qabiliyyəti, hüceyrə böyüməsi və immunitet sisteminin düzgün işləməsi üçün vacibdir.

Güclü antioksidant olan E vitamini hüceyrələrin qocalma prosesini ləngidir və onları oksidləşdirici stressdən qoruyur.

Vitamin B2 (riboflavin) qırmızı qan hüceyrələrinin, antikorların meydana gəlməsi üçün lazımdır və dərinin, dırnaqların və saçın sağlamlığı ondan asılıdır.

Onun çatışmazlığının xarakterik əlaməti dodağın üstündə, burun qanadlarında, qulaqlarda və göz qapaqlarında seboreik-dermatit səpgiləridir.

 

HƏR GÜN ÇÖRƏK YEMƏYİN TƏSİRİ

BU XƏSTƏLİKLƏRİ YARADIR


Hər süfrədə olan əsas məıhsullardan biri olan çörək, yüksək karbohidratlı qidalar arasındadır.

Sağlam həyat tərzinə əhəmiyyət verən bir çox insan çörək istehlakını dayandırır.

Bəs, ən mübahisəli qidalardan biri olan çörəyi hər gün yediyiniz zaman orqanizminizdə nə baş verir?

Çörək ölkəmizdə ən çox istehlak edilən qidalardan biridir.

Dietoloqlar ümumiyyətlə buğda çörəyini nəzarətli şəkildə istehlak etməyin karbohidrat ehtiyaclarınızı qarşılayacağını və sağlam olduğunu söyləyirlər.

Ancaq ağ çörəyi istehlak edirsinizsə, sağlamlığınız üçün ciddi risklər olduğunu unutmamalısınız.

Ağ çörəyin saxlama müddəti digər çörək növlərinə nisbətən daha uzundur. Bu qida müntəzəm istehlak edildikdə bədən sağlamlığına mənfi təsir göstərir.

Hər gün ağ çörək yemək zərərlidir. 

Ağ çörəkdə protein, lif, vitaminlər, minerallar və sağlam yağlar kimi qida maddələri azdır.

Nisbətən yüksək kalorilidir və yeməkdən dərhal sonra qan şəkərinin səviyyəsinin yüksəlməsinə səbəb olur.

Tədqiqatlar göstərir ki, müntəzəm olaraq ağ çörək yemək 2-ci tip diabet, piylənmə və ürək xəstəliyi kimi sağlamlıq problemlərinin inkişaf riskini artıra bilər.

 Buğda üç komponentdən ibarətdir: kəpək, rüşeym və endosperm.

Ağ çörək hazırlamaq üçün istehsalçılar taxıldan kəpək və mikrob çıxarır, yalnız endospermi qalır.

Bu proses həmçinin lif, vitamin və mineralları çıxarır.
Lif qan şəkərinin səviyyəsini tarazlayan və yeməkdən sonra toxluq hissi yaradan qidadır.

Liflə zəngin pəhriz ürək xəstəliyi riskinin azalması və bağırsaq sağlamlığının yaxşılaşması ilə əlaqələndirilir.

Lif həmçinin bağırsağın nizamlılığını dəstəkləyir və qəbizliyin qarşısını alır. 

Müntəzəm olaraq ağ çörək yemək çəkini artırır.  Bir dilim ağ çörəyin tərkibində 73 kalori var. 

 

HANSI DAHA FAYDALIDIR: QARA, YOXSA YAŞIL ZEYTUN?

XƏRÇƏNGİN QARŞISINI ALAN QİDALAR ARASINDA BİRİNCİ YERDƏDİR

Zeytunların müntəzəm istifadəsi immunitet sistemini gücləndirməyə kömək edir. Antioksidant mənbəyi olduğu üçün ürək sağlamlığını dəstəkləyir. Qida dəyəri yüksək olan bu qidanın həm qara, həm də yaşıl çeşidləri mövcuddur. Qara zeytun və yaşıl zeytun unikal qida profilinə malikdir və faydaları ilə fərqlənir.

Yetişəndə qara zeytun mayalanır. Belə ki, bu prosesdə onların rəngləri dəyişir. Qara zeytun istehlakı həzm sistemini tənzimləməyə kömək edir və hüceyrə sağlamlığını dəstəkləyir.

Yaşıl zeytun yığıldıqdan dərhal sonra istehlak edilə bilər. Buna görə də daha az yetişir. Yaşıl zeytun tərkibindəki polifenollar vasitəsilə iltihab əleyhinə təsir göstərir.

Hansı zeytun növünü seçmək ümumiyyətlə şəxsi zövqlərdən və pəhriz üstünlüklərindən asılıdır.

 

 

ACQARNA LİMONLU SU İÇMƏYİN İNANILMAZ TƏSİRİ

HƏR GÜN İÇSƏK NƏ OLAR?


Limon güclü C vitamini mənbəyi kimi tanınır bədənə enerji verir. Hər gün limonlu su istehlak etdikdə bədəninizdə maddələr mübadiləsi aktivləşir. Gündəlik həyatda ən çox istehlak edilən qidalardan biri olan limon, tərkibindəki C vitamini ilə orqanizmə bir çox faydaları var.  

İmmunitet sistemini gücləndirməyə kömək edən limon dəri və saç sağlamlığını dəstəkləmək qabiliyyəti ilə də tanınır. Bəs, hər səhər limonlu su içdiyiniz zaman bədəninizdə nə baş verir?

Limon su güclü antioksidant mənbəyidir. Bir təzə sıxılmış limon suyu C vitamininin gündəlik dəyərinin təxminən 21 faizini təmin edir. Qanazlığına məlhəm olur.

İmmunitet sistemini gücləndirən və həzm sağlamlığını tənzimləyən limonlu su da kollagen istehsalını artırmağa kömək edir. Həzm problemlərini həll edir və qəbizlik problemlərini aradan qaldırır.

Hər səhər limonlu su içmək böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır. Bədəndən toksinləri çıxarmağa kömək edir. Qan təzyiqini aşağı salır və ürək sağlamlığını qorumağa kömək edir.


Arıqlamaq və immunitetini gücləndirmək istəyənlər günə ac qarına limonlu su içməklə başlayırlar. Limonlu su bədəndə yığılan toksinləri çıxarır və şişkinliyin qarşısını alır. Metabolizmanı sürətləndirici təsiri ilə yağ yandırılmasını dəstəkləyir. Ac qarına limonlu su içməklə həzm sisteminin nizamlı işləməsini də təmin edə bilərsiniz.

Limonlu su içməyin orqanizm üçün bir çox faydası var. Limon tərkibindəki C vitamini ilə immunitet sistemini gücləndirməyə kömək edir. Hər səhər limonlu su içməklə orqanizminizi xəstəliklərdən qoruya bilərsiniz.

Aç qarına limonlu su içmək bağırsaqları tənzimləyir. Həzm sistemini aktivləşdirir və qəbizlik problemini aradan qaldırır. O, həmçinin ödemi və bədəndə yığılan toksinləri çıxarır.

Limonlu su maddələr mübadiləsini sürətləndirərək bədən yağlarını əridir.  Təkcə limonlu su içmək arıqlamağa kömək etməz. Ancaq müntəzəm pəhriz proqramına əlavə olaraq istehlak edilən limonlu su arıqlamağı asanlaşdırır.

Limonlu su orqanizmdə iltihabın qarşısını alır. Qaraciyərin sağlamlığını qoruyur. Xarici ət pozğunluqlarını da aradan qaldırır. Bu, özünüzü daha enerjili və canlı hiss etməyə kömək edir.

Səhər yeməyindən 30 dəqiqə əvvəl acqarına limonlu su içmək arıqlamağınıza kömək edəcək.

Həmçinin mütəmadi olaraq idman etməyiniz tövsiyə olunur. Arıqlama proqramınıza əlavə olaraq limonlu su istehlak edərək qısa müddətdə bədən yağlarınızı yandıra bilərsiniz.

 

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

1 noyabr Beynəlxalq Vegan Günüdür


“M
ƏŞHUR VEGAN DİETASI SAĞLAMLIĞA ZİYANDIR”

Tədqiqatlar göstərir ki, vegan pəhrizi qida çatışmazlığına və sağlamlıq problemlərinə səbəb olur;  Bitki əsaslı, təbii qida pəhrizi daha faydalı və təsirlidir, deyə alimlər sübut edib. 

Progress in Cardiovascular Diseases tibbi jurnalında dərc olunmuş hərtərəfli araşdırmaya əsasən, vegan pəhrizinin ürək sağlamlığı üçün faydalı olduğu tez-tez təbliğ edilsə də, heyvan mənşəli məhsullardan qaçınmaq qida çatışmazlığına səbəb olur və sağlamlığa təhlükə yaradır, deyə tədqiqatda bildirilir.

“Heyvan əti ən azı üç milyon ildir ki, insanın qida rasionunun əsas hissəsini təşkil edir. Üstəlik yediklərimiz həm də genetik yaddaşda özünə yer edən nəsnədir. Bütün heyvan mənşəli məhsulların aradan qaldırılması, pələngin ot ilə qidalanmasına bənzəyir. Pələng ot yesə, sağlam qala bilər?  Bir orqanizmin inkişaf etməsini istəyirsinizsə, onu əsrlər boyu təkamül yolunda genetik uyğunlaşdırıldığı qida ilə bəsləməlisiniz” deyə tədqiqatın müəllifi, tibb elmləri doktoru Ceyms Okif bildirib.

Sübut olunub ki, bütün heyvan mənşəli məhsullardan imtina etmək B12 vitamini, omeqa-3, kalsium, sink, dəmir, maqnezium və yüksək keyfiyyətli protein çatışmazlığına səbəb ola bilər.

Bu çatışmazlıqlar müəyyən növ xərçəng, insult, sümük qırıqları, vaxtından əvvəl doğuş və inkişaf gecikmələri riskinin artması ilə əlaqələndirilə bilər.

Heyvan mənşəli məhsulların istehlakından çəkinmək də yüksək depressiya və narahatlıq nisbətləri ilə əlaqələndirilir. Saç tökülməsi, zəif sümüklər, əzələ zəifliyi, dəri səpgiləri, və anemiya, yəni qan azlığı da ciddi vegan pəhrizinə riayət edənlərdə daim rast gəlinən fəsadlardır.

Xatırladaq ki, 1 noyabr Beynəlxalq Vegan Günüdür.

 

 

PƏHRİZ TUTMAQ YERİNƏ, ASTA YEMƏYİ ÖYRƏNİN

PROFESSOR AÇIQLAYIR

Yavaş-yavaş yemək, xüsusilə həzm, çəki və qidalanma baxımından sağlamlığınız üçün daha yaxşıdır.

Bu fikirləri Northwestern Tibb Həzm Sağlamlıq Mərkəzinin professor Bethany Marie Doerfler deyib.

Çox sürətli yemək yeyərkən, daha çox hava udursunuz, bu da şişkinliyə səbəb olur.

Yeməyi yaxşı çeynəmək və qidanın xırda hissəciklərə ayırdıqdan sonra udmaq həzm prosesinə çox dəstək olur. 

Mədənin beynə doymaq haqqında siqnal ötürməyi təxminən 20 dəqiqə çəkir.

Tələsik yemək isə bu müddət ərzində daha çox qida qəbul etməyə səbəb olur. Nəticədə doymuş mədəyə qida gəlir və həzm olunmadan piyə çevrilir.

Araşdırmalar göstərir ki, daha asta yeyən insanların artıq çəkisi olmur.

Qidalarda pəhriz saxlamaq yerinə, yemək tempinizi azaltmaq kifayət qədər çəki itirməyinizə səbəb ola bilər, deyə Amerikalı professor xüsusi vurğulayıb.

KASSA QƏBZLƏRİNDƏN BƏDƏNDƏ YARALAR ƏMƏLƏ GƏLİR, SAÇLAR TÖKÜLÜR

EKSPERTLƏR XƏBƏRDARLIQ EDİR: EHTİYATLI OLUN!

 “Termal kağızda çap olunan kassa qəbzləri sağlamlığa zərərlidir: kağıza vurulan toksin Bisfenol A insan dərisinə nüfuz edə və bir sıra xəstəliklərə səbəb ola bilər, deyə mütəxəssislər xəbərdarlıq edir.

İsveç alimləri sübut edib ki, müntəzəm qəbzlə təmasda olmaq və əlləri təmizləmədən qida qəbul etmək ölümcül xəstəliklərin inkişaf riskini artıra bilər.

Kassada işləyən vətəndaşlar saçlarının tökülməyindən, əllərində yaranan yaralardan, barmaqlarından silinməyən boyalardan şikayət edir. Kassa çeklərinin 90%-nin tərkibində olan bisfenol dəriyə nüfuz edir və qana keçib bütün bədəni zəhərləyə bilir.

Xüsusilə autizm, dağınıq skleroz, dəri və döş xərçəngi kimi xəstəliklər yarada bilən çeklər hamilə qadınların uşaqlarını itirməyinə belə səbəb ola bilər, deyə mütəxəssislər xəbərdarlıq edir.

Laboratoriyalarda və istehsalatda bisfenol ilə işləyən insanlar maska ​​və əlcək taxır. Biz isə supermarketdə və ya yanacaqdoldurma məntəqəsində hər gün bu qəbzlərlə təmasda oluruq.

İndiyə qədər bisfenol yalnız uşaq qidalarının qablaşdırılmasında istifadə olunan materiallar üçün qadağandır. Onun yayılma gücü o qədər qüvvətlidir ki, plasmas qablarda deyil, şüşələrdə saxlanılır.

 

“BU TƏRƏVƏZ ƏHVALI YÜKSƏLDİR”

ENDOKRİNOLOQ İDDİA EDİR

Endokrinoloqu və dietoloq Yelena Çurakina bildirib ki, balqabaq orqanizm üçün faydalı olan müxtəlif qrup vitaminlər və mikroelementlərlə zəngindir.

Həkimin sözlərinə görə, balqabağın tərkibindəki fol turşusu, kalium, dəmir, sink və liflər həzmə müsbət təsir edir. Mütəxəssis əlavə edib ki,

bu tərəvəzin  tərkibində əhval-ruhiyyəni yaxşılaşdırmağa və stress səviyyəsini azaltmağa kömək edən triptofan adlı maddə də var.

Həkim bu tərəvəzi tərkibindəki xeyirli maddələri zədələmədən hazırlamağın ən yaxşı yollarını açıqlayıb.

Diyetoloq Çurakina deyib ki, balqabağı buxarda pörtlədilmiş və ya qaynadılmış yemək məsləhətdir.

Həkim qeyd edib ki, balqabaq bişdiyi zaman xeyirli təsirini saxlayan azsaylı tərəvəzlərdən biridir.

Çurakina bildirib ki, balqabaq tumları maqnezium, dəmir, sink və E vitamini kimi vitaminlərlə zəngindir - bu maddələr immunitet sisteminin gücləndirilməsi üçün çox vacibdir.

Bununla belə, toxumlar yüksək kalorili olduğuna görə normada istehlak edilməlidir. Həkim xəbərdarlıq edib ki, bəzi insanlarda balqabaq tumlarına qarşı allergiya ola bilər.

TƏBİİ B6 VİTAMİNİ ƏLAVƏLƏRİ HANSI MEYVƏLƏRDƏ VAR?

HƏZM SİZTEMİNİ GÜCLƏNDİRİR, İLTİHABI AZALDIR 

 Vitamin B6 ümumi sağlamlığımız üçün vacibdir, çünki o, beyin funksiyasına, əhval-ruhiyyənin tənzimlənməsinə və güclü immunitet sisteminə kömək edir. Bədənimiz tərəfindən birbaşa istehsal oluna bilmədiyi üçün bu vitamin qida mənbələrindən alınmalıdır. Ət, taxıl və tərəvəz ümumi mənbələr olsa da, bəzi meyvələr də B6 vitamini qəbulumuzu artırmaq üçün vacibdir. B6 vitamini ilə zəngin olan bu ilk 6 meyvə B12 çatışmazlığının qarşısını almağa kömək edə bilər.

  1. BANAN

B6 tərkibinə görə ən məşhur meyvə banandır. Orta ölçülü banan bizi 0,4 mq B6 vitamini ilə təmin edir ki, bu da tövsiyə olunan gündəlik qəbulun təxminən 20%-ni təşkil edir. Tərkibində kalium və lif olan banan  enerji və həzm sağlamlığı üçün xeyirlidir.

  1. AVOKADO

Avokado sağlam yağlarla zəngindir. Bir avokadonun yarısında təxminən 0,2 mq B6 vitamini var.

  1. MANGO

Bir dilim manqoda təxminən 0,2 mq B6 vitamini var. Antioksidantlardan başqa, bu tropik meyvə A və C vitaminləri ilə zəngindir. Onlar dəri, immunitet sistemi və göz sağlamlığı üçün əladır, bu da onları vitamin B6 və digər əsas qida maddələrini artırmaq üçün çox yönlü seçim edir.

  1. ANANAS

Ananas, insanın B6 vitamini səviyyəsini artıran dadlı və təravətləndirici qidadır. Bir stəkan ananas şirəsində təxminən 0,1 mq B6 vitamini var. O, həzmə kömək edən bromelainlə zəngindir və iltihab əleyhinə mükəmməl təsirə malikdir.

  1. QARPIZ

B6 vitamini ilə zəngin olsa da, bir stəkan qarpız suyunda 0,1 mq B6 vitamini var.

Qarpız bədənin su ehtiyatını təmin etməklə bərabər və tərkibindəki B6 ilə beyin funksiyalarını və immunitet sağlamlığını dəstəkləyir.

  1. PORTAĞAL

Portağal tərkibindəki C vitamini ilə tanınır və hər meyvəyə təxminən 0,1 mq B6 vitamini ehtiva edir. Gündəlik qəbulumuza portağal və ya portağal suyu əlavə etmək immunitetimizi artırmağa kömək edir, kollagen istehsalını dəstəkləyir və B6 vitamini səviyyələrimizə töhfə verərək iltihabı azaldır.

 

Mənbə: Ntv.com.tr

McDONALDS-DAN 1 NƏFƏR ÖLDÜ, 49 NƏFƏR XƏSTƏLƏNDİ

YEMƏK MENYUDAN ÇIXARILDI

Dünyaca məşhur fast-food şəbəkələrində E. Coli bakteriyasının epidemiyası həyəcanı yaşanıb.
ABŞ-da bir çox insanın xəstələnməsinə və bir insanın ölümünə səbəb olan E.Coli McDonald's-da başlayanda Pizza Hut, KFC və Burger King kimi bəzi fast-food şəbəkələri də həyəcan təbili çalıb.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) 10 ştatda ən azı 49 nəfərin McDonald's "dörddəbir funt" hamburgerlərindən xəstələndiyini bildirib.
McDonald's açıqlamasında zəhərlənməyə səbəb olduğu güman edilən dilimlənmiş soğanların bir təchizatçı tərəfindən təmin edildiyini və xüsusi paylama mərkəzlərinə göndərildiyini söyləyib.

Hadisədən sonra digər fast food restoranları da bəzi menyularından soğanı çıxarıblar.
Escherichia Coli (E. Coli)  insan və heyvanların bağırsaqlarında yaşayan bakteriya qrupudur. Adətən zərərsiz olan bu bakteriyalar bəzi hallarda toksinlər çıxararaq ciddi sağlamlıq problemlərinə səbəb olur.

 

 

DÜNYADA BİR NÖMRƏLİ PƏHRİZ AÇIQLANIB

ARALIQ DƏNİZİ PƏHRİZİ ÜRƏK VƏ METABOLİK XƏSTƏLİKLƏR RİSKİNİ AZALDIR

Aralıq dənizi pəhrizi ürək və metabolik xəstəliklər riskini azaldır.

“The Journal of Nutrition”-da dərc olunan araşdırmada tədqiqatçılar, Aralıq dənizi pəhrizinə riayət etmək, 2 və ya daha çox kardiometabolik xəstəliyin inkişaf riski arasındakı əlaqəni araşdırıb.

Tədqiqat göstərib ki, Aralıq dənizi pəhrizi kardiometabolik xəstəliyi ilə yanaşı, xüsusən bilim insanları arasında bir çox xəstəliklərin də qarşısını alır. Araşdırma, bu pəhrizin 10 il ərzində 0,67 və 15 il ərzində 0,80 təhlükə göstəriciləri ilə qoruyucu təsirlərini tapıb.

Qeyd edək ki, Aralıq dənizi pəhrizi İtaliya, İspaniya, Yunanıstan və Fransanın cənubu kimi Aralıq dənizi ölkələrində tətbiq olunan pəhriz sistemidir.

O, asan və müxtəlif yeməkləri xüsusi həyat tərzi ilə birləşdirir: yemək bişirmək, idman etmək, və s.

Pəhrizdə əsas üstünlük tam taxıllara, istənilən miqdarda meyvə və tərəvəzə, zeytun yağına, paxlalılara və yağlı toxumlara verilir.

Şəkər əvəzinə bal istifadə olunur. Bura həmçinin, balıq, dəniz məhsulları, quş əti və az miqdarda qırmızı ətdə olan sağlam heyvan zülalları, həmçinin keçi və qoyun südü məhsulları daxildir.

Yeməklərdən əlavə, gündə 1 stəkandan çox olmayaraq qırmızı şərab və gündə ən azı 6 stəkan su qəbul edilir. Vacib şərtlərdən biri də, fiziki fəaliyyətlə gündə 1800-dən 2500-ə qədər kalori itirmək ilə birləşməsidir.

“QAYNANMIŞ SU – ÖLÜ SUDUR”

 HƏKİM MİNERAL SU İÇMƏYİN FAYDALARINI AÇIQLAYIB

Bir çox mütəxəssis qazlı su içməyin zərərli olduğunu iddia edir. Bu səhv məlumatdır.

Məşhur ürək cərrahı, professor Leo Bokeriya, hər gün qazlı su içməyi tövsiyə edib.

Professorun sözlərinə görə, qazlı suyun tərkibindəki oksigen təhlükəli bakteriyaları öldürür.

Təbii mineral qazlı suyun faydası ondadır ki, tərkibindəki həll olunmuş oksigen bağırsaqlardakı faydalı bakteriyalara kömək edir,

zərərli bakteriyaları isə məhv edir. Bundan əlavə, hüceyrələri qidalandırır, qan plazmasını təmizləyir, hemoqlobinin səviyyəsini artırır,

bədənin qan dövranı, ürək-damar və sinir sistemlərinə müsbət təsir göstərir.

“İnsan orqanizminin, mədə-bağırsaq traktında 2 növ - aerob və anaerob mikrobları mövcuddur.

Qazlı su istehlak etdikdə isə, onları məhv edirsiniz. Çünki qazlı suyun tərkibində daha çox oksigen var.” deyə mütəxəssis izah edib.

Rusiyalı professor qaynamış su içməyi “faydasız” adlandırıb.

“Mənə görə qaynamış su heç bir xeyri olmayan, ölü sudur”, deyə Bokeriya Rusiya mətbuatına verdiyi müsahibəsini tamamlayıb.

MAQNEZİUM ƏLAVƏLƏRİ YUXUSUZLUĞA ƏLACDIRMI?

YENİ TƏDQİQAT

Bir sıra tədqiqatlar yuxu və maqnezium qəbulu arasında əlaqə olduğunu göstərib.

Yuxu üçün maqneziumun optimal dozası yaşla və əsas tibbi şərtlər də daxil olmaqla bir neçə faktordan asılıdır.

Alimlər qadınlar üçün gündə 310-360 mq, kişilər üçün 400-420 mq maqnezium tövsiyə edir. Kliniki araşdırmalar səkkiz həftə ərzində gündəlik 500 mq maqnezium qəbulunun yaşlılarda yuxu müddətini artırdığını və yuxusuzluğa əlac olduğunu göstərib.

Maqnezium D vitamininin mənimsənilməsində də mühüm rol oynayır.

Bu elementlə zəngin qida mənbələrinə ispanaq, avokado, kakao, xüsusilə də tünd şokolad daxildir. Fıstıq, günəbaxan tumu, badam, qoz-fındıq və balqabaq toxumunda da  maqnezium yüksəkdir.

Balıq və dəniz məhsulları da pəhriz maqneziumunun zəngin qaynaqlarıdır.

Onun çatışmazlığı bir çox xəstəliklərə səbəb olur. Ona görə də mütəxəssislər bədəndə maqneziumun stabil olmağına daimi diqqət etməyi tövsiyə edir.

Mənbə: news-medical.net

Tərcümə: sağlamolun.az

SƏHƏR YEMƏYİNDƏ QADINLAR HANSI SƏHVLƏRİ EDİR

DİETOLOQDAN AÇIQLAMA

Arıqlamaq və qarın piylərindən xilas olmağı hədəfləyirsinizsə, müntəzəm idman və balanslı pəhriz proqramına əməl etməlisiniz.

Gündəlik vərdişlərinizə də diqqət yetirməlisiniz. Xüsusilə günün ən sağlam yeməyi sayılan səhər yeməyində bəzi səhvlərə yol vermək bədəninizin tez piylənməsinə səbəb ola bilər.

Balanslaşdırılmış qidalanma bədəninizə kifayət qədər enerji verə bilər.

Bununla belə, hamımızın bilmədən etdiyimiz bəzi səhvləri var ki, bu da arıqlamağa mane ola bilər.

Türkiyəli dietoloq Sarah Lavuk Ntv.com.tr saytına verdiyi müsahibədə səhər yeməyi zamanı edilən ən çox yayılmış iki səhvdən danışıb.

 AC MƏDƏYƏ QƏHƏ İÇMƏK

Səhər tezdən qəhvə içmək qadınlarda, xüsusən də menopozda qarın yağlarının daha çox yığılmasına səbəb olur.

Lavuk deyir ki, perimenopoz zamanı hormonlarınız hər yerdədir və vücudunuz bir az daha stress keçirəcək.

Mütəxəssisin fikrincə, səhər tezdən acqarına qəhvə içmək kortizolun kəskin artmasına səbəb ola bilər ki,

bu da hormonal balansın pozulmasına səbəb olur və qarın yağının daha çox yığılmasına səbəb ola bilər.

Bath Universitetinin araşdırmasına görə səhər tezdən qəhvə içmək qan şəkərinə nəzarətə mənfi təsir göstərə bilər

və diabet və ürək xəstəlikləri üçün risk faktoru ola bilər.

Bundan əlavə, kofein sidikqovucudur və sidik istehsalını artırır və susuzluğa səbəb ola bilər. .

 ZÜLAL QƏBUL ETMƏMƏK

Sarahın fikrincə səhərlər sadəcə süd, meyvə və yulafla qidalamaq da doğru deyil. Bədənin hər zaman zülala ehtiyacı var və xüsusən də qadınlar daha çox karbohidratla zəngin qidalar qəbul etdikdə kökəldə bilirlər.

Dəyişən hormonlar iştahı artıra bilər və qadınlar səhər yeməyində kifayət qədər zülal almadıqda, qarın yağları çoxalır. Dietoloq izah edib ki,  

Kifayət qədər protein almamaq qadınların əzələ kütləsini itirməsinə səbəb ola bilər ki, bu da hərəkətliliyin azalmasına səbəb olur. Qadınların sağlam yaşlanması və qarın yağının yığılmasının qarşısını almaq üçün kifayət qədər zülal, lif, vitaminlər, minerallar və digər vacib qidaları alması vacibdir.

QARACİYƏRDƏKİ ZƏHƏRİ ÇIXARAN TƏBİİ QARIŞIQ

ZEYTUN YAĞI VƏ…

Tərkibindəki zəngin E vitamini ilə diqqət çəkən zeytun yağı nizamlı olaraq istehlak edildikdə

öd yollarının açılmasına və qaraciyərin stimullaşdırılmasına kömək edir. Bu şəkildə qaraciyərin təmizlənməsinə kömək edir.

Limon turşusu ilə zəngin olan limon qaraciyər fermentlərini aktivləşdirir və qaraciyərin zədələnməsini minimuma endirməyə kömək edir.

Hər səhər acqarına bir xörək qaşığı zeytun yağına iki damcı limon sıxaraq istehlak edildikdə bədəndən toksinləri çıxarmaq asanlaşır.

Həzm sistemi yaxşılaşır və dəri problemləri azalır. Bu qarışıq öd daşı əmələ gəlməsinin qarşısını almaq üçün də faydalıdır.

 

MƏHSULLAR:

1 xörək qaşığı zeytun yağı

10-15 damcı limon suyu

 

HAZIRLIQ:

1 qaşıq zeytun yağına 10-15 damcı limon suyu əlavə edib hər səhər için.

 

Bu qarışıq müntəzəm olaraq istehlak edildikdə qaraciyərdə yığılmış toksinləri çıxarır.

Bununla belə, limonun yüksək turşu tərkibinin mədə problemlərinə səbəb ola biləcəyini xatırlamaq lazımdır.

ÖMRÜ 10 İL UZADAN GİLƏMEYVƏ AÇIQLANDI

XOLESTERİNİ DƏ TARAZLAYIR

Dünyanın bir çox tədqiqatçıları uzun ömrün sirri üzərində işləyir. Sağlam və uzun ömür şansını artıran bir çox amillər var. Amma təbiətdə olan, lakin dəyəri bilinməyən bir meyvə var ki, qan dövranını yaxşılaşdıra və orqanizmi 10 il cavanlaşdıra bilər.

Çiçester Universitetində meyvələrin sağlam xüsusiyyətlərinə diqqət yetirən bir araşdırma, təbiətdə olan bəzi meyvələrin qan dövranını 45 faiz artırdığını sübut etdi. Tərkibindəki yüksək antioksidant sayəsində ümumi sağlamlığa müsbət təsir edən qarağat ömrü uzadan meyvələrdəndir.

Məşq fiziologiyası professoru Mark Villemsin sözlərinə görə, cəmi bir həftə qarağat istehlakı ümumi qan dövranını yaxşılaşdıra və orqanizmin bioloji yaşını 10 il cavanlaşdıra bilər. Tədqiqatçılar, qara qarağat ekstraktı əlavəsinin əzələ daralması zamanı əsas arteriya qan axınını 45% artırdığını aşkar edib. Onlar ilk dörd-yeddi gün ərzində klinik sınaqlarda iştirak edən pasientlərdə əhəmiyyətli dəyişikliklər baş verdiyini söyləyib.

Qara qarağat C vitamini, K vitamini, kalium və antioksidantlarla zəngin olduğu üçün orqanizm üçün çoxlu faydaları var. Professorun sözlərinə görə, bu birləşmələr yüksək təzyiqə səbəb olan ürək-damar qüsurlarına qarşı tampon rolunu oynaya bilər.

Qara qarağatın müntəzəm istifadəsi xolesterin səviyyəsini tarazlaşdırmağa və ürək xəstəlikləri riskini azaltmağa kömək edə bilər. Qara qarağat elmi olaraq sübut olunmuş hipertoniya və ürək-damar sağlamlığı üçün yaxşı kalium və linoleik turşu mənbəyidir.

Professor Willemsin tədqiqatı hipertansif xəstələrdə yüksək qan təzyiqini azaltmaq üçün qarağat ekstraktı istifadəsini dəstəkləyən bir sıra tədqiqatlara əlavə edir.

SARIMSAQ YEYƏNLƏRƏ PİS XƏBƏR

FAYDALI OLDUĞU QƏDƏR DƏ ZƏRƏRLIDIR

Təbii antibiotik kimi tanınan sarımsaq, güclü antibakterial xüsusiyyətləri ilə orqanizmdəki infeksiyalarla mübarizə aparır.

Hər mətbəxdə rast gəlinən, yeməklərə ləzzət qatan və sağlamlığa faydaları ilə tanınan sarımsaq,

həddindən artıq istehlak edildikdə bəzi sağlamlıq problemlərinə səbəb ola bilər.

Sarımsaq xalq arasında "təbii antibiotik" kimi tanınır və çoxlu sağlamlıq faydaları var.

Bədəndəki infeksiyalarla mübarizə aparır və iltihab əleyhinə xüsusiyyətlərə malikdir.

Tərkibindaə antioksidant xüsusiyyətlərə malik olan allisin adlı ferment olduğu üçün

bəzi xəstəliklərin riskini də azaldır. O, həmçinin bəzi xərçəng növlərindən qoruyur.

Çiy sarımsaq dişlərini çeynəmək, ümumi sağlamlıq üçün müxtəlif faydalar təklif edən

kükürd tərkibli birləşmələrin faydalarını əldə etməyə kömək edə bilər. Lakin sarımsağın

həddindən artıq istehlakı sağlamlığınız üçün ciddi problemlər yarada bilər.

  1. HƏZM PROBLEMİ

Çiy sarımsaq müxtəlif sağlamlıq vəziyyətlərini idarə etməkdə təsirli olur, lakin

həddindən artıq yeyildikdə həzm problemlərinə səbəb ola bilər.

Sarımsağın tərkibində böyük miqdarda qəbul edildikdə həzm və bağırsaq narahatlığına

səbəb ola bilən bir birləşmə olan fruktan var. Həddindən artıq sarımsaq istehlakı

həzm sistemini qıcıqlandıra bilər, mədə selikli qişasına zərər verə bilər və ürək yanmas, 

turşu axını, şişkinlik, ürək bulanması, qaz və hətta mədə xorasına səbəb ola bilər.

  1. PİS QOX

Sarımsaq güclü aroması ilə ağız qoxusuna səbəb ola bilər.

Qəribə qoxu adətən dişlərinizi fırçaladığınız zaman keçmir. Bunun səbəbi, sarımsağın

tərkibində həzm edildikdən sonra qana buraxılan kükürd birləşmələri var.

Ağciyərlərə doğru irəliləyir və boğaza qədər uzanır və ağızdan ağız qoxusuna səbəb olur.

  1. SARIMSAQ ALLERGIYASI

Bəzi insanların sarımsağa qarşı allergiyası ola bilər. Bu növ allergiyanın əlamətləri və simptomlarına səpgilər,

qaşınma və ya hətta anafilaksi daxildir. Allergik olduğunuz bir maddəni yedikdən saniyələr

və ya dəqiqələr sonra baş verə biləcək həyati təhlükə yaradan reaksiya.

Nəfəs almaqda çətinlik yarada bilər. Sarımsağa qarşı allergiyası olan insanlar etiketləri oxumalı

və tərkibində sarımsaq ola biləcək qidalardan ehtiyatlı olmalıdırlar.

  1. QANAXMA RİSKİ

Çox sarımsaq yeməyin ciddi yan təsirlərindən biri qanaxma riskinin artmasıdır.

Bu, artıq qan durulaşdıran dərmanlar qəbul edən və ya əməliyyat keçirmiş insanlarda

daha çox ola bilər. Sarımsaq qan durulaşdırıcı və ya antitrombotik xüsusiyyətlərə malikdir,

yəni qan laxtalarının əmələ gəlməsinin qarşısını alır.

Əməliyyatdan əvvəl sarımsaq istehlakından qaçınmaq lazımdır.

  1. AŞAĞI TƏZYQİYƏ GÖRE RƏQƏM

Sarımsaq qan təzyiqini aşağı salması ilə tanınır, çünki tərkibində

qan damarlarını rahatlaşdıra bilən kükürd birləşmələri var.

Bununla belə, çox yemək və ya qan təzyiqi dərmanı ilə birləşdirmək

qan təzyiqini təhlükəli səviyyələrə endirə bilər, başgicəllənmə,

başgicəllənmə, huşunu itirmə, baş ağrısı və bulanıq görmə kimi simptomlara səbəb ola bilər.

  1. DƏRİ YANGILARI

Sarımsaq bütün dəri tipləri üçün uyğun olmaya bilər və həssas dərili insanlar üçün

problem yarada bilər. Sarımsağı birbaşa dəriyə sürtmək yanıqlara, qabarcıqlara və ya qıcıqlanmaya səbəb ola bilər.

Çiy sarımsaq yerinə bişmiş sarımsağın istehlakı bu yan təsirlərin bir qismini azalda bilər.

Sarımsağı qovurmaq və ya sote etmək həzmi yaxşılaşdıra və mədə problemlərinin qarşısını ala bilər.

XƏBƏRDARLIQ: Bu xəbər yalnız ümumi məlumat məqsədi ilə yazılmışdır və tibbi məsləhət kimi qəbul edilməməlidir.

Sağlamlığınızla bağlı hər hansı narahatlığınız varsa, həkiminizlə məsləhətləşin.

ÜST ÖLDÜRƏN QİDALARIN SİYAHISINI AÇIQLANDI

SİYAHI

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, dünyada təxminən 5 milyard insan bu qidaları istehlak etdiyinə görə sağlamlığını təhlükəyə atır.

Bu yedikləriniz ürək xəstəlikləri, diabet və xərçəng kimi ciddi xəstəliklərə səbəb olur.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) kolbasa, bastırma, sosis və bənzəri işlənmiş ətlərin xərçəngə səbəb olduğunu açıqlayıb.

Qurumun dərc etdiyi hesabatda gündə 50 qram işlənmiş ət yeməyin kolon xərçənginə tutulma riskini 18% artırdığı qeyd edilib.

Ümumdünya Səhiyyə Təşkilatı qırmızı ətin "xərçəngə səbəb ola biləcəyi" barədə xəbərdarlıq edir, lakin bu mövzuda məlumat məhduddur.

TRANS YAĞ VƏ MARQARİN

Xüsusilə iri müəssisələrdə istifadə olunan hidrogenləşdirilmiş yağlar, yəni maye yağın xüsusi üsullarla bərkidildiyi yağlar orqanizmə zərər verə bilər. Sənaye trans yağlarının zərərləri də son illərdə aktual mövzu olub və Ümumdünya Səhiyyə Təşkilatı sənaye trans yağlarının tamamilə aradan qaldırılması üzərində işləyir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada təqribən 5 milyard insanın ürək xəstəlikləri və ölüm riskinin artmasına səbəb olan zərərli trans yağlarına qarşı müdafiəsiz olduğunu açıqlayıb.

Çoxumuza məlumdur ki, bütün yağlar içərisində marqarin ən zərərlidir tərkibdir.

Marqarin istehsalında istifadə olunan trans yağ, kalium sorbat, trans yağ, soya yağı və qida boyaları bu məhsulu zərərli edir. Marqarin yerinə mümkün qədər təbii bitki yağlarından istifadə etmək daha sağlamdır.

TƏKRAR İSTİFADƏ EDİLƏN QIZARTMA YAĞLARI

Restoranlarda qızartma yağlarının dəyişdirilmədən uzun müddət istifadə edilməsi də onların daha çox zərərli olmasına səbəb olur.

Ən sağlam qızartma az miqdarda zeytun yağı ilə unsuz qısa müddətdə edilən qızartmadır. Bundan başqa qızartma nəinki yeməyin faydalı tərkibini məhv edir, hətta onun zərərli olmasına səbəb olur.

ŞƏKƏR

Şəkər çuğundurundan əldə edilir, fruktoza və qlükozadan ibarətdir. Tərkibində zülal, yağ, vitamin və mineral yoxdur. Əksər dietoloqlar bədənin zərif ağ şəkərə ehtiyac duymadığını iddia edirlər. Yüksək miqdarda ağ şəkər qaraciyərə lazımsız yük verir və bir çox xəstəliklərin riskini artırır. Ağ şəkəri azaltdığınız zaman vücudunuz taxıl və paxlalı bitkilərdən ala biləcəyiniz şəkəri sağlam şəkildə istifadə edə bilər və şəkər ehtiyacınız qarşılanar.

Süni dadlandırıcılar arasında ən zərərli olduğu düşünülən və tədqiq edilən maddələr asesulfam kalium, monosodium glutamat, sukraloza, aspartam və natrium benzonatdır. Süni tatlandırıcıların yerinə kokos şəkəri, ağcaqayın siropu və bal kimi təbii tatlandırıcılardan istifadə etmək olar; Bununla belə, çox istifadə edildikdə zərərli ola biləcəyinə dair ekspert rəyləri də var. Ümumdünya Səhiyyə Təşkilatı normal şəkərin gündə 25 qramı keçməməli olduğunu deyir.

KONSERVLƏR

Ümumiyyətlə, qablaşdırılmış qidaların əksəriyyətinin saxlama müddətini uzatmaq üçün onlara əlavə edilən zərərli maddələr bu məhsulları sağlamlığa zərərli edir.

Məsələn, sübut edilib ki, çipslərdə olan monosodium glutamat insan orqanizminə siqaret qədər ziyanlıdır. Hazır çipslər əvəzinə sobada incə doğranmış kartofdan və ya lavaşdan təbii çipslərinizi hazırlaya bilərsiniz.

HAZIR BULYON

Düyü plovuna, şorbaya və bir çox xörəklərə qatılan bulyonun orqanizmə vurduğu ziyan göz ardı edilməyəcək qədər ciddidir.

Bulyonların tərkibində Mono natrium glutamat (MSG) adlı zərərli maddə var. Çin duzu adlanan bu maddə mütəxəssislər tərəfindən təhlükəli hesab edilir. Bir çox xəstəliklərə səbəb olmaqla orqanizmi məhv edən məhsulun zərərləri həqiqətən inanılmazdır.

Bulyonun tərkibindəki kimyəvi maddələrə görə bədən 'Çin Restoranı Sindromu' adlı kütləvi reaksiyaya girir və müntəzəm olaraq yeməklərdə istehlak edildikdə; Anormal ürək döyüntüsü, nəfəs almaqda çətinlik, baş gicəllənməsi və hətta alzaymer kimi xəstəliklərə səbəb olur.

SÜMÜKLƏRİ DAŞ KİMİ GÜCLƏNDİRƏN 5 VİTAMİN

BƏDƏNIN DÖZÜMLÜLÜYÜNÜ ARTIRIR

Həkim-mütəxəssislər sümüklər üçün ən vacib 5 vitamini açıqlayıb.

Yaşlandıqca, sağlam qidalanma, vitamin və mineral ehtiyatları olmasa  sümüklər zəifləyir.

Bu isə xroniki ağrılara, hərəkət problemlərinə, zəif dişlərə və kövrək dırnaqlara səbəb olur.

Sümük aşınmasının qarşısını almaq üçün həkimlərin məsləhət görfeüyü vitaminlər siyahısında ilk yeri A VİTAMİNİ tutur.

diş minasının meydana gəldiyi vacib bir protein olan keratinin meydana gəlməsinə kömək edən bu vitamin

kök, kartof, balqabaq, göbələk, cəfəri, ispanaq, brokoli, kimi meyvə və tərəvəzlərdə, buğdada, paxlalı bitkilərdə və kərə yağında var.  

"Nutrients" jurnalında dərc edilən araşdırmaya görə,

D vitamini sümük və dişlərin mineralizasiyasında mühüm rol oynayır.

D vitamini ilə zəngin qidalara yağlı balıqlar, yumurta sarısı, zənginləşdirilmiş süd və pendir kimi qidaları əlavə etmək olar.

"Frontiers in Nutrition" jurnalında dərc edilən araşdırmaya görə vitamin C diş quruluşu, dəstək

və baxım üçün vacib olan kollagenin sintezinə kömək edir.

Yaşıl bibər, portağal, naringin, ciyələk, limon kimi qidalar təbii C vitamini ilə zəngindir.

K1 və K2 vitamini sümüklərə xüsusilə qoruyucu təsir göstərir.

Brokoli, turp, kələm, ispanaq, yaşıl soğanda bu vitamin kifayət qədərdir.  

"International Journal of Clinical Pediatric Dentistry" jurnalında dərc edilən araşdırmaya görə,

B12 vitamini çatışmazlığı uşaqlarda diş çürüməsi və diş əti xəstəliklərinin artmasına səbəb ola bilər.

Səhər yeməyində qaynadılmış yumurta yemək B12 vitamini səviyyəsini yaxşılaşdırmağa kömək edə bilər.

Ət və süd kimi heyvan məhsullarından istifadə etməyən vegeterianlarda adərən B12 vitamini çatışmazlığı olur.  

MAQNEZİUM ÇATIŞMAZLIĞNI BU ÇƏRƏZLƏRLƏ ARADAN QALDIRIN  

300 QRAM YEMƏK KİFAYƏTDİR

 

Maqnezium çatışmazlığı bu xəstəliklərə səbəb olur.

Bədəndə əzələ və sinir funksiyasını dəstəkləyən, qan şəkərini tarazlaşdıran

və təzyiqi tənzimləyən maqnezium, orqanizm tərəfindən istehsal olunmadığı üçün

digər əlavələrlə tamamlanır. Bu əlavələri qəbul etməyənlər maqneziumla zəngin qidalar da qəbul edir.

Bir çox reaksiyada iştirak edən maqnezium orqanizmdə bir çox proseslərdə mühüm rol oynayır.

Yorğunluq, yuxusuzluq və zəiflik maqnezium çatışmazlığının ümumi simptomlarındandır.

Maqnezium çatışmazlığı əzələ krampları, menstruasiya əvvəli gərginlik, menopoz əlamətləri,

yorğunluq, depressiya, iştahsızlıq, ürəkbulanma, qusma və anormal ürək ritmlərinə səbəb olur.

Bundan əlavə infarkt, insult, diabet və ya osteoporoz kimi xəstəlik riskini artırır.

Qeyd edək ki, sağlam insan gündəlik olaraq 300-350 mq maqnezium qəbul etməlidir.

Mütəxəssislər, onun səviyyəsinin normada saxlanılması üçün qida əlavələrindən çox,

təbii qida mənbələrindən istifadə etməyi məsləhət görüb. Bu, badam,

balqabaq tumu, çiya toxumu, yer fındığı yağı və avokado kimi qidalardır.

DEMENSİYANIN İNKİŞAF RİSKİNİ 12% AZALDAN TƏBİİ ƏRZAQ

AVROPA ALİMLƏRİNİN ARAŞDIRMASI

 

İspaniyanın Kastilya-La-Mança və Portuqaliyanın Porto Universitetinin alimləri müəyyən edib ki, demans inkişaf riskini 12% azaltmaq üçün hər gün təxminən 30 qram duzsuz qoz-fındıq yemək lazımdır.

Araşdırmanın nəticələri GeroScience jurnalında dərc olunub.

Alimlər könüllülərdən pəhrizləri və qoz-fındıq yeyib-yetmədikləri barədə danışmağı xahiş ediblər.

Məlumat topladıqdan sonra tədqiqatçılar iştirakçıları müşahidə etməyə başlayıblar.

Müşahidə başlandıqdan 7 il sonra alimlər tədqiqat qrupunda demans hallarını təhlil ediblər.

Məlum olub ki, gündəlik 30 qram duzsuz və qovrulmamış qoz-fındıq istehlakı bu xəstəliyə tutulma riskini 12% azaldır.

Eyni zamanda, qoruyucu təsir qadınlarda, 60 yaşdan yuxarı insanlarda,

piylənmə və pis vərdişləri olmayan insanlarda daha çox özünü göstərib.

Alimlər qozun qida maddələri, sağlam yağlar, zülal, lif və beyin fəaliyyətinə

müsbət təsir göstərən bir sıra mikroelementlərlə zəngin olduğunu vurğulayıblar.

ARTAN TƏZYİQ, YADDAŞ ZƏİFLİYİ, İNFEKSİYA ƏLEYHİNƏ TƏBİİ ÇARƏ AÇIQLANIB

MİN DƏRDƏ DƏRMAN - NAR

Alimlər xalq arasında "cənnət meyvəsi" olaraq da bilinən narın çoxsaylı faydalarını açıqlayıb.

Bir kasa narın tərkibində 93 kalori, 2,30 qram protein, 20,88 qram karbohidrat və 0,14 qram yağ var.

Alimlər narın qan təzyiqini normallaşdırdığını bildirir.

Yüksək təzyiqi olan insanlar üzərində aparılan tədqiqatlar göstərir ki, nar şirəsi qan təzyiqini aşağı salmağa kömək edir.

Bundan əlavə narın infeksiya ilə mübarizə aparmaq xüsusiyyəti də var.

Antibakterial xüsusiyyətləri ilə bədəndəki infeksiya ilə mübarizə aparmağa kömək edir.

Yaddaşın gücləndirilməsi, əzələlərin inkişafı üçün də istehlakı məsləhət görülür.

4 həftə ərzində müntəzəm olaraq nar şirəsinin yemək həm vizual, həm də şifahi yaddaşı yaxşılaşdırdığı sübut edilib.

Mütəxəssislər idmandan əvvəl bir kasa nar yeməyin əzələ inkişafına faydası olduğunu da vurğulayır.

C vitamini və antioksidantlarla zəngin olan nar şirəsi qan lipidlərini oksidləşmədən qoruyur və arterial lövhə əmələ gəlməsinin qarşısını ala bilir.