ALİMLƏR 4 TƏDQİQAT APARIB
Tərəvəzli bir kasa toyuq şorbası həqiqətən soyuqdəymə və ya qriplə mübarizə aparmağa kömək edə bilərmi?
“Nutrients” jurnalında dərc olunan son araşdırma məqaləsində tədqiqatçılar şorba içməyin böyüklərin tənəffüs yolu infeksiyalarından sağalmasına kömək edib-etmədiyini araşdırıblar. Onlar toyuqlu, göyərtili və tərəvəzli şorbaların simptomları yüngülləşdirə biləcəyini və xəstəliyin müddətini bir qədər qısalda biləcəyini, ehtimal ki, iltihab markerlərinin səviyyəsini azaltdığını göstərən araşdırmalar tapıb.
Alimlər kəskin respirator infeksiyalarda (ARI) şorbanın terapevtik təsirlərini araşdıran 342 nəfərin iştirak etdiyi dörd araşdırmanı təhlil edib.
İştirakçılar arasında soyuqdəymə və qrip kimi xəstəlikləri olan böyüklər, uşaqlar və yaşlılar da olub.
Dörd tədqiqat sübut edib ki, xüsusən də toyuq və tərəvəz şorbası, nəmləndirici, qidalandırıcı və iltihab əleyhinə xüsusiyyətlərinə görə qrip və soyuqsəymə simptomlarının şiddətini və xəstəliyin müddətini bir qədər azaldır.
Saglamolun.Az