ÜST ÖLDÜRƏN QİDALARIN SİYAHISINI AÇIQLANDI

SİYAHI

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, dünyada təxminən 5 milyard insan bu qidaları istehlak etdiyinə görə sağlamlığını təhlükəyə atır.

Bu yedikləriniz ürək xəstəlikləri, diabet və xərçəng kimi ciddi xəstəliklərə səbəb olur.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) kolbasa, bastırma, sosis və bənzəri işlənmiş ətlərin xərçəngə səbəb olduğunu açıqlayıb.

Qurumun dərc etdiyi hesabatda gündə 50 qram işlənmiş ət yeməyin kolon xərçənginə tutulma riskini 18% artırdığı qeyd edilib.

Ümumdünya Səhiyyə Təşkilatı qırmızı ətin "xərçəngə səbəb ola biləcəyi" barədə xəbərdarlıq edir, lakin bu mövzuda məlumat məhduddur.

TRANS YAĞ VƏ MARQARİN

Xüsusilə iri müəssisələrdə istifadə olunan hidrogenləşdirilmiş yağlar, yəni maye yağın xüsusi üsullarla bərkidildiyi yağlar orqanizmə zərər verə bilər. Sənaye trans yağlarının zərərləri də son illərdə aktual mövzu olub və Ümumdünya Səhiyyə Təşkilatı sənaye trans yağlarının tamamilə aradan qaldırılması üzərində işləyir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada təqribən 5 milyard insanın ürək xəstəlikləri və ölüm riskinin artmasına səbəb olan zərərli trans yağlarına qarşı müdafiəsiz olduğunu açıqlayıb.

Çoxumuza məlumdur ki, bütün yağlar içərisində marqarin ən zərərlidir tərkibdir.

Marqarin istehsalında istifadə olunan trans yağ, kalium sorbat, trans yağ, soya yağı və qida boyaları bu məhsulu zərərli edir. Marqarin yerinə mümkün qədər təbii bitki yağlarından istifadə etmək daha sağlamdır.

TƏKRAR İSTİFADƏ EDİLƏN QIZARTMA YAĞLARI

Restoranlarda qızartma yağlarının dəyişdirilmədən uzun müddət istifadə edilməsi də onların daha çox zərərli olmasına səbəb olur.

Ən sağlam qızartma az miqdarda zeytun yağı ilə unsuz qısa müddətdə edilən qızartmadır. Bundan başqa qızartma nəinki yeməyin faydalı tərkibini məhv edir, hətta onun zərərli olmasına səbəb olur.

ŞƏKƏR

Şəkər çuğundurundan əldə edilir, fruktoza və qlükozadan ibarətdir. Tərkibində zülal, yağ, vitamin və mineral yoxdur. Əksər dietoloqlar bədənin zərif ağ şəkərə ehtiyac duymadığını iddia edirlər. Yüksək miqdarda ağ şəkər qaraciyərə lazımsız yük verir və bir çox xəstəliklərin riskini artırır. Ağ şəkəri azaltdığınız zaman vücudunuz taxıl və paxlalı bitkilərdən ala biləcəyiniz şəkəri sağlam şəkildə istifadə edə bilər və şəkər ehtiyacınız qarşılanar.

Süni dadlandırıcılar arasında ən zərərli olduğu düşünülən və tədqiq edilən maddələr asesulfam kalium, monosodium glutamat, sukraloza, aspartam və natrium benzonatdır. Süni tatlandırıcıların yerinə kokos şəkəri, ağcaqayın siropu və bal kimi təbii tatlandırıcılardan istifadə etmək olar; Bununla belə, çox istifadə edildikdə zərərli ola biləcəyinə dair ekspert rəyləri də var. Ümumdünya Səhiyyə Təşkilatı normal şəkərin gündə 25 qramı keçməməli olduğunu deyir.

KONSERVLƏR

Ümumiyyətlə, qablaşdırılmış qidaların əksəriyyətinin saxlama müddətini uzatmaq üçün onlara əlavə edilən zərərli maddələr bu məhsulları sağlamlığa zərərli edir.

Məsələn, sübut edilib ki, çipslərdə olan monosodium glutamat insan orqanizminə siqaret qədər ziyanlıdır. Hazır çipslər əvəzinə sobada incə doğranmış kartofdan və ya lavaşdan təbii çipslərinizi hazırlaya bilərsiniz.

HAZIR BULYON

Düyü plovuna, şorbaya və bir çox xörəklərə qatılan bulyonun orqanizmə vurduğu ziyan göz ardı edilməyəcək qədər ciddidir.

Bulyonların tərkibində Mono natrium glutamat (MSG) adlı zərərli maddə var. Çin duzu adlanan bu maddə mütəxəssislər tərəfindən təhlükəli hesab edilir. Bir çox xəstəliklərə səbəb olmaqla orqanizmi məhv edən məhsulun zərərləri həqiqətən inanılmazdır.

Bulyonun tərkibindəki kimyəvi maddələrə görə bədən 'Çin Restoranı Sindromu' adlı kütləvi reaksiyaya girir və müntəzəm olaraq yeməklərdə istehlak edildikdə; Anormal ürək döyüntüsü, nəfəs almaqda çətinlik, baş gicəllənməsi və hətta alzaymer kimi xəstəliklərə səbəb olur.

SÜMÜKLƏRİ DAŞ KİMİ GÜCLƏNDİRƏN 5 VİTAMİN

BƏDƏNIN DÖZÜMLÜLÜYÜNÜ ARTIRIR

Həkim-mütəxəssislər sümüklər üçün ən vacib 5 vitamini açıqlayıb.

Yaşlandıqca, sağlam qidalanma, vitamin və mineral ehtiyatları olmasa  sümüklər zəifləyir.

Bu isə xroniki ağrılara, hərəkət problemlərinə, zəif dişlərə və kövrək dırnaqlara səbəb olur.

Sümük aşınmasının qarşısını almaq üçün həkimlərin məsləhət görfeüyü vitaminlər siyahısında ilk yeri A VİTAMİNİ tutur.

diş minasının meydana gəldiyi vacib bir protein olan keratinin meydana gəlməsinə kömək edən bu vitamin

kök, kartof, balqabaq, göbələk, cəfəri, ispanaq, brokoli, kimi meyvə və tərəvəzlərdə, buğdada, paxlalı bitkilərdə və kərə yağında var.  

"Nutrients" jurnalında dərc edilən araşdırmaya görə,

D vitamini sümük və dişlərin mineralizasiyasında mühüm rol oynayır.

D vitamini ilə zəngin qidalara yağlı balıqlar, yumurta sarısı, zənginləşdirilmiş süd və pendir kimi qidaları əlavə etmək olar.

"Frontiers in Nutrition" jurnalında dərc edilən araşdırmaya görə vitamin C diş quruluşu, dəstək

və baxım üçün vacib olan kollagenin sintezinə kömək edir.

Yaşıl bibər, portağal, naringin, ciyələk, limon kimi qidalar təbii C vitamini ilə zəngindir.

K1 və K2 vitamini sümüklərə xüsusilə qoruyucu təsir göstərir.

Brokoli, turp, kələm, ispanaq, yaşıl soğanda bu vitamin kifayət qədərdir.  

"International Journal of Clinical Pediatric Dentistry" jurnalında dərc edilən araşdırmaya görə,

B12 vitamini çatışmazlığı uşaqlarda diş çürüməsi və diş əti xəstəliklərinin artmasına səbəb ola bilər.

Səhər yeməyində qaynadılmış yumurta yemək B12 vitamini səviyyəsini yaxşılaşdırmağa kömək edə bilər.

Ət və süd kimi heyvan məhsullarından istifadə etməyən vegeterianlarda adərən B12 vitamini çatışmazlığı olur.  

MAQNEZİUM ÇATIŞMAZLIĞNI BU ÇƏRƏZLƏRLƏ ARADAN QALDIRIN  

300 QRAM YEMƏK KİFAYƏTDİR

 

Maqnezium çatışmazlığı bu xəstəliklərə səbəb olur.

Bədəndə əzələ və sinir funksiyasını dəstəkləyən, qan şəkərini tarazlaşdıran

və təzyiqi tənzimləyən maqnezium, orqanizm tərəfindən istehsal olunmadığı üçün

digər əlavələrlə tamamlanır. Bu əlavələri qəbul etməyənlər maqneziumla zəngin qidalar da qəbul edir.

Bir çox reaksiyada iştirak edən maqnezium orqanizmdə bir çox proseslərdə mühüm rol oynayır.

Yorğunluq, yuxusuzluq və zəiflik maqnezium çatışmazlığının ümumi simptomlarındandır.

Maqnezium çatışmazlığı əzələ krampları, menstruasiya əvvəli gərginlik, menopoz əlamətləri,

yorğunluq, depressiya, iştahsızlıq, ürəkbulanma, qusma və anormal ürək ritmlərinə səbəb olur.

Bundan əlavə infarkt, insult, diabet və ya osteoporoz kimi xəstəlik riskini artırır.

Qeyd edək ki, sağlam insan gündəlik olaraq 300-350 mq maqnezium qəbul etməlidir.

Mütəxəssislər, onun səviyyəsinin normada saxlanılması üçün qida əlavələrindən çox,

təbii qida mənbələrindən istifadə etməyi məsləhət görüb. Bu, badam,

balqabaq tumu, çiya toxumu, yer fındığı yağı və avokado kimi qidalardır.

DEMENSİYANIN İNKİŞAF RİSKİNİ 12% AZALDAN TƏBİİ ƏRZAQ

AVROPA ALİMLƏRİNİN ARAŞDIRMASI

 

İspaniyanın Kastilya-La-Mança və Portuqaliyanın Porto Universitetinin alimləri müəyyən edib ki, demans inkişaf riskini 12% azaltmaq üçün hər gün təxminən 30 qram duzsuz qoz-fındıq yemək lazımdır.

Araşdırmanın nəticələri GeroScience jurnalında dərc olunub.

Alimlər könüllülərdən pəhrizləri və qoz-fındıq yeyib-yetmədikləri barədə danışmağı xahiş ediblər.

Məlumat topladıqdan sonra tədqiqatçılar iştirakçıları müşahidə etməyə başlayıblar.

Müşahidə başlandıqdan 7 il sonra alimlər tədqiqat qrupunda demans hallarını təhlil ediblər.

Məlum olub ki, gündəlik 30 qram duzsuz və qovrulmamış qoz-fındıq istehlakı bu xəstəliyə tutulma riskini 12% azaldır.

Eyni zamanda, qoruyucu təsir qadınlarda, 60 yaşdan yuxarı insanlarda,

piylənmə və pis vərdişləri olmayan insanlarda daha çox özünü göstərib.

Alimlər qozun qida maddələri, sağlam yağlar, zülal, lif və beyin fəaliyyətinə

müsbət təsir göstərən bir sıra mikroelementlərlə zəngin olduğunu vurğulayıblar.

ARTAN TƏZYİQ, YADDAŞ ZƏİFLİYİ, İNFEKSİYA ƏLEYHİNƏ TƏBİİ ÇARƏ AÇIQLANIB

MİN DƏRDƏ DƏRMAN - NAR

Alimlər xalq arasında "cənnət meyvəsi" olaraq da bilinən narın çoxsaylı faydalarını açıqlayıb.

Bir kasa narın tərkibində 93 kalori, 2,30 qram protein, 20,88 qram karbohidrat və 0,14 qram yağ var.

Alimlər narın qan təzyiqini normallaşdırdığını bildirir.

Yüksək təzyiqi olan insanlar üzərində aparılan tədqiqatlar göstərir ki, nar şirəsi qan təzyiqini aşağı salmağa kömək edir.

Bundan əlavə narın infeksiya ilə mübarizə aparmaq xüsusiyyəti də var.

Antibakterial xüsusiyyətləri ilə bədəndəki infeksiya ilə mübarizə aparmağa kömək edir.

Yaddaşın gücləndirilməsi, əzələlərin inkişafı üçün də istehlakı məsləhət görülür.

4 həftə ərzində müntəzəm olaraq nar şirəsinin yemək həm vizual, həm də şifahi yaddaşı yaxşılaşdırdığı sübut edilib.

Mütəxəssislər idmandan əvvəl bir kasa nar yeməyin əzələ inkişafına faydası olduğunu da vurğulayır.

C vitamini və antioksidantlarla zəngin olan nar şirəsi qan lipidlərini oksidləşmədən qoruyur və arterial lövhə əmələ gəlməsinin qarşısını ala bilir.

Onların mövsümü çatdı: zəhərsizini necə seçək? - DİQQƏT!

Ən çox sevilən meyvələrdən olan alçanın 30-dan çox sortu var. Yerli sortlardan yaz mələsi, göyçə, xanbəyi, şabranı və ağ alça geniş yayılıb. Meyvələri əsasən yumru formada olsa da, yastı-yumru və bir qədər oval şəklində olanları da var. Bir meyvənin çəkisi 2-6 qr təşkil edir, ləti çəyirdəyindən ayrılmır. Meyvələri sarı, qırmızı, çəhrayı, tünd bənövşəyi, yaşıl və ağ rəngdə olur. Həmçinin ölçüsünə, dadına, formasına və yetişmə müddətinə görə fərqlənir. Alçanın "göyçə sultan" adlanan sortu formasına və dadına görə digər sortlardan fərqlənir. Onun qabığı daha nazik, çəyirdəyi nisbətən balacadır və ağzı daha çox büzüşdürür.

Alçanın tərkibində şəkər, limon turşusu və müxtəlif pektinlər var. Meyvənin tərkibindəki mikroelementlər arasında ən çox kalsiuma, kaliuma və fosfora rast gəlinir. Tərkibində A, K, C vitaminləri üstünlük təşkil edir. Alça xüsusilə uşaqlar, yaşlılar və hamilə qadınlar üçün faydalıdır. Alça astma, revmatizm, xərçəng riskini azaldan meyvələr qrupuna aiddir. Yetişmiş alçanın şirəsinin güclü öskürək və vərəm xəstəliyi zamanı qəbul olunması məsləhətdir. İstehlak üçün ləkəsiz, zədəsiz, bərk və büzüşməmüş alçaların alınması tövsiyə edilir.

Respublikamızda tələbat çox olan giləmeyvələrdən sayılan çiyələk əksər bölgələrdə əkilib becərilir və yüksək məhsul əldə edilir. Meyvə mövsümü başlayanda ilk olaraq bu bitkinin meyvəsi yetişir. Çiyələyin tez yetişməsi, bol məhsul verməsi və bu sahənin çox gəlirli olması kənd təsərrüfatında böyük əhəmiyyət kəsb edir. Çiyələyin yetişmiş meyvələri parlaq-qırmızı rəngdə olub, forması yumurtaşəkilli-konusvaridir.

Yetişmə müddətinə görə çiyələk sortları tez, orta və gecyetişən olur. Gecyetişən sortlar digər sortlara nisbətən təxminən 2 həftə sonra istehlak üçün yararlı hesab edilir. İri meyvəli bağ çiyələyinin tez yetişən sortlarına Poşinskaya, Obilnaya, orta yetişənlərə Festifalnaya, Zenqana, gecyetişənlərə Poznaya Zaqorya, Traktorist və başqaları aiddir. İstifadəsinə görə sortlar çərəz (giləsi zərif, ətirli, şirin dadlı), süfrə (daha sıx konsistensiyalı dadlı gilələr-yemək və şirniyyat şirələri hazırlamaq, eləcə də süfrəyə təzə halda verilmək üçün) və texniki (giləsi sıx, lətli, turşaşirin dadlı, termiki işləməyə-sterilizə etməyə, yaxud dondurulmağa davamlı) kimi fərqləndirilir. Çiyələk ətri, dadı və görünüşü ilə cəlbedici olmaqla yanaşı, həm də çox faydalıdır.

Çiyələyin tərkibində şəkər, üzvi turşu, pektin maddələri və s. var. Bol miqdarda dəmir və fosfora malik olan çiyələyin tərkibi A, B və K vitaminləri ilə zəngindir. Bu giləmeyvə növü güclü antioksidant xüsusiyyətə malikdir və immuniteti gücləndirir. Gün ərzində 7-8 ədəd çiyələk istehlak etmək günlük C vitamini normasını ödəyir. Bu meyvə istehlak olunarkən bəzi xüsusiyyətlər nəzərə alınmalıdır. Belə ki,  çiyələk torpaqda yetişdiyi üçün istehlak edilməmişdən əvvəl mütləq şəkildə bol su ilə yuyulmalı və üzərindəki torpaq hissəcikləri təmizlənməlidir. Həmçinin saplağı giləmeyvədən ayrılmalıdır.

Çiyələyin dadının acı olması və ağzı büzüşdürməsi məhsulun tam yetişməməsinin əlaməti sayıla bilər. Çiyələyin ölçüsünün iri olması çeşiddən asılıdır. İri çiyələklər ölkəmizə müxtəlif ölkələrdən idxal edilir. Qeyd edək ki, son dövrlərdə satışa çıxarılan iri, eyni zamanda fərqli forma və görünüşdə olan çiyələk çeşidlərinə iqlim şəraitinin təsiri də az deyil. Çiyələk alarkən qırmızı rəngli və ləkəsiz meyvələrə üstünlük verilməsi məsləhətdir. Asanlıqla xarab ola bilən yetişmiş çiyələklər bir neçə gün ərzində istehlak edilməlidir. Çiyələyi 1 həftə müddətində soyuducuda, 6 aya qədər isə dondurucuda saxlamaq mümkündür. Bu məhsulun həddindən artıq istehlakı insan orqanizmində allergik reaksiyalara səbəb ola bilər.

Ümumiyyətlə təbii və keyfiyyətli məhsul, o cümlədən çiyələk, alça, ərik və gilas seçmək və ya almaq üçün onların orqanoleptik xüsusiyyətlərinə, keyfiyyətinə, həmçinin qablaşdırılmasına, saxlama şəraitinə və temperaturuna diqqət etmək lazımdır.afsa.gov.az