SOĞAN QABIĞININ QADINLARA İNANILMAZ TƏSİRİ

SOĞANIN SAĞLAMLIĞA FAYDALARI 

Soğan, təbii antibiotik xüsusiyyətləri və zəngin qida tərkibi ilə insan sağlamlığı üçün çox faydalıdır. Bu tərəvəz tərkibindəki vitaminlər (C, B6, fol turşusu) və minerallar (kalium, maqnezium, kükürd) sayəsində immunitet sistemini gücləndirir. Soğan, həmçinin yüksək miqdarda antioksidantlarla zəngindir ki, bu da bədəni sərbəst radikalların zərərindən qoruyur və xərçəng riskini azaldır.

Tərkibindəki flavonoidlər və kükürd birləşmələri sayəsində soğan ürək-damar sistemini dəstəkləyir. Bu maddələr qan dövranını yaxşılaşdırır, xolesterin səviyyəsini tənzimləyir və qan təzyiqini aşağı salmağa kömək edir. Soğanın antiinflamatuar xüsusiyyətləri artrit, astma və digər iltihablı xəstəliklər zamanı simptomları yüngülləşdirə bilər.

Bundan əlavə, soğan mədə-bağırsaq sisteminin sağlamlığı üçün də əvəzolunmazdır. Tərkibindəki prebiyotiklər bağırsaq florasını yaxşılaşdırır və həzmi asanlaşdırır. Soğan həmçinin dəri sağlamlığını qoruyur, saç tökülməsini azaldır və hüceyrələrin yenilənməsini sürətləndirir.

Gündəlik rasiona əlavə edilən soğan, xəstəliklərdən qorunmaq və ümumi sağlamlıq səviyyəsini artırmaq üçün təbii və təsirli vasitədir. 

Soğan qabığının qaynadılıb içilməsi, xalq təbabətində müxtəlif sağlamlıq problemlərinə qarşı istifadə edilən bir üsuldur. Xüsusilə qadın sağlamlığı baxımından bəzi faydaları olduğuna inanılır. Bu tətbiqin təsirləri haqqında elmi araşdırmalar məhdud olsa da, bəzi xalq təbabəti inanclarına əsaslanaraq aşağıdakı faydaları qeyd edilə bilər:

  1. İltihab azaldıcı təsir: Soğan qabığında olan flavonoidlər və antioksidantlar iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Bu, qadınlarda sidik yolları infeksiyaları və digər iltihablı problemlərin qarşısını almağa kömək edə bilər.

  2. Menstruasiya dövrünün tənzimlənməsi: Xalq təbabətində soğan qabığı çayı, menstruasiya axınının normallaşmasına kömək edə biləcəyi düşünülür.

  3. Matka (uşaqlıq) sağlamlığına təsir: Soğan qabığı çayı detoks təsir göstərərək, uşaqlıqda yığılmış toksinlərin təmizlənməsinə kömək edə bilər. Bu, qadınlarda hormonal balansın qorunmasına dəstək ola bilər.

Hazırlanması:

  • 2-3 ədəd soğanın qabığını təmizləyib yaxşıca yuyun.
  • 1 litr suya əlavə edib 10-15 dəqiqə qaynadın.
  • Soyuduqdan sonra süzüb gün ərzində 1-2 stəkan içə bilərsiniz.

Diqqət Edilməli Məqamlar:

  • Hamiləlik dövründə və ya ciddi ginekoloji problemlər zamanı istifadə etməzdən əvvəl həkimlə məsləhətləşin.
  • Həddindən artıq qəbul mədə-bağırsaq narahatlıqlarına səbəb ola bilər.

Soğan qabığı çayı təbii bir vasitədir və hər zaman tibbi müalicənin yerini tutmasa da, sağlamlıq rejiminizə əlavə olaraq istifadə edilə bilər.

“HƏR GÜN 20 QRAM KƏRƏ YAĞI YEYİN”

DİETOLOQ İDDİA EDİR

 

DİYETOLOQ İDDİA EDİR

Kərə yağı istehlak etməyən insanlarda, bədən sağlamlığı üçün lazimi komponentlərin çatızmazlığı yaranır.

Yağın tərkibində yağ turşuları və yağda həll olunan A, D, E, K vitaminləri var, zərərli komponentlər yoxdur və asanlıqla həzm olunur. Qidalanma mütəxəssisi Marqarita Makuxa qeyd edir ki, kərə yağı istehlakı sümükləri, oynaqları sağlam saxlayır, immunitet sisteminə müsbət təsir göstərir və mədə-bağırsaq traktının sağlamlığını yaxşılaşdırır. Tərkibində olan A və D vitamini güclü sümüklər üçün gərəkli kalsium miqdarını təmin edir. Bundan əlavə, kərə yağını 20-30 qramdan çox istifadə etməməyi də tövsiyə edib.

Marqarita Makuxanın sözlərinə görə, kərə yağı böyüklərdən daha çox uşaqlar üçün faydalıdır. Çünki bu qidalandırıcı məhsuldur və böyümə zamanı xolesterol yeni hüceyrələrin qurulması üçün lazımi komponentdir. Uşaqlar üçün bu məhsul yağda həll olunan selen, xrom, sink, mis kimi vitamin və mineralların qiymətli mənbəyidir. Məhz buna görə yağın tərkibindəki yağ turşuları, omega 3 və 6 vitaminləri beynin daha yaxşı inkişaf etməyinə kömək edir.

 

 

 

BORŞA XAMA QATMAQ FAYDASINI AZALDIRMI?

BİLMƏDİYİNİZ XEYİRLİ KEYFİYYƏTLƏRİ 

Borş Rusiya və Ukraynada məşhur və sevimli yeməkdir. Bununla bərabər demək olar ki, bu sulu xörək bütün postsovet ölkələrinin mətbəxində yer qazanıb. Azərbaycanda da, xüsusən soyuq fəsillərdə ən çox hazırlanan və məmnuniyyətlə istehlak edilən xörəklərdən biridir.

Bəs borşun faydaları nədir? Bioşmiş tərəvəzlər orqanizmə necə təsir edir?

Borşun tərkibində çoxlu xərçəng əleyhinə maddələr var. Onlar çuğundur, sarımsaq, pomidor və tomat pastasında olur. Zəngin ət bulyonu həzmi stimullaşdırır, qidanın udulmasına kömək edir, xüsusilə ağır xəstəliklər və əməliyyatlardan sonra gücü bərpa edir, dəmir çatışmazlığını aradan qaldırır, ürək və qan damarlarını gücləndirir.

Tərkibində B vitaminləri, vitamin C, K, üzvi turşular, fol və pantotenik turşular, amin turşuları, karotenoidlər, mineral duzlar var.

Ətli borş protein ehtiva edir. Bu, yüksək performans təmin edən heyrətamiz dərəcədə güclü enerji içkisidir. O, uzun müddət qidalandırır, doyurur və effektiv metabolik prosesləri təmin edir.

BUndan əlavə olaraq, aşağı kalorili yeməkdir, onların istehlakı pəhriz qidalanmasında əvəzolunmazdır;

Bir boşqab borşa bir qaşıq xama əlavə etməklə şorbaların tərkibindəki turşuları zərərsizləşdirə bilərsiniz. Məlum olub ki, bu, yalnız dad və fayda üçün deyil, həm də mədə-bağırsaq traktını şorbanın həddindən artıq turşuluğundan qoruyan "təhlükəsizlik sistemi"dir.

 

 

 

BU MEYVƏNİ YEMƏK ÖLÜM TƏHLÜKƏSİ YARADIR

XƏBƏRDARLIQ

Xurmanın səbəb olacağı bir sıra sağlamlıq problemləri açıqlanıb.  

Belə ki, Rusiyanın Yekaterinburq şəhərində payız-qış aylarında orta hesabla 50 nəfər bağırsaq tıxanması ilə xəstəxanaya çatdırılıb. Bunun xurma istehlakı səbəbindən olduğu iddia edilir.

“Xurma – fitobezoardır, yəni mədə və ya nazik bağırsaqlarda həzm olunmayan maddələri toplayan və kütlə əmələ gətirən meyvədir. Mədədə həzm olunmayan kütlə isə toplaşaraq, yeməyin həzminə mane olur. Bundan əlavə, xurmanın tərkibində bədənimizdə zəif həll olunan liflər var. Məhz onlar bir araya toplanaraq, həzmi yavaşladır” deyə rusiyalı cərrah Kseniya Mersaidova izah edib.

Həmçinin, cərrah əlavə edib ki, yığılan qida kütləsi bağırsaqda ilişib qaldıqda, tıxanır. Bu da bağırsağın şişməsinə və partlamasına səbəb olur. Nəticədə, xəstədə peritonit yaranır – yəni qarın boşluğunun iltihabı nəticəsində bədən funksiyaları pozulur, hətta ölümə də səbəb olur.

Həkim xəbərdarlıq edir ki, gündə 1-dən çox xurma yemək məsləhət görülmür.

“İNSANLARA ZƏHƏRLİ “MANDARİN” SATACAQLAR!”

İXRAC OLUNAN MƏHSULLAR GERİ QAYTARILIB

“İnsanlara zəhərli mandarin, yəni naringi, yedizdirəcəklər!”

Qida və Yem üçün Avropa Sürətli Xəbərdarlıq Sisteminin verdiyi açıqlamada deyilir ki, Türkiyədən Slovakiyaya ixracı nəzərdə tutulan naringilərin tərkibində,

normadan 4,4 dəfə yüksək olan xlorpirifos-metil konsentrasiyası aşkar edilib. Bu səbəbdən də ixrac olunan məhsullar Türkiyəyə geri qaytarılıb.

Qeyd edək ki, xlorpirifos-metil – ağ, kristal bir maddədir. Bu maddə, məişət şəraitində və kənd təsərrüfatı heyvandarlıqda çoxsaylı zərərli həşəratlardan,

gənələrdən qorunmaq üçün əkinlərə səpilir. İnsanların xlorpirifosun az miqdarda dozalarına məruz qalması başgicəllənmə, yorğunluq, burun axması,

gözlərin sulanması, süzülmə, ürəkbulanma, bağırsaq problemləri, tərləmə və ürək ritminin dəyişməsinə səbəb olur. Yüksək dozaları isə - iflic, qıcolma, huşunu itirmə və hətta ölümə gətirib çıxardır.

İSTİOTLU ARAQ, BALLI İLIQ SÜD, İNHALASİYA...

RUSİYADA SOYUQDƏYMƏ  ƏLEYHİNƏ TƏBİİ ÜSULLAR

 

Hər ölkənin əsrlərdən süzülüb gələn təbabət reseptləri var. Rusların xalq arasında ən çox istifadə edilən soyuqdəymə ilə bağlı mübarizə üsullarını təqdim edirik:

Soğan və sarımsaq

Soğan və sarımsaq əslində sağlam insanın da daimi qida rasionunda daim olmalı tərəvəzlərdəndir. Ancaq onları ehtiyatla istifadə etməlisiniz, əks təqdirdə həzm, böyrək və qaraciyər problemləri yarana bilər.

Qrip zamanı bu tərəvəzləri yeməklə bərabər, doğrayıb yanınızda saxlamaq da otaqdakı mikroblerı dəf edir.

Bal ilə ilıq süd

Bal 60 dərəcədən yuxarı qızdırıldıqda bioloji aktiv maddələri (fermentlər və qiymətli vitaminlər) itirdiyi üçün faydalı xüsusiyyətlərini itirir.

Balı isti suda və ya ilıq süddə həll etmək daha yaxşıdır.

Limonlu isti çay

Soyuqdəymə zamanı həkimlər tərəfindən tez-tez tövsiyə edilən “bol maye qəbulu” tövsiyyəsinə xəstələr çox vaxt isti çay içməklə riayət edir.  Ancaq virusun hücum etdiyi selikli qişa üçün termal stress, yəni qaynar mühit heç də faydalı deyil.

Bundan əlavə, qaynar suda limon C vitamininin məhv olması səbəbindən faydalı xüsusiyyətlərinin çoxunu itirir. Soyuqdəymə zamanı C vitamini ehtiyacı artır, ona görə də onu qəbul etmək faydalıdır və su balansını qorumaq üçün sadəcə bir-iki stəkan ilıq limonlu su içmək lazımdır.

Bibərli araq

Rusiyada qrip vaxtı bibərli araq içmək geniş yayılmış müalicə üsuludur. Lakinbu qarışım həzm traktının, ağız boşluğunun, qida borusunun və mədənin selikli qişasını çox qıcıqlandırır və etil spirti bədənə əlavə yükdür:orqanizm infeksiya ilə yanaşı, spirtlə də mübarizə aparmalı olur.

İnhalyasiya

Kartof qaynadılan suda, mütəlif efir yağları ilə inhalasiya, yəni buxar ilə nəfəs alma olduqca faydalıdır. Ancaq diqqət etməli məqam hərarətinizdir. Bədən istiliyi 37,5-dən çox olduqda, həmçinin burun qanaması və artan qan təzyiq, tənəffüs çatışmazlığı varsa, təhlükəli ola bilər.

Əsrlərlə sınanmış üsullardan istifadə etmək sizə kömək edə bilər, lakin bütün halalrda həkiminizlə məsləhətləşməyiniz tövsiyyə edilir.

Unutmayın: soyuqdəymə dörd gündən çox davam edərsə və ya yeni simptomlar görünsə, mütləq həkimə müraciət etməlisiniz.

 

LAVANDANIN FAYDALARI

 
 

Lavanda bitkisinin həm çiçəkləri, həm otu, həm də toxumları olduqca faydalıdır. Bəzi bitkilərin istər iyi, istərsə dadı acı və xoşagəlməz olsa da, lavanda həm ətrinə, həm də dadına görə fərqli bir bitkidir. Avropada demək olar bütün dövlətlərdə plantasiyalarda becərilən lavanda o qədər gözəl görüntü yaradır ki, qonaq gələn xarici turistləri bu sahələrə gəzməyə gətirirlər. Bu plantasiyaların ətrafında havada çox gözəl ətir olur, gələn insanlar da sahədən ayrılmaq istəmirlər. Lavandanın həm ətri, həm də çayı insanların əsəblərinə sakitləşdirici təsir göstərir.

Lavanda toxumlarından 50 qram götürülür, balaca bir yastıq hazırlanır, kiçik yaşlı uşaqların yataq yerinin yaxınlığına qoyulur, uşaqların həm əsəblərinə müsbət təsir edir, həm də gözəl ətri otağa yayılır.

Lavanda bitkisindən 2 xörək qaşığı 2 stəkan suda dəmlənir, süzülür, yuyulduqdan sonra saçlar dəmləmə ilə yaxalanır. Lavanda dəmləməsi saçları gurlaşdırır və baş dərisində olan kiçik mikroorqanizmləri məhv edir. Həmin mikroorqanizmlər saçları kəpəkləndirir, qaşınma verir və sonda saçların tökülməsinə səbəb olur.

Nevrozu olan insanlar üçün faydalı bir çay:

1 xörək qaşığı lavanda və 1 xörək qaşığı cökə çiçəyi qarışdırılır, 3 stəkan su tutan termosda dəmlənir və 1 xörək qaşığı bal əlavə edilir. Bu çay gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir, həm gözəl ətri və dadı var, həm də yuxunu yaxşılaşdırır.

Maraqlıdır, lavandanın iyi nə qədər insanların xoşuna gəlsə də, kiçik həşəratlar bir o qədər ondan uzaq qaçır, ona görə də lavanda dəmləməsi bit, birə, qoturluq gənəsi kimi parazitləri bədəndən və başdan uzaqlaşdırır. Müalicə üçün lavanda dəmləməsi ilə vanna etmək, eyni zamanda lavandalı suyu otaqlara püskürtmək lazımdır.

Lavanda tərkibi efir yağları ilə zəngin olduğundan havada müxtəlif virusları məhv edir və onların kütləvi yayılmasının qarşısını alır. Bu səbəbdən də şəhərin parklarında əkilməsi çox məqsədəuyğundur, çünki lavanda bitkisi donuz qripi, quş qripi və adi qripdən qorunmağın ən effektli təbii üsuludur.

Lavanda otunun qurusunu işlənməyən paltarların, yorğan və döşəklərin arasına qoyanda güvə onlara yaxın düşə bilmir. Evdə qripli xəstə olduqda otağa tez-tez lavandalı su püskürtmək lazımdır.

mənbə:

KƏPƏKDƏN TƏBİİ YOLLA QURTULUN

ƏN SINANMIŞ VASİTƏLƏR


Kəpəkdən qurtulmaq və sağlam baş dərisinə sahib olmaq üçün istifadə edə biləcəyiniz bəzi təbii üsullar var.

LİMON ŞİRƏSİ BAŞ DƏRİSİNİ TƏMİZLƏYİR

Limon suyu kəpək problemlərinin müalicəsində böyük rol oynayır. Çünki limon baş dərisinin pH səviyyəsinə tez uyğunlaşır.

1 xörək qaşığı limon suyunu dörddə bir stəkan suda qarışdırın və sonra saçlarınızı yumamışdan əvvəl baş dərinizə çəkin. Bir saat saxlayın, çünki limon turşusunun  mikrob əleyhinə xüsusiyyətləri saçınızdakı göbələkləri və yağı təmizləyəcək, həmçinin saç tökülməsinin qarşısını alacaq, saçlarınızı güclü və həcmli göstərəcək. Bundan sonra saçınızı şampunla yuyun.

QƏHVƏ İLƏ PİLİNQ

Demək olar ki, hər evdə olan qəhvəni dəriniz və saçınız üçün dərin təmizləyici kimi istifadə edin. Kəpəyə səbəb olan göbələk və bakteriyalardan xilas olmağa kömək edin.  

Sadəcə bir az kokos yağı qızdırın və içinə qəhvə tozu əlavə edin. Yaxşı qarışdırın və bu qarışımı başınızın dərisinə tətbiq edin. 30 dəqiqə saxlayın və daha sonra saçlarınızı  yuyun.

ALMA SİRKƏSİA

Bir çox problemin həlli olan alma sirkəsi baş dərisini yumşaq bir şəkildə təmizləyir və kəpəyi müalicə etməyə kömək edir. Antifungal və antibakterial xüsusiyyətlərə malik olan bu məhsul baş dərinizin təbii pH balansını bərpa edir və beləliklə, saçınızdakı donuqluq və qıvrımları da aradan qaldıran mükəmməl kəpək müalicəsi yaradır. SAçınıza həftədə iki dəfə 2 xörək qaşığı alma sirkəsi çəkin və nəticəni görün.

SARIMSAQ

Evdə kəpəyə qarşı ən yaxşı vasitələrdən biri, baş dərisi infeksiyalarını müalicə edən antibakterial, antifungal, antioksidant və iltihab əleyhinə xüsusiyyətlərlə zəngin sarımsaqdır. C, A, selen, amin turşuları və maqneziumla da zəngin olan sarımsaq saçlarınızı parlaq edir, tellərinizi gücləndirir. Sarımsaq suyunu həftədə iki dəfə istifadə etməyə başlayın, kəskin qoxusunu azaltmaq üçün saçınızı əvvəl alma sirkəsi, daha sonra şampunla yuyun.

 

 

NANƏLİ, LİMONLU ÇAYIN MİN BİR ŞƏFASI

 Nanəli limonlu nə üçün faydalıdır?

Türkiyədə xalq təbabətinin ən yayılmış məlhəmi sayılan nanə və limon içkisinin nəyə faydalı olduğu xüsusilə qış aylarında xəstəliklərdən qorunmaq istəyənlərin ən çox verdiyi suallardandır.

Nanə və limon təbii şəfa mənbəyidir və həm ləzzətli içki, həm də bir çox sağlamlıq problemi üçün effektiv müalicə üsuludur.

 

Nanə-limon hansı xəstəliklərə faydalıdır?

 

Nanə və limonun hansı xəstəliklərə faydalı olduğu sualına cavab olaraq bir çox fərqli amilləri sadalamaq olar.

Bunlardan birincisi soyuqdəymə və qripdir. Nanə limonu immunitet sistemini gücləndirici təsiri ilə soyuqdəymə, qrip kimi xəstəliklərin müalicəsində üstünlük verilən bitki çayıdır.

Bundan əlavə, tərkibindəki C vitamini sayəsində xəstəliklərin müddətini qısaldır və simptomları aradan qaldırır.

Nanə limonunun faydalı olduğu məsələlərdən biri də həzm problemləridir.

Həzm sisteminin müntəzəm işləməsinə kömək edir və qəbizlik və ya şişkinlik kimi narahatlığın qarşısını alır.

Nanə və limondan baş ağrısı və miqren kimi problemlərə qarşı təbii ağrı kəsici kimi də istifadə etmək olar.

Bu vəziyyətdə şiddətli baş ağrınız zamanı nanə limonunu müntəzəm olaraq istehlak edə bilərsiniz.

Nəhayət, xroniki stress və yorğunluqdan əziyyət çəkirsinizsə, nanə və limon istehlak edə bilərsiniz.

Bu təsirli bitki çayı rahatlaşdırıcı təsiri ilə stress və yorğunluğu azaldaraq enerji səviyyələrini artırır. Odur ki, gününüzü yorğun keçirirsinizsə, nanə və limon içərək dincələ bilərsiniz.

 Nanə-limon nə üçün faydalıdır?

İlk olaraq ağız və boğaz sağlamlığıdır.

Nanə limonu ağız və boğaz infeksiyalarının qarşısını almaqla yanaşı, ağız qoxusunu da aradan qaldırır.

Dəri sağlamlığı üçün də yaxşı olduğu bilinən nanə limonu dəridəki iltihabı, sızanaqları və sızanaqları azaltmağa kömək edir.

O, həmçinin dərini təmizləyir və yeniləyir.

Nanə bronxları açaraq nəfəs almağı asanlaşdırarkən, limon antioksidan xüsusiyyəti ilə tənəffüs yolu infeksiyalarını aradan qaldırır.

Bütün bunlara əlavə olaraq nanə və limon çəki idarə etmək üçün tez-tez seçilən çaylar arasındadır.

Bu çay maddələr mübadiləsini sürətləndirir və çəkilərinə baxan insanlar üçün ideal seçim ola bilər.

Həmçinin bu bitki içki iştahı idarə edərək sağlam qidalanma vərdişləri qazanmağa kömək edir.

 

Nanə-limonunun hazırlanma qaydası:

 

Qaynayan suya yarım limon suyu və 10-15 ədəd nanə yarpağı əlavə edin.

Dəmləmə müddəti 3-5 dəqiqə arasında olmalıdır, Çayın ətri gələn kimi hazırdır, deməkdir.

İstəyə görə çayınıza dad vermək üçün 1/4 stəkan bal əlavə edə bilərsiniz. Bal, nanə və limonla mükəmməl uyğunlaşaraq içkinizi şirinləşdirəcək.

 

Quru nanə ilə necə hazırlamaq olar?

 

1,5 stəkan qaynar suya 1 çay qaşığı quru nanə, və incə dilimlənmiş yarım limon əlavə edin. Yavaşca qarışdırın və 2-3 dəqiqə dəmlənməsinə icazə verin.

Dəmləndikdən sonar isti və soyuq halda içə bilərsiniz. Quru nanə ilə hazırlanmış nanə-limon çayına da bal qata bilərsiniz.

 

APTEKLƏRDƏ SATILAN ÇOBANYASTIĞI EKSTRAKTI KİMƏ OLAR, KİMƏ OLMAZ?!

ÇAYI, TOZU,YAĞI

Apteklərdə satılan cır çobanyastığı xarici görünüşcə o qədər də gözəl olmasa da, faydalılıq baxımından bütün növlərindən irəlidədir.

Bu çiçəklərin həm diri, həm üyüdülmüş forması, bitki çayları əsrlərdir xalq  təbabətində istifadə olunur. Çobanyastığın bioloji tərkibi nədir və hansı xəstəliklər üçün məsləhət görülür?

Çobanyastığın müalicəvi xüsusiyyətləri

  • antimikrob;
  • antioksidant;
  • iltihab əleyhinə;
  • antidepresant;
  • ishal əleyhinə;
  • antikanserogen.

Diz oynağının osteoartriti olan xəstələrdə çobanyastığı yağının yerli tətbiqi ilə analjezik təsiri qeyd edilir.  

Çobanyastığın 2-ci tip diabetli insanlarda qan şəkərinin səviyyəsinə nəzarətə müsbət təsiri və premenstrüel sindromun simptomlarının şiddətini azaltmaqda istifadə edilməsi də öyrənilir. Bir sözlə, çobanyastığın geniş istifadə sahəsi var.

Çobanyastığı ilə hazırlanan əczaçılıq məhsulları məqsədindən asılı olaraq xaricdən və ya daxildən istifadə oluna bilər.

Çobanyastığı üçün əks göstərişlər

Çobanyastığı, hər hansı bir dərman bitkisi kimi, sui-istifadə edilməməlidir.

Çobanyastığı çiçəklərinə əsaslanan bəzi dərmanlar qaraciyər və böyrək funksiyası ciddi şəkildə pozulmuş və ya travmatik beyin xəsarətləri olan insanlar üçün kontrendikedir. Hamilə qadınlar bu cür məhsulları daxili istifadə etməzdən əvvəl həkimə müraciət etməlidirlər.

 

FƏSİL DƏYİŞKƏNLİYİNDƏ YUXUNU NECƏ TƏNZİMLƏYƏK?

ALİMİN MƏSLƏHƏTİ

Noyabrda yay vaxtının bitməyi orqanizmə mənfi təsir göstərir. Günəşin isti şüaları azaldıqca bədəndə baş verən dəyişiklik sağlamlığa tədir edir.

İmmuneti zəif olan insanlar isə fəsil dəyişkənliyini xüsusilə çətin keçirir.

Çikaqodakı Şimal-Qərb Tibb Klinikasının yuxu üzrə tədqiqatçısı Dr. Fillis Zi vaxtında yatmağın immun sistemimizin formalaşmağında çox böyük əhəmiyyəti olduğunu vurğulayıb.

Gündüzlərin qısalması, gecələrin uzanması orqanizmdə və zehində çətin qavranır, buna görə də nizamsız və ya 8 saat gecə yuxusunda olmayanlar daimi olaraq müxtəlif infeksion və psixi xəstəliklərə tutulur, deyə alim bildirir.

Alim fəsil dəyişkənliyində havanın isti və ya soyuqluğundan asılı olmayaraq, səhər yuxudan duran kimi pəncərələri açıb, evi havalandırmağı və ya gəzintiyə çıxmağı məsləhət görür. Açıq havada nə qədər çox olsanız, bir o qədər yeni fəslə alışacaqsınız, əsəb sisteminiz nimzalanacaq və yuxu rejiminiz bərpa olunacaq, deyə alim məsləhət görüb.

Eyni zamanda Dr. Fillis Zi yatmadan əvvəl yemək yeməməyi, su içməməyi və orqanizmi yuxuya alışdırmaq üçün meditasiya edib, ya da kitab oxumağı tövsiyə edib.

 

QƏDİM BİTKİ DEMENSİYA İLƏ MÜBARİZƏDƏ

ALİMLƏRİN YENİ ARAŞDIRMASI

Alimlər demensiya ilə mübarizədə müasir dərmanlarla uduzduğunu görüb, üzlərini təbabətə çevirib.

Osaka Metropolitan Universiteti tibb fakültəsindən xüsusi təyin olunmuş professor Takami Tomiyamanin rəhbərlik etdiyi tədqiqat qrupu

çin təbabətində istifadə olunan ənənəvi dərman bitkisi olan  qurudulmuş hünnə toxumlarınin (ziziphus jujuba miller var. Spinosa) idrak və dayaq-hərəkət sisteminin fəaliyyətini bərpa etdiyini müəyyən edib. Tədqiqatın nəticələri eLifescience-da dərc edilib. Siçanlar üzərində aparılan ilkin tədqiqatlar müsbət nəticə göstərib. 

Hünnə toxumunun qaynar suda dəmləyib içməyin sadəcə demensiyaya deyil, həm də alzheimer, parkinson xəstəliyində də nəzərə çarpacaq irəliləyiş göstərdiyi məlum olub.

Bundan əlavə toxumlar toz halına salınıb model siçanlara vurulduqda, komanda model siçanların koqnitiv funksiyasinin sürətlə bərpa olunduğu məlum olub.

VİTAMİN K2 AYAQ QICOLMALARINI AZALDIR

K2 HANSI TƏBİİ MƏHSULLARDA VAR?

Vitamin K2 gecə ayaq qıcolmalarının tezliyini, intensivliyini və müddətini azaldır

Nəticələr göstərir ki, vitamin 65 yaşdan yuxarı insanlarda qıcolma müalicəsi üçün effektiv və təhlükəsizdir.

JAMA Internal Medicine-də nəşr olunan son araşdırmada tədqiqatçılar K2 vitamininin yaşlılarda ayaq qıcolmalarının şiddəti, müddəti və tezliyinə təsirini tədqiq edib. 

Çindəki iki xəstəxanada keçirilən klinik sınaqda 65 yaşdan yuxarı insanlar iştirak edib, onların 54%-dən bir qədər çoxu qadınlar olub

Təsdiqlənmiş iştirakçıların yarısı gündəlik 180 mkq vitamin K2 dozası almaq üçün təyin olunub, qalanları isə səkkiz həftə ərzində plasebo qəbul etdilər.

Plasebo və vitamin K 2 kapsulları görünüş və qablaşdırma baxımından eyni olub.

Səkkiz həftəlik tədqiqat sonrası vitamin K 2 qəbul edən qrupun qıcolma tezliyinin səkkiz həftə ərzində həftədə 0,96 hadisəyə qədər azaldığını,

plasebo qrupunda isə orta hadisələrin sayının 3,63-ə yüksəldiyini bildirilib.

Yekun olaraq, K2 vitamini qıcolma simptomlarını təhlükəsiz və effektiv şəkildə azaltmaq potensialını göstərib

Xatırladaq ki, K vitamininin əsas mənbələri ispanaq, kələm və cəfəri kimi yaşıl yarpaqlı tərəvəzlərdir, lakin bu birləşmə həm bitki,

həm də heyvan mənşəli bir çox başqa qidalarda tapıla bilər. Soya, zəfəran və kanola yağı kimi qidalarda, həmçinin qoz-fındıq və yumurtada olur.

Tərkibini süd məhsulları, süd, fermentləşdirilmiş soya və kartof, avokado, brokoli və gül kələm vasitəsilə də qəbul etmək olar.

PAYIZDA ÜRƏYİ QORUYAN 2 TƏBİİ QİDA və 1 İÇKİ

ARAŞDIRMA

Tədqiqatlar göstərir ki, nar qan təzyiqi və qan şəkəri səviyyəsini aşağı salaraq ürəyinizi qorumağa kömək edir.

Turş dənələrdə olan güclü antioksidant damar divarlarınızın qalınlaşmasının qarşısını almağa və xolesterolun yığılmasını azaltmağa kömək edə bilər.

Yeməklərinizə əlavə etdiyiniz sarımsaq tərəvəz ürəyinizi qoruyar. İnsanlar əsrlər boyu onu dərman kimi bir çox infeksiyalara qarşı istifadə edib.

Aparılan araşdırmalarsarımsağın qan təzyiqi və xolesterin səviyyəsini stabilləşdirmək üçün faydaları olduğunu göstərib.

Ürək xəstəliyi və insult riskinizi azaltmaq təbii içki isə yaşıl çaydır.

Tədqiqatçılar tərkibindəki katexinlərin ürəyin sağlamlığına dəstək olduğunu sübut edib.

ANA BƏTNİNDƏ ŞƏKƏRDƏN QORUNMA BİR ÇOX XƏSTƏLİKLƏRİN RİSKİNİ AZALDIR

YENİ ARAŞDIRMA

Uşaqların ana bətnində həyatının ilk 1000 günündə istehlak edilən şəkər, yetkinlik dövründə sağlamlıqla bağlı risklər yaradır.

Yeni araşdırmalar göstərir ki, hamiləlik zamanı və doğumdan bir il sonrakı müddətə qədər şəkər qəbulunun məhdudlaşdırılması, uşağın 2-ci tip diabetə tutulma riskini 35%, yüksək qan təzyiqi riskini isə 20% azaldır.

 “Science” jurnalında dərc olunan araşdırmada, tədqiqatçılar Böyük Britaniyanın Biobankında şəkərin balanslaşdırılması zamanı 38,155 və şəkərin balanslaşdırılmasından sonra hamilə qalan 22,028 qadının sağlamlıq qeydlərini təhlil edib.

Onların hesablamalarına görə, ana bətnindəki uşaqların şəkərdən qorunması bir çox təhlükəli xəstəliklərin riskini kifayət dərəcədə azaldır.  

EŞİTMƏYƏN VALİDEYNLƏR SAĞLAM UŞAQ İSTƏMİR

ALİMDƏN ŞOK AÇIQLAMA

Anadangəlmə eşitmə məhdudiyyəti olan uşaqları gen modifikasiyası ilə tamamilə sağaltmaq mümkündür, amma təəssüflər olsun ki, valideynlər uşaqları üzərində bu eksperimenti aparmağa imkan vermir.

Bu fikri tanınmış rusiyalı "you tube bloger" İrina Şixmanın “Bəs danışmayaq?”("A поговарить?") verilişində qonaq olan biologiya üzrə elmlər namizədi Alexander Yurieviç Pançin deyib.

Alim deyib ki, "DNT-Technology" şirkətinin direktoru, rusiyalı alim, müəllimi Denis Rebrikov tədqiqatçı heyəti ilə hazırda molekulyar qayçılar vasitəsi insan geninə təsir edib, məhdudluq yaradan hüceyrələrə  təsir etmə üçün tədqiqatlar aparır, lakin bir çox valideynlər təcrübədə iştirakdan imtina edir. Aparıcının təəccüblə verdiyi “Niyə?” sualına isə Aleksandr belə cavab verib:

Eşitmə məhdudiyyəti olanların özlərinin ünsiyyət mədəniyyəti var. Hər iki valideyn əngəllidirsə, eşidən uşaqla anlama-qavrama uçurumu yaranmağından çəkinirlər, hər halda.

Xatırladaq ki, rusiyalı bioloq Denis Rebrikov 2019-cu ildə bütün dünyada  “GMO-uşaq”, yəni Genetik Modifikasiya olunmuş Orqanizm yaratmağı planlaşdırdığını açıqlayıb və hazırda elm dünyasının diqqət mərkəzində olan alimlərdəndir.

 SAĞLAMLIQ PSİXOLOJİ VƏZİYYƏTDƏN ASILIDIR

PROFESSOR AÇIQLAYIB

İnsanın immun sisteminin sağlamlığı onun psixoloji vəziyyətindən asılıdır. Bunu rusiyalı epidemioloq, akademik və professor İqor Alekseeviç Qundarov deyib.

“Biz çox sayda araşdırma apardıq. Nəticədə, sübut etdik ki, immunitetin sağlam olması insanın psixi vəziyyətidən çox asılıdır.

Qorxu, panika, kədər, qəzəb kimi hallar immunitet sistemini bloklayır. Əksinə olanda, yəni insan isə, sevinəndə, özündən əmin olanda,

psixikası balansı işləyəndə bədən bakteriya hücumlarına qarşı qalib gələrək, immunitetin sağlamlığına müsbət təsir göstərir” deyə professor izah edib.

 

SİNK EHTİYATININ TƏBİİ DEPOLARI AÇIQLANIB

BƏDƏNDƏN BAKTERİYA VƏ VİRUSLARI ÇIXARAN QİDALAR

Sinklə zəngin olan bu 7 qidadan istifadə etməklə orqanizminizi bakteriya və viruslardan qoruya bilərsiniz.

Sağlamlığımız üçün son dərəcə əhəmiyyətli minerallardan biri olan sink bədən tərəfindən istehsal olunmadığı üçün xaricdən alınması lazım olan bir molekuldur. Bəzi qidalar çox güclü sink mənbəyidir və immuniteti gücləndirməyə kömək edir.

BALQABAQ TUMLARI

Balqabaq toxumu böyük sink mənbəyidir. 30 qramlıq bir porsiyada təxminən 2,2 mq sink var.Bu qidanı rahatlıqla pəhrizimizə əlavə etmək olar.. Bu toxumlar yüksək sink və digər faydalı qida maddələrinə görə prostatın sağlamlığını dəstəkləyir və hətta şəkər normada saxlanmasına da dəstək olur.

YULAF

Yulaf suda bişirildikdə bir stəkan porsiyada təxminən 2,3 mq sink olur.

Yalnız sinklə zəngin olmağı ilə deyil, bu qida  həm də həzm sağlamlığını dəstəkləməyi  və xolesterol səviyyəsini aşağı salmağı ilə dəyərlidir.

QIRMIZI ƏT

Qırmızı ət yüksək sink tərkibi ilə tanınır. Qırmızı ət həmçinin əzələ böyüməsini və bərpasını dəstəkləyən zülal və əsas amin turşuları ilə zəngindir. Ürək sağlamlığını qorumaq üçün qırmızı əti balansda istehlak etmək və yağsız kəsikləri seçmək vacibdir.

PAXLALILAR

Noxud, mərci və lobya kimi paxlalılar sinklə zəngindir. Məsələn, 100 qram bişmiş mərcimək kişilər üçün gündəlik 12% sink ehtiyatını, qadınlar üçün isə 16%-ni təmin edir.

Paxlalılar həmçinin lif, zülal və müxtəlif vitamin və minerallarla zəngindir, Paxlalı bitkilərin müntəzəm istehlakı həzm sisteminin yaxşılaşması və xroniki xəstəlik riskinin azalması ilə əlaqələndirilir.

SÜD MƏHSULLARI

Süd məhsulları təbii sinkin tanınmış mənbələridir, Bir stəkan süddə kişilər üçün gündəlik tələbatın 9%-i, qadınlar üçün isə 13%-i var.

YUMURTA

Yumurta balanslaşdırılmış miqdarda sink ehtiva edir, bir böyük yumurta kişilər üçün gündəlik tələbatın 5%-ni, qadınlar üçün isə 7%-ni təmin edir. Yumurtanın istənilən formada hazırlanması yüksək keyfiyyətli zülal, vitamin və mineralların yaxşı mənbəyidir və onları istənilən pəhrizə əla əlavə edir.

TÜND ŞOKOLAD

Ən dsadlı sink isə təbii şokoladdadır. 100 qramlıq 70-85% tünd şokoladda 3,31 mq sink və ya kişilər üçün RDI-nin 30%, qadınlar üçün 41% sink var. Tünd şokolad sink və antioksidantlarla zəngin olsa da, kalorisi və şəkəri də yüksəkdir, ona görə də ölçülü istehlak edilməlidir. Tünd şokolad immunitet sisteminizi də dəstəkləyir.

 

ÜST AÇIQLADI: ÇAYI BELƏ İÇMƏK XƏRÇƏNGƏ SƏBƏB OLUR

80 DƏRƏCƏLİK SU İLƏ DƏMLƏMƏLİ

Çay düzgün içilməyəndə həyati təhlükə yarada bilər. Xüsusilə yanlış temperaturda istehlak edilən çayın qırtlaq və yemək borusu kimi həssas bölgələrdə xərçəngə səbəb ola biləcəyi ortaya çıxıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2016-cı ildə dərc etdiyi hesabatda 70 dərəcədən yuxarı temperaturda istehlak edilən içkilərin kanserogen ola biləcəyini bildirib. Xüsusilə İran və Çin kimi isti çay istehlakının çox olduğu bölgələrdə aparılan araşdırmalar göstərir ki, bu vərdiş qida borusunda xərçəngə səbəb olan hüceyrə zədələnməsi riskini artırır.

2019-cu ildə nəşr olunan bir araşdırmaya görə, gündə 700 ml-dən çox çay istehlak edən və 60 dərəcədən yuxarı temperaturda yemək borusu xərçəngi riski əhəmiyyətli dərəcədə artır.

Bunun səbəbi, yüksək temperaturun qida borusundakı hüceyrələrin təkrar zədələnməsinə səbəb olması, uzun müddətdə xərçəng hüceyrələrinin əmələ gəlməsi ehtimalını artırmasıdır.

Mütəxəssislər həddindən artıq isti çayın bir az soyudulsa belə, zamanla xərçəngə səbəb ola biləcəyini vurğulayaraq, bu risklərin qarşısını almaq üçün çayın 60 dərəcəyə qədər soyumasını gözləmək lazım olduğunu bildirirlər.

ÇAY NECƏ İÇİLMƏLİDİR?

Mütəxəssislər, çayı şəkərsiz və şirniyyatsız içilməyi məsləhət görür. 

Risk faktoru yaratmamaq üçün 5-8 dəqiqə dəmlənmiş və şəffaf, az dəmli olan çay içilməlidir.

Bitki çaylarının dəmlənməsi fərqlidir. Bütün faydalarından yararlanmaq üçün bitki çayına qaynadılmış su əvəzinə qaynadılmış və 80 dərəcəyə qədər soyudulmuş su əlavə edib 3-4 dəqiqə gözləmə müddəti ilə dəmləmək lazımdır. Gün ərzində 5 stəkan qədər qara çay; 3 stəkan bitki çayı içmək olar.

YENİ NƏSİL PİY ƏLEYHİNƏ DƏRMANLARLA BAĞLI ŞOK İDDİALAR

BÜTÜN BƏDƏNƏ TƏSİRİ YÜZLƏRLƏ ARAŞDIRMADA MƏLUM OLUB

 

Aparılan tədqiqatlar yeni nəsil Qlükaqon peptid 1 (GLP-1) kimi  reseptor agonistlərinin, yəni piy əleyhinə dərmanların qlükoza nəzarətindən və çəki itkisindən kənar faydalarını aşkar edir.

ClinicalTrials.gov saytında yayımlanan yüzlərlə tədqiqat getdikcə daha aydın nəticələr təqdim edir: GLP-1 dərmanları ürək-damar, mədə, qaraciyər və böyrəklərin sağlamlığının yaxşılaşmasına səbəb olur. Üstəlik, bu preparatların qəbul edənlərdə psixoloji asılılıq və kompulsiv davranışda müsbət dəyişikliklər aşkar edilir.

GLP-1 -in təsiri ilə bağlı  hər həftə yeni məlumatlar ortaya çıxır. Son tədqiqatlarda  iltihab, yuxu sağlamlığı və alzheimer xəstəliyində müsbət nəticələr yayımlanıb.  

Bundan əlavə hazırda döş xərçəngi, psoriatik artrit və polikistik yumurtalıq sindromu üçün risk faktorlarına təsirini araşdırılır.

Eyni zamanda piylənmədən əziyyət çəkən 6-11 yaş arası uşaqlara və 12-17 yaşlı yeniyetmələrə preparatın təsiri ilə bağlı araşdırmanın 1-ci fazası başlayır, 65 yaşdan yuxarı olanlarla bağlı tədqiqatın isə artıq 4-cü fazası bitir.

GLP1-ilə bağlı tədqiqatların 2025 və 2026-cı illərdə də davam etdirilməsi planlaşdırılır və yeni nəsil dərmanların istifadəsi daha geniş spektri əhatə edəcək deyə, mütəxəssislər proqnozlaşdırır.

 

ARTIQ KİMYATERAPİYADAN SAÇLAR TÖKÜLMƏYƏCƏK

YENİ İXTİRA

Kimyaterapiya zamanı saç tökülməsinin qarşısını alan “dəbilqə” icad edilib.

“Lily” adlı yeni texnologiya xərçəng müalicəsi alanlar üçün, “Luminate” şirkəti tərəfindən yaradılan dəbilqədir. Yanağa və çənə altına yastqcıqlar vasitəsilə taxılan cihaz, kimyaterapiya zamanı kimyəvi maddələrin saç follikullarına çatmasının qarşısını alır.

Şirkətin məlumatına görə, ilk sınaq mərhələsində kimyaterapiya müalicəsi alan pasiyentlərin 75 %-də saç tökülməsinin qarşısını alınıb. Bu ilin noyabrında isə ABŞ-da 85 xəstə üzərində digər sınaqlar keçiriləcək.

Qeyd edək ki, kimyaterapiyanın bu yan təsirinin qarşısını almağa kömək edəcək yeni məhsul tezliklə satışa çıxarılacaq.

ŞƏKƏR XƏSTƏLƏRİ BU NAR NÖVÜNÜ YEMƏLİDİR

“DƏVƏ DİŞİ” NARI - QƏDİM BABİL NÖVÜ

Avropa Birliyində qeydiyyatdan keçmiş meyvə böyük diqqət çəkir: Bədəndəki mikrobları öldürür

Türkiyənin Avropa Birliyində (AB) qeydiyyatdan keçmiş yeganə nar çeşidi olan və tarixinən Babil asma bağları dövrünə aid olduğu iddia edilən Suruç narının yığımına başlanılıb.

Türkiyənin Avropa İttifaqı (Aİ) tərəfindən qeydə alınmış 21 məhsulu arasında yer alan və qeydiyyatdan keçmiş yeganə nar çeşidi olan Suruç narının yığımına başlanılıb. İldə təxminən 300 min ton istehsal edilən bu nar, 2015-ci ildə Suruç düzünün su almasından sonra istehsalını yüzdə 50 artırıb.

Tarixi mənşəyinin Babil asma bağlarına aid olduğu iddia edilən Suruç narı, keyfiyyətini qoruyub saxlayır və Avropa Birliyində qeydiyyatı sayəsində beynəlxalq bazarlarda getdikcə daha çox tanınır. Kilosu 25 türk lirəsinə satılan bu narlara daxildə və xaricdə, xüsusilə Avropada böyük tələbat var.

Türkiyənin Kənd Təsərrüfatı Mühəndisi Mehmet Tekçe Suruç narının qeydiyyata alınmasından sonra Avropaya nar və nar şirəsi ixracına başladıqlarını bildirib.

Suruç narının digər nar növlərindən nazik qabığı, iri dənələri, yüksək turşuluq dərəcəsi və turş dadı ilə fərqləndiyini vurğulayan Tekçe, xüsusilə yüksək turşuluq dərəcəsinin şəkər xəstələri üçün faydalı olduğunu və orqanizmdəki mikrobları öldürdüyünü bildirib.

Nar istehsalçısı Müslüm Kaplan Suruç narının tarixi əhəmiyyətinə diqqət çəkərək deyib: “Bu narlar Suruçda 200-300 ildir yetişir. Biz buna dəvə dişi narı da deyirik”.

Kaplan bu narın min illərdir Suruç düzündə yetişdiyini və başqa yerdə bitmədiyini də bildirib.

5 ƏLAMƏTLƏ ÇATMAYAN VİTAMİNİ ÖZÜNÜZ TƏYİN EDİN

AMERİKALI HƏKİMİN İDDİASI

Amerikada aparılan tədqiqat nəticəsində məlum olub ki, dünya əhalisinin yarısından çoxu kalsium, dəmir və C və E vitaminləri də daxil olmaqla sağlamlıq üçün vacib olan mikroelementləri kifayət qədər istehlak etmir.

Kaliforniya qastroenteroloqu Saurabh Sethi, vücudunuzun daha çox qidalanmaya ehtiyacı olduğunu göstərən beş əlaməti sadalayıb:

- tez sınan dırnaqlar;

- göz qapaqlarının səyirməsi;

- oynaq ağrısı;

- saçların vaxtından əvvəl ağarması;

- bədəndə göyərmələr;

Dırnaqlar protein və keratindən ibarətdir, buna görə də dırnaqlarınızı sağlam və güclü saxlamaq üçün bol protein istehlak etmək vacibdir, deyə həkim bildirib.

Tövsiyə olunan pəhriz müavinəti bədən çəkisinin hər kiloqramı üçün 0,8 qram protein və ya hər kiloqram üçün 0,36 qramdır.

Məsələn, 150 kiloluq bir insan üçün bu, gündə 54 qram proteindir. Protein çatışmazlığı ciddi xəstəliklərə səbəb ola bilər, oan görə bədəndə normada olmağına diqqət etmək çaox vacibdir. 

 

Göz qapaqlarının səyirməsi, yəni miokimiya sinir impulslarının ötürülməsi üçün kritik olan maqnezium çatışmazlığını göstərir.

Bu vəziyyət stress, yorğunluq, kofein istehlakı, elektrolit balansının pozulması, kompüterdə çox uzun müddət işləmək,

bəzi dərmanlar və daha az hallarda beyin və sinir sistemi pozğunluqları ilə əlaqəli göz yorğunluğu ilə əlaqələndirilir. 

Maqnezium əzələ funksiyasında mühüm rol oynayır və maqnezium əlavələri populyar olsa da, mütəxəssislər ehtiyaclarınıza ən uyğun

maqnezium növünü qəbul etdiyinizə əmin olmaq üçün əvvəlcə həkiminizlə əlaqə saxlamağı məsləhət görürlər.

 

Oynaq ağrısı dizlərdə xırıltı, D3 vitamini və ya kalsium çatışmazlığının əlaməti ola bilər, eyə Sethi bildirir. 

 

Saçların vaxtından əvvəl ağarması 20 yaşdan tez olduqda sayılır.

Tədqiqatçılar bunun niyə baş verdiyini dəqiq bilmirlər, lakin genetika, otoimmün xəstəliklər, çirkli hava mühiti, siqaret, stress və vitamin çatışmazlığına işarə edirlər.

Sethi, bunun B12 vitamini çatışmazlığı nəticəsində də ola bildiyini deyib.

 

Bədəndəki göyərmələr yaşla əlaqədar ola bilər, çünki dəri illər keçdikcə nazikləşir.  Bəzi insanlar genetik olaraq asanlıqla göyərməyə  meyllidirlər.

Bəzən isə "Cushing sindromu" və ya "Ehlers-Danlos" sindromu kimi xəstəliklərdən əziyyət çəkən insanlarda da bu simptom üzə çıxır.

Aspirin və ya qan durulaşdırıcılar kimi  laxtalanmanı azaldan dərmanların qəbulu və ya C vitamin çatışmazlığı da ehtimalalr arasındadır, deyə həkim vurğulayıb. 

Kollagenin əmələ gəlməsindən məsul olan C vitamini  və  qan laxtalanmasına kömək edən K1 vitamini bu zaman qəbul edilə bilər. 

Təbii ki, bu ümumi bilinənlərlə yanaşı, pasientlərin istənilən narazılıqda həkimə müraciət edib ona individual olan müalicəyə riayət etsə, daha məqsədə uyğun olar, deyə qastroenteroloq fikrini tamamlayıb. 

 

Mənbə: nypost.com

ÖLÜ BİLİNƏN ADAMIN ORQANLARI ÇIXARILANDA OYANIB

TİBBİ SKANDAL

ABŞ-da tibbi skandal gündəmi alt-üst edib.

Anthony Huver adlı şəxsin beyin ölümü olduğu açıqlanıb. Lakin 36 yaşlı kişinin orqanları donorluq üçün toplanarkən ayılıb.

Thomas həddindən artıq dozada narkotik qəbul etdiyi üçün xəstəxanaya yerləşdirilib.

Ailəsinin mediaya verdiyi açıqlamaya görə, infarkt keçirib və beyin ölümü olub.

Həkimlər xəstənin reflekslərinin və beyin fəaliyyətinin olmadığını bildiriblər. Lakin bacısı əməliyyata girənə kimi qardaşının gözlərini açdığını deyib. Səhiyyə işçiləri bu vəziyyəti refleks kimi qiymətləndiriblər.

Huver orqanlarını çıxarmaq üçün əməliyyata götürüldükdən təxminən bir saat sonra əməliyyat edən həkim çıxıb və Huverin sağ olduğunu bildirib.

Hazırda Huver yeriməyə və danışmağa çətinlik çəkir.

Ərazinin baş prokurorluğu, eləcə də orqan tədarükünə nəzarət edən federal agentlik hadisəni araşdırır.

Mənbə: ntv.com

İSTEHSALÇILAR ETİKETDƏ ŞƏKƏRİ NECƏ KODLAYIR?

ŞƏKƏRSİZ QİDALARDA DA BU MƏHSUL VAR

Gündəlik istifadə edilən, şəkərsiz zənn etdilən qidaların tərkibində də bu məhsul var.

İnsanlar illik orta hesabla 39 kiloqram şirniyyat istehlak edir. Və bu şəkərin çoxu gözümüzə görünmədən mədəmizə ötürülür.

Ən zərərli şəkər hazır qida və xüsusilə fast foodlarda olur. Mayonez, ketçup, qatıq, qazlı limonadlar, yoqurt kimi məhsullarda da  kifayət şəkər mövcuddur.

İstehsalçılıar bəzən etiketlərdə bu məhsulun adını kodlayır və “şəkər”əvəzinə “kristal fruktoza”, “maltodekstrin”,  “maltoza”, “qarğıdalı dadlandırıcısı” sözlərindən istifadə edir.

Alimlər şəkər ehtiyacınızı təbii meyvə və tərəvəzlərdən almağı məsləhət görür, çünki bu qidlar lif, vitamin və minerallarla zəngindir.

Ümumdünya Səhiyyə Təşkilatı, gündə təxminən 25 qram və ya 6 çay qaşığı şəkər istehlak etməyi tövsiyə edir.

Mənbə: kp.ru

“BU ÇAYDANLARDAN İSTİFADƏ ETMƏYİN!”

ALİMLƏRİN XƏBƏRDARLIĞI

Plastik elektroçaydanlardan imtina etmək lazımdır.

Elmi araşdırmalar, elektrik çaydanlarının hazırlandığı plastiklərin qızdırılan zaman suya müxtəlif elementlər qatdığını sübut edib. Bu maddələr uşaqlar, eləcə də böyüklər üçün çox ziyanlıdır.

Plastik çaydanların istehsalı zamanı, dioksin, kadmiy, bisfenol kimi maddələrdən istifadə olunur. Onların ən təhlükəlisi isə melamindir. Bu maddə, gücünü və istiliyə davamlılığı artırmaq üçün təkrar emal edilmiş plastikə əlavə edilir. Qızdırıldıqda, suya kanserogenləri buraxır.

Bu təhlükəli maddələrin çox az miqdarını qəbul etmək kifayətdir ki, tənəffüs, beyin, sinir və həzm sistemi zədələnsin. Ona görə də, elektrik çaydanlarında qaynadılan su insan üçün zərərlidir və bu çaydanlardan uzaq durmaq lazımdır.

Bəs sağlamlığımız üçün necə çaydan seçməliyik?

Elektrik çaydan üçün ən ideal material paslanmayan polad, keramika və ya şüşə olmalıdır. Bu çaydanlar ekoloji cəhətdən təmiz hesab olunur.

Xatırladaq ki, mütəxəssislər, plastik elektroçaydanlardan istifadə etdiyiniz halda eyni suyu bir neçə dəfə qaynatmamağı da xüsusilə məsləhət görür. Çünki, yenidən qaynadarkən suyun tərkibində zərərli maddələrin konsentrasiyası artır.

 

 

AĞRI ÖLÇƏN CİHAZIN ARAŞDIRMASINA 8 MİLYON DOLLAR AYRILIB

QADINLARIN AĞRISI DAHA ŞİDDƏTLİ OLUR?

“Tibbdə ağrının qiymətləndirilməsi tez-tez həkimlərə hər hansı diqanozu qoymaqda çətinlik yaradır.

Xəstənin narahatlığını dəqiq ifadə etməməsi doğru müalicəyə mane olur.

Buna görə də sancıların kəmiyyətini müəyyən etmək üçün yeni texnologiyanın yaradılması,

xüsusən də qadınlarda fiziki narahatlığın müəyyən edilməsi və effektiv müalicəsi üçün tibb sahəsi üçün çox vacibdir.

Nosimetr istənilən səhiyyə şəraitində müalicəni daha effektiv edəcək."

Bu fikirləri cihazın tədqiqat layihəsinin direktoru tibb elmləri doktoru Julia Finkel deyib. 

Finkel bildirib ki, Nosiometr adı verilən ağrı cihazı 8 milyon dollarlıq qrantla daha genişmiqyaslı tədqiqatlara başlayacaq və

səhiyyə sahəsinə bir çox xəstəliklərin müalicəsinə misilsiz töhfələr verəcək.

“Sprint” qadın sağlamlığı proqramı bu tədqiqatın sonrakı mərhələlərinə də maliyyə ayırmağa hazır olduğunu bildirib.

 

Mənbə: news-medical.net

Tərcümə: Sağlamolun.az 

SAĞ QALAN XƏRÇƏNG XƏSTƏLƏRİ MÜFLİS OLUR

YAŞAMAQ, YOXSA SƏFİL QALMAQ?

Xərçəngin fiziki təsirləri müasir müalicə ilə sağaldılsa da, maliyyə nəticələri ağır və acınacaqlı olur. San-Fransiskoda Amerika Cərrahlar Kollecinin Klinik Konqresində təqdim edilən iki yeni araşdırmaya görə, sağalan xərçəng xəstələri müflis olur.

Tədqiqatlar haqqında Bostondakı Beth Israel Deaconess Tibb Mərkəzinin və Harvard Tibb Məktəbinin tibb elmləri doktoru Benjamin James məlumat verib.

Birinci araşdırmada 99,175 pasientin  Massaçusets Xərçəng Reyestrindən və Experian kredit bürosunun məlumatlarından istifadə edilib.

sidik kisəsi, qaraciyər, ağciyər və kolorektal xərçəngdən sağ qalanlar arasında müflis olanların sayı daha çox nəzərə çarpır, deyə məlumatda bildirilib.

İkinci araşdırmada isə Massaçusetsdə 7227 kolorektal xərçəng xəstəsi nümunəsindən istifadə edilib. Məlum olub ki, yalnız əməliyyat olan pasientlər kimya terapiya keçən xəstələrdən daha çox maliyyə çətinliyi yaşayır.  

Qarışıq müalicə alan xəstələr, yəni həm cərrahiyyə, həm də şüa terapiyası keçirənlər isə ən acınacaqlı halda olanlardır.

Doktor Jeyms  bildirib ki, xərçəngin müalicəsindən yaranan maliyyə yükün nəzərə alınmalı, xəstəliklə mübarizə aparanlar üçün geniş siyasi dəyişikliklər və islahatlar edilməlidir.  

Sonda tədqiqatın rəhbəri "Maliyyə təhlükəsizliyi xərçəng müalicəsində prioritet olmalıdır" deyə vurğulayıb.

 

Mənbə: medscape.com

Tərcümə: Sağlamolun.az

SOYUQDA PAPAQSIZ GƏZMƏK KEÇƏLLİYƏ SƏBƏB OLUR

MÜTƏXƏSSİS İZAH EDİR

Soyuqda papaqsız gəzmək keçəlliyə səbəb olur.

Qışda papaqsız gəzməyin fəsadları barədə xəbərdarlıq edilib.

“Hava temperaturu +1°C və ya daha aşağı düşdükdə, kişilərin keçəlləşməməsi üçün papaq taxması vacibdir.” Bu barədə dermatoloq və trixoloq Tatyana Egorova müsahibəsində danışıb. O, soyuğun qan dövranını yavaşlatdığını, saç köklərinin qidalanma prosesini pozduğunu izah edib.

“Soyuqda papaqsız gəzirsinizsə, saçlarınız mütləq töküləcək. Çünki tük kökü sürətlə zəifləyən bir orqandır və xarici mühitdəki dəyişikliklərə çox həssasdır.” - deyə mütəxəssis bildirib.

O həmçinin, əlavə edib ki, saçın vəziyyəti həm də insanın genetikası və sağlamlıq vəziyyətindən asılıdır.

BURUN DAMCILARI KORLUQ YARADIR

HƏKİM İDDİASI

Yüksək konsentrantlı burun damcıları görməni zədələyir. Bu barədə Rusiyanın tibb elmləri doktoru Vladimir Zaytsev sosial şəbəkə hesabında danışıb.

Həkim deyib ki, burnunuz tutulduğunda bu damcılar tez bir zamanda nəfəs almağınızı bərpa edir. Amma heç düşünmüsünüzmü nəyin bahasına?!

Zaytsev izah edib ki, əvvala bu damcılar asılılıq yaradır. Zamanla onlarsız nəfəs ala bilmirsiniz.

Savadlı qulaq-burun-boğaz  həkimləri burun damcısına ehtiyac yarananda hətta böyüklərə də uşaqlar üçün nəzərdə tutulan preparatların ən zəifini, 0,5 fazilik məhlulunu yazır.

Çünki yüksək konsentratlı burun damcıları selikli qişanı ciddi şəkildə zədələyir. Ani sıxılmadan qan damarlarının spazmı meydana gəlir. Gözlər etmoid labirintinə yaxın yerləşdiyi üçün zədələnmiş hüceyrələr görmədə də problem yaradır.

Tibb elmləri doktoru sağlamlığın təhlükəsizliyi üçün bu məqama qarşı, xüsusilə uşaqlarda çox diqqətli olmağa səsləyib.