BÜTÜN BƏDƏNƏ TƏSİRİ YÜZLƏRLƏ ARAŞDIRMADA MƏLUM OLUB
Aparılan tədqiqatlar yeni nəsil Qlükaqon peptid 1 (GLP-1) kimi reseptor agonistlərinin, yəni piy əleyhinə dərmanların qlükoza nəzarətindən və çəki itkisindən kənar faydalarını aşkar edir.
ClinicalTrials.gov saytında yayımlanan yüzlərlə tədqiqat getdikcə daha aydın nəticələr təqdim edir: GLP-1 dərmanları ürək-damar, mədə, qaraciyər və böyrəklərin sağlamlığının yaxşılaşmasına səbəb olur. Üstəlik, bu preparatların qəbul edənlərdə psixoloji asılılıq və kompulsiv davranışda müsbət dəyişikliklər aşkar edilir.
GLP-1 -in təsiri ilə bağlı hər həftə yeni məlumatlar ortaya çıxır. Son tədqiqatlarda iltihab, yuxu sağlamlığı və alzheimer xəstəliyində müsbət nəticələr yayımlanıb.
Bundan əlavə hazırda döş xərçəngi, psoriatik artrit və polikistik yumurtalıq sindromu üçün risk faktorlarına təsirini araşdırılır.
Eyni zamanda piylənmədən əziyyət çəkən 6-11 yaş arası uşaqlara və 12-17 yaşlı yeniyetmələrə preparatın təsiri ilə bağlı araşdırmanın 1-ci fazası başlayır, 65 yaşdan yuxarı olanlarla bağlı tədqiqatın isə artıq 4-cü fazası bitir.
GLP1-ilə bağlı tədqiqatların 2025 və 2026-cı illərdə də davam etdirilməsi planlaşdırılır və yeni nəsil dərmanların istifadəsi daha geniş spektri əhatə edəcək deyə, mütəxəssislər proqnozlaşdırır.
Saglamolun.Az