Böyrək xəstəliklərinə son qoyan QİDALAR

Böyrək xəstəliklərindən xilas olmaq üçün xalq təbabətinin də rolu böyükdür. 


Sağlamolun.az bu dəfə böyrək xəstəlikləri zamanı istifadə edə biləcəyiniz şəfalı bitkiləri araşdırıb:


Badam: Böyrək və sidik kisəsi yolundakı iltihabları aradan qaldırmağa kömək olur. Ayrıca böyrəkdə yaranan ağrıları da götürür.

Paxla: Sidik yollarını təmizləyərək, böyrək ağrılarını sakitləşdirir. Böyrəkdə yaranan qum və daşları da salmağa kömək edir.

Çiyələk: Sidik yollarını təmizləməyə çox kömək olur.

Gicitkan: Böyrək ağrılarını aradan qaldırır, sidik yollarını da təmizləyir.

Cəfəri: Böyrəkləri işlədir və sidiyə çıxmanı asanlaşdırır.

Turp: Böyrəklərdə olan mikrobları öldürərək , böyrəkdə olan daş və qumların tökülməsinə kömək edir.

Üzüm: Böyrək qumları və daşlarının salınmasına kömək olur.
Yuxarıdakı tərəvəzləri ayrıca qaynadaraq, gündə 1 stəkan suyunu içmək çox faydalıdır.

Saglamolun.Az