Uzman həkim: Bu xəstəliklərin rast gəlmə tezliyi artıb

İnfeksion xəstəliklər – bakteriyalar, viruslar, parazitlər, göbələklər tərəfindən törədilən və bütün orqan və sistemləri zədələyə bilən xəstəlik qrupudur. Bu barədə SAF Hospitalın infeksion xəstəlikləri üzrə mütəxəssisi Uzm. Dr. Fərrux Sədirov sağlamolun.az saytına danışıb.

MƏNBƏYİ NƏLƏRDİR?

Mənbəyə əsasən, xəstə insan, heyvanlar və ətraf mühitdir, qida və sudur. Əsasən insandan insana yoluxmadır. Qan və bədən mayeləri vasitəsilə yoluxma görülə bilir, hava-damcı yolu ilə yoluxma görülə bilir, təmas vasitəsilə yoluxma görülə bilir, qida və su vasitəsilə yoluxma görülə bilir və daşıyıcılar; vektor dediyimiz gənələr, ağcaqanadlar, birələr vasitəsilə yoluxma halları qeyd oluna bilir.
Uzman həkim “Kimlər infeksion xəstəliklərə yoluxa bilər?”, sualını cavablayarkən bildirib ki, yaşından asılı olmayaraq infeksion xəstəliklər bütün yaş qruplarında görülür. Hətta ana bətnində, döldə belə infeksion xəstəlik görülə bilər.

RİSK QRUPUNA KİMLƏR AİDDİR?

Fərrux Sədirov bildirib ki, əsasən, hamilələrdə, yaşlılarda, uşaqlarda, immun sistemi zəifləmiş şəxslər, şəkərli diabet xəstələri, onkoloji və hematoloji problemi olan xəstələrdə infeksion xəstəliklərin rast gəlmə tezliyi artıb.

MÖVSÜMİ XARAKTERİ VARMI?

Bəli, payız və qış aylarında və yaz aylarında infeksion xəstəliklərin rast gəlmə tezliyində artış qeyd olunur, deyə SAF Hospitalın infeksion xəstəlikləri üzrə mütəxəssisi vurğulayıb.

 

 

Saglamolun.Az