Hörmətli sayt istifadəçiləri!

Sağlamolun.az tibbi məlumat portalına xoş gəlmisiniz!

Biz bu saytı sizlər -  öz sağlamlığına biganə olmayan, yaxınları, əzizləri və uşaqlarının qayğısına qalan insanlar üçün yaratdıq.

Saytımız tamamilə müstəqil  bir layihədir. Biz heç kimin maraqlarını təmsil etmirik. Əsas məqsədimiz – vətəndaşlarımıza müxtəlif xəstəliklərin, onların müalicə prinsipləri, diaqnostika və profilaktikası haqda faydalı və maraqlı məlumatların çatdırılmasından ibarətdir.

Saytın istifadəçiləri orqanların düzülüşü və onun işləmə qaydası, insan orqanizminin hər sistemi, orqanizmə nəyin zərər nəyin isə xeyirli olduğunu öyrənəcəklər.

Şəhərimizin tanınmış və peşəkar həkimləri sizin hər bir sualınızı cavablandıracaqlar. Saytda dərc olunan hər bir məlumatın doğruluğuna tam əmin ola bilərsiniz. Saytda istifadə olunan hər material böyük iş təcrübəsi olan peşəkar həkimlər və konsultant-tərcüməçi həkimlər tərəfindən diqqətlə yoxlanılır.

Allah sizə, yaxınlarınıza və uşaqlarınıza can sağlığı versin!

Saytda yerləşdirilmiş bütün materiallar diaqnoz qoymaq və ya özünü müalicə etmək üçün nəzərdə tutulmayıb. Məlumatlar yalnız maarifləndirici xarakter daşıyır.

Hörmətlə,

Marina İsayeva

Baş redaktor

 


BAŞ REDAKTOR HAQQINDA

İsayeva Marina

1973-cü ildə Bakı şəhərində anadan olub.

Təhsil:

- 1995-ci ildə fərqlənmə diplomu ilə M.F. Axundov adına Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir (ixtisas - rus dili və ədəbiyyat).

Peşəkar iş fəaliyyəti:

- 1995-1996-cı illərdə 6 N-li Bakı şəhər orta məktəbində rus dili və ədəbiyyat müəlliməsi işləyib

- 1996-1997-cı illərdə "7 Gün" qəzetində (rus redaksiyası) müxbir vəzifəsində çalışıb.

- 1997-ci ildə "Panorama" qəzetində müxbir vəzifəsində çalışıb.

- 1997-1999-cu illərdə "Consultinq & Business" jurnalında redaktor vəzifəsində çalışıb.

- 1999-2000-ci illərdə "Наше время" jurnalında baş redaktor vəzifəsində çalışıb.

- 2000-ci ildən başlayaraq "Buta design" şirkətində redaktor və kopirayter vəzifəsində çalışır.

- 2011-ci ildən "Buta design" şirkətinin növbəti layihəsi olan Saglamolun.Az - Tibbi Məlumat portalının baş redaktoru vəzifəsində çalışır.

Bir çox elmi-populyar kitabların müəllifi və tərtibatçısıdır.

Bu kitablar arasında:

- "Hamiləlik və doğuş. 1 yaşına qədər körpələrə qulluq"

- "Беременность и роды. Уход за детьми до 1 года"

- "Kişi və qadın sağlamlığı. Sonsuzluq və onun müalicəsi"

- "İmmunitet"

- "İlk tibbi yardım"

- "Uşağın sağlamlığı"

- "Sağlam olaq"

- "1 yaşına qədər körpələrin qidalandırılması" və s.


 

NAİLİYYƏTLƏRİMİZ!

Şərhlər  

#64 fidaşka 11.08.2014 06:12
salam həkim. mən 22 həftəlik hamiləyəm. qarnımda köp var. ama hamiləliyimdə başqa hərşey yaxşı gedir Şükür Allaha. şüyüt çayı içmək istiyirəm ki, köp ağırlığım keçsin. məni narahat edir. körpəyə bir ziyanı olmaz? bir də günə neçə fincan içim? çoc sağ olun.
#65 Administrator 11.08.2014 09:53
Bu linə keçib sualınızı yerləşdirin: http://saglamolun.az/index.php/ginekologiya/1410-firuze-ceferzade.html

HƏKİMLƏR

Tərlan Qasımov

Tərlan Qasımov

Qastroenterologiya

Qastroenteroloq-İnvaziv Endoskopist İş stajı -8 il

Ətraflı...
Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 5 il

Ətraflı...
Aytəkin Quliyeva

Aytəkin Quliyeva

Trixologiya

Trixoloq (saç üzrə mütəxəssis) İş stajı - 9 il

Ətraflı...
Яндекс.Метрика