Qaraciyər daim öd ifraz edir. Öd xüsusi orqanda - öd kisəsində toplanır və daha sonra ehtiyac yarandıqda onikibarmaq bağırsağına daxil olur.
Bağırsaq parazitlərindən ehtiyatlı olun.
Bağırsaq parazitlərinə qarşı ən böyük ehtiyat tədbiri təmizliyə və gigiyenaya riyayət etməkdir.
Bunu türkiyəli qastroenteroloq Mustafa Yalçın deyib.
"Xalq arasında “pinworm, qurd, tapeworld, ascaris” adlandırılan parazitlər ürəkbulanma, qarın ağrısı, ishal, halsızlıq kimi simptomlarla özünü göstərir. Bağırsaq qurdları bağırsaqlarda yaşayan və tək bir hüceyrədən metr uzunluğa çata bilən müxtəlif parazitlərdir. Bunlar yediklərimizlə qidalanan parazit növləridir. Bağırsaq qurdlarının yumurtası yaxşı yuyulmayan tərəvəz və meyvələrdə, kifayət qədər bişməmiş ətdə, xəstə heyvanın ətindən hazırlanan yeməklərlə ağızdan orqanizmə daxil olur. Sonra bağırsaqda çoxalır, böyüyür və yetkinləşirlər. Onlar həmçinin nəcislə, çirklənmiş səthlərlə təmasda yayılır. Buna görə də əl gigiyenası çox vacibdir",-deyə həkim bildirib.
Onun sözlərinə görə, xüsusilə uşaqlarda bağırsaq parazitlərinin səbəblərindən biri də parklarda, küçələrdə, uşaq meydançalarında nəcislə çirklənmiş torpaqla oynamaq, çirkli əllərini ağızlarına salmaqdır. Tualet qapısının tutacaqları bu infeksiyaların yayıldığı yerlərdən biridir. Əllərin yaxşıca sabunlanması, tərəvəz və meyvələrin hərtərəfli yuyulması, ətin lazımi qaydada bişirilməsi, sağlam və təmiz su istehlakı bağırsaq parazitlərinə qarşı alına biləcək mühüm tədbirlərdir. Qapı tutacaqları, kranlar kimi səthlər yaxşı təmizlənməli, mənşəyi məlum olmayan suyu içmək məsləhət deyil.
İştahsızlıq və anemiya
Həkim onu da qeyd edib ki, bağırsaq parazitləri iştahsızlığa, yatarkən ağızdan tüpürcək axmasına, diş qıcamağa səbəb olur. vurğulayan “Qusma, qarın ağrısı, ishal, ürəkbulanma, anemiya və anusda qaşınma bağırsaq parazitlərinin yaratdığı digər şikayətlərdir. Bağırsaq parazitləri bir çox müxtəlif xəstəliklərin riskini artırır. Xüsusilə uşaqlarda inkişaf geriliyinə səbəb ola bilər. İshalla gündəmə gələn təhlükə maye itkisi, yəni susuzluqdur. Dehidrasiya ciddi və həyat üçün təhlükə yarada bilər. Bəzi parazitlərin sürfələri ağciyər və qaraciyər kimi orqanlarda yerləşərək həmin orqanlara xas şikayətlərə səbəb ola bilər. Onlar pnevmoniya və qanaxma kimi ciddi allergik reaksiyalar yarada bilər. Gigiyena olmayan yerdə xəstəliklər artır, parazitlər inkişaf edir. Bədənimizi parazitlərə təslim etməmək, xəstələnməmək üçün gigiyenaya diqqət yetirməli, lazımi tədbirləri görməliyik”.
Sevinc Hüseynova
Qarın nahiyəsindəki ağrıları bu xəritə ilə analiz et.
İnsanın emosional durumu, hissləri, neqativ olması və ağlaması onun qaraciyərinin normal işləmədiyini göstərir.
Stress, qorxu, helikobakteri bakteriyası, qeyri-düzgün qidalanma və çox miqdarda dərman mədədə xora aça bilər.
Tualetdə bağırsaqdan gələn bu vaxta kimi görünməyən istənilən axıntıya qarşı diqqətli olmaq lazımdır.
Alt sinə hissəsində yanma və narahatlıq, ürəkaçan yeməkdən sonra ürək bulanması çoxları tərəfindən yaşanılır.
Ən çox rast gəlinən bağırsaq xəstəliklərinə aşağıdakılar aiddir:
Mədəaltı vəzin xərçəngi ilk mərhələlərdə simptomsuz, ağrısız keçir.
Kolorektal - düz və yoğun bağırsaq xərçəngi son zamanlar çox diaqnoz olunur.
Dərmanların təsirindən mədə xorası tez-tez rast gəlinən problemlərdən biridir.
Vilson xəstəliyi qaraciyərdə, mərkəzi sinir sistemində və digər orqanlarda mis (Cu) ionlarının yığılması ilə müşahidə olunan, autosomal-ressesiv mis metabolizması xəstəliyidir.
Kalsinatlar qaraciyərdə infeksion xəstəliklərə yoluxma, eləcə də orqanizmdə metobolizm proseslərinin pozulması, əsasən də kalsium mübadiləsinin patologiyası zamanı yaranır.
Bağırsaq xərçənginin ən çox yayılmış əlaməti nəcisə çıxarkən dəyişikliklərin olmasıdır.
Yeməkdən sonra yəqin ki, bir çox insan köplə rastlaşır. Tibb elmində bunun adı meteorizmdir.
Mədəaltı vəz çox incə, mürəkkəb bir orqandır, çox zaman qəfildən, gözlənilmədən sıradan çıxır, əgər ağrıdısa, deməli, vəziyyət ən ağır mərhələdədir.
Xərçəngin bir çox mümkün əlamətləri var, baxmayaraq ki, onlar müxtəlif sağlamlıq problemləri ilə əlaqələndirilə bilər.
Mədə turşuluğunun yüksəlməsi, göynəmə və yanma ürəyə zərərlidir.
Qastroenteroloq Natalya Şustova şorbanın gündəlik istehlakının təhlükələri barədə xəbərdarlıq edib.
Qəbizlik ən yayılmış pozulmalardan biridir. Lakin buna baxmayaraq bir çox insanlar qəbizliyin əslində nə olduğunu bilmir.
Bəzi insanlar şokolad, keks, çipsi yesə də, arıq qala bilir. Başqa biri isə hər kalorini hesablamağa məcburdur ki, artıq çəki almasın.
Qaraciyərin orqanizmin sağlamlığında böyük rolu olduğu hamıya məlumdur.
Onkoloq, tibb elmləri namizədi Rodion Siqal hansı patogenin mədə xərçəngi və xoralara səbəb olduğunu izah edib.