Su həmişə ağrıları aradan qaldırmaq və şişkinliyin qarşısını almaq üçün ən yaxşı köməkçi hesab olunur.
Şişmiş hemoroidlərə də bu üsul müsbət təsir edir. Su hemoroidin yaratdığı narahatçılıqdan xilas olmaq üçün daimi həll yolu deyil, müalicə etmir, sadəcə rahatladır.
Hemoroidi (babasili) aradan qaldırmaq üçün sudan necə istifadə etmək olar?
Suyun istifadəsi hemoroidləri tamamilə müalicə edə bilməz, ancaq ağrı və qaşınma da daxil olmaqla bəzi simptomların intensivliyini azaltmağa kömək edir. Başqa sözlə desək, hemoroid zamanı infeksiyanın qarşısını almaq üçün tualetə getmək və təmiz su ilə yuyunmaq lazımdır.
Vanna qəbulu
Bu üsul çox uzun müddətdir məlumdur. Vannaya isti su doldurub içində oturmaq simptomların yaratdığı narahatlığın qarşısını ala bilər. İsti su vannasının qəbulu məqsədi suyun bütün anal hissəyə toxunmasıdır. Su toxumalara nüfuz edir və qaşınma və ağrıları aradan qaldırmağa kömək edir.
Su, yuyucu parça və ya birbaşa barmaqdan istifadə edərək bir az yumşaq masajla birlikdə bu bölgədəki limfa düyünlərini stimullaşdırır, bu da hemoroidlərə antiinflamatuar təsir göstərir.
Hemoroid qanamasını necə dayandırmaq olar?
Vannada və ya 10-20 sm su ilə doldurulmuş qabda mümkün qədər rahat oturun. Bu mövqe, ombaları mümkün qədər yaymaq üçün dizləri qaldırmaq və suyun anal bölgəyə toxunması şəklində olmalıdır. Cadı fındığı, limon otu və ya palıd qabığı kimi otlar əlavə edə bilərsiniz.
Qanamanın qarşısını almaq üçün ən yaxşı üsul tualetə getməzdən və ya yeməkdən yarım saat əvvəl oturaq vanna qəbul etməkdir.
Bunu gündə ən azı 3-4 dəfə edin. Yatmazdan əvvəl bunu etməyin faydaları da var. Çimdikdən sonra ərazinin quru olmasına diqqət edin.
Niyə isti su?
Soyuq sudan fərqli olaraq isti su damarların genişlənməsinə səbəb olur. Bu da xəstəyə bir qədər rahatlıq verir.
Oturma hamamında soyuq su istifadə etmək olmaz. Çünki bu vəziyyət arxa əzələlərdə spazm riskini artırır.
Suyun orta temperaturu 38-39 dərəcə olmalıdır. Uzun müddət oturmaqdansa, bunu daha az fasilələrlə etmək daha faydalıdır. Əgər yay aylarıdırsa, üzmək imkanınız varsa, uyğun temperaturda dəniz suyunda çimmək də eyni effekti verəcək.
İsti su vannası müalicəvi metod deyil
Sizi rahatlaşdıran və ağrıları aradan qaldıran isti sulu oturma vannası hemoroid müalicəsində təsirli deyil. Ona görə də ağrınızın azalması xəstəliyin sağalması demək deyil. Bu sahədə mütəxəssis olan ümumi cərrah tərəfindən görülməli və müalicəyə başlanmalıdır.
Sevinc Hüseynova
Saglamolun.Az