YERİYƏ BİLMİR
Səkkiz il ərzində hər gün enerji içkiləri içən 22 yaşlı gənc əlil olub. O, vərdişinə 16 yaşında başlayıb, əvvəlcə gündə bir ədəd enerji içkisindən istifadə edib, lakin tezliklə bu üçə yüksəlib. Gənc çox vaxt içkiləri boş mədə ilə qəbul edib, gecələr isə kompüter oyununu oynamaq üçün oyaq qalıb.
Bir müddət sonra orqanizmi dözə bilməyib. Həkimlərin sözlərinə görə, onun mədəaltı vəzi fəaliyyətini tamamilə itirib və nekroz başlayıb. Bununla yanaşı, qaraciyər və dalaqda ciddi zədələnmə qeydə alınıb, ayaqlarındakı sinirlər demək olar ki, fəaliyyətini itirib. Nəticədə, səhər yatağından qalxa bilməyib. Təcili yardımla xəstəxanaya çatdırılan gəncin vəziyyəti həkimləri də şoka salıb. Hazırda mütəxəssislər onun yenidən yeriyə bilməsi üçün mübarizə aparır, lakin proqnoz hələ ki, ürəkaçan deyil.
Həkimlər bildirib ki, uzunmüddətli yüksək kofein qəbulu və gecə-gündüz davam edən gərginlik bədənin enerji ehtiyatlarını azaldaraq belə ağır nəticələrə səbəb ola bilər. Bu hadisə enerji içkilərinin nə qədər təhlükəli ola biləcəyinin növbəti nümunəsi kimi qiymətləndirilir.
Saglamolun.Az



















