SORĞU KEÇİRİLİB
Britaniyalı psixoloqların apardığı araşdırma göstərib ki, insanların iPhone və Android seçimi onların şəxsi xüsusiyyətləri ilə bağlıdr. Linкoln Universitetinin apardığı tədqiqatda həm Android, həm də iPhone istifadəçiləri şəxsi keyfiyyətlərini və telefonla münasibətlərini qiymətləndirən anketlər doldurub.
Nəticələrə görə, iPhone sahibləri telefonlarını çox vaxt status göstəricisi kimi qəbul edir, brendə və xarici görünüşə daha çox diqqət yetirir. Android istifadəçiləri isə smartfonu əsasən praktik vasitə kimi görür, əsas funksionallığa üstünlük verir.
Tədqiqatçılar müəyyən edib ki, iPhone istifadəçiləri adətən daha gənc olur, onların arasında qadınların sayı çoxdur və emosional yanaşma daha güclüdür. Android istifadəçiləri isə əksinə, daha yaşlı və çox vaxt kişi olur, statusa az önəm verir.
Araşdırmanın müəllifi Hizer Şou bildirir ki, smartfonlar getdikcə insanların daxili obrazının rəqəmsal əksinə çevrilir və seçim də buna uyğun formalaşır. Bununla belə, alimlər vurğulayırlar ki, cəmi 500 nəfərin iştirakı ümumi nəticə çıxarmağa imkan vermir.
Mənbə: unian.net
Saglamolun.Az



















