YAPONİYALI ALİMLƏRİN TƏDQİQATI
Yaponiyanın Ryutsu Keizai University sağlamlıq və idman elmləri fakültəsinin alimləri qadın iştirakçılar arasında aparılan eksperiment nəticəsində müəyyən ediblər ki, ritmik musiqi altında edilən 10 dəqiqəlik qaçış əhvali-ruhiyənin yüksəlməsinə, motivasiyanın artmasına və fiziki sürətin bir qədər artmasına səbəb olur.
Təcrübədə 18-21 yaş aralığında olan 38 tələbə iştirak edib. İştirakçılar bir qaçışı yüksək ritmik musiqi ilə, digərini isə musiqisiz və ya az ritmik fonla ediblər. Musiqili qaçış zamanı qadınlar daha sürətli qaçdıqlarını və «canlılıq», «hərəkət istəyi» hiss etdiklərini bildiriblər.
Alimlərin fikrincə, bu təsirin əsas səbəbi qadınların musiqi stimullarına kişilərə nisbətən daha həssas olmasıdır.
Mütəxəssislər qeyd edirlər ki, əhvali-ruhiyənin yüksəlməsi yalnız psixika ilə deyil, həm də fiziki aktivliklə sıx bağlıdır. Qaçış zamanı dinlənilən musiqinin seçimi – sürətli ritm, vurğu hissi olan avazlar – qadınlarda çıxış keyfiyyətini və gündəlik fiziki aktivliyi artırma potensialına malikdir.
İştirakçılar bu üsulu gündəlik həyatlarına daxil etməklə həm fiziki sağlamlıqlarına, həm də əhval-ruhiyyələrinə müsbət təsir göstərə bilərlər. Bu sadə metod qadınlara özünəinam və enerjini artırmaq baxımından yeni imkanlar təqdim edir.
Mənbə: Health.mail.ru
Saglamolun.Az



















