Qastro-ezofageal reflüks xəstəliyi - TƏBİİ MÜALİCƏSİ

Qastro-ezofageal reflüks xəstəliyi, qəbul edilən qidanın və ya mədə turşusunun qida borusuna doğru geri qayıtmasıdır. Ümumiyyətlə xəstələr bu halı qıcqırma kimi ifadə edirlər. Lakin belə geri qayıtma, əsasən mədədaxili təzyiqin artması ilə uzanıq vəziyyətdə və ya yemək yedikdən dərhal sonra qısa müddətlik normal qəbul edilə bilər. Lakin şikayətlər xroniki olaraq davam edərsə və bu səbəblə qida borusunda zədələnmələr meydana gələrsə buna Qastro-ezofageal reflüks xəstəliyi deyilir.

Xəstəliyin simptomları:

  • Mədədə üzərində və ya döş qəfəsinin ortasında, sümüyün altında çənəyə və boğaza yayıla bilən yanma hissi
  • Ağza acı suyun gəlməsi
  • Geğirmə
  • Köp
  • Qəbul edilən qidanın ağıza qayıtması
  • Çəki itirmək
  • Döşdə ağrı
  • Ağızda qoxu
  • Xroniki faringit
  • Allergik astma
  • Xroniki sinüzit
  • Dişlərin çürüməsi

Reflyuksdan əziyyət çəkənlərin istahlak etməmələri tövsiyə olunan qidalar

  • Çox isti və çox soyuq yeməklər
  • Rəngli çay, qəhvə
  • Kola və qazlı içkilər
  • Siqaret
  • Marqarin
  • Qızartmalar, qovurmalar, yağlı yeməklər, xəmir yeməklər, qaymaq və yağlı souslar.
  • Yağlı konfetlər, halva, lokum, quru qoz-fındıq,
  • Soğan, sarımsaq, tomat pastası və ədviyyatlı qidalar,
  • Kartof qızartması və kartof püresi,
  • Quru lobya, noxud, mərcimək, kələm, brüssel kələmi, gül kələm kimi qaz və köp yaradan qidalar,
  • Sitrus meyvələri, portağal, naringi, qreypfrut, limon, üzüm, qarpız və qovun,
  • Şokolad,
  • Turş qidalar
  • Pomidor
  • Çiyələk, zoğal, qaragilə və toxumlu qara üzüm

 İstehlakı tövsiyə olunan qidalar isə bunlardır:

  • Açıq rəngli çay, bitki çayları
  • Kefir, az yağlı qatıq və probiotik qatıq
  • Qaynadılmış və ya sobada bişirilmiş ət, toyuq, balıq
  • Qaynadılmış yumurta, feta pendiri, az yağlı pendirlər
  • Düyü, makaron
  • Bişmiş tərəvəzlər
  • Südlü və ya meyvəli desertlər
  • Duru yağ
  • Tam taxıllı buğda və ya çovdar çörəyi
  • Alma, armud, banan, şaftalı, albalı
  • Brokoli
  • Kök və kök şirəsi
  • Liflə zəngin qidalar
  • Çobanyastığı çayı
  • Lobya
  • Zəncəfil, zirə, keşniş, kəklikotu

 

Saglamolun.Az