Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis
Avropa Koloproktoloji Assosiasiyasının ilk milli təmsilçisidir
Tibb elmləri üzrə fəlsəfə dokroru
İş stajı - 21 il
Təhsil:
- 1997-ci ildə fərqlənmə diplomu ilə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmişdir.
- 1997-1998-ci illərdə Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının Cərrahiyyə şöbəsində "cərrahiyyə" ixtisası üzrə internatura keçmiş cərrah ixtisasına yiyələnmişdir.
- 1999-cu ildə Gürcüstan Respublikası Tbilisi şəhərinin 1 saylı Klinik Xəstəxanasında "Laparoskopik cərrahiyyənin əsasları" diplomdan sonrakı təhsil proqramı üzrə laparoskopik cərrahiyyənin əsaslarına yiyələnmişdir.
- 2004-2007-ci illərdə Səudiyyə Ərəbistanı Krallığının Cizan şəhərində Abu-Ariş Mərkəzi Xəstəxanasında rezidentura programını bitirmiş cərrah kimi fəaliyyətini davam etdirmişdir. İşlədiyi müddətdə "Ümumi cərrahiyyə" üzrə ixtsasartırma (2006-2007), "Qarın boşluğu orqanlarının USM" (01.01.2007-30.06.2007) və ATLS (Advanced Trauma Life Support) proqramı üzrə təhsil almışdır.
- 2009-cu ildə Türkiyənin Ankara Tibb Universitetində "Kolorektal cərrahiyyə" ixtisası üzrə, 2010-cu ildə isə Ankara Tibb Universitetinin "Endoskopik Cərrahiyyə" şöbəsində “Alt və üst GİST endoskopi işləmləri" ixtisası üzrə təhsil almışdır.
İştirak etdiyi kurslar, konfranslar və s.:
- 2000-ci ildə Gədirli adına Mərkəzi Hövzə Xəstəxanasında laparoskopik cərrahiyyə ixtisası üzrə ixtisasartırma kursunda olmuşdur.
- 2009-cu ildə Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda "Kolorektal cərrahiyyə" ixtisası üzrə təkmilləşmə kursunda olmuşdur.
- 2009-2012-ci illərdə Avstriyanın Salzburq şəhərində "Travma və təxirəsalınmaz cərrahiyyə" üzrə davamlı ixtisasartırma kurslarında olmuşdur.
- 2012-ci ildə İtaliyanın Modena şəhərində Nuovo Ospedale S.Agostino-Estense di Baggiovara klinikasında "Kolorektal cərrahiyyə və kolorektal cərrahiyyədə yeni texnologiyalar" ixtisası üzrə ixtisasartırma kursunda olmuşdur.
- 2013-cü ildə Türkiyənin İstanbul Universiteti Tibb fakültəsinin Cərrahi Endoskopiya şöbəsində "Anal bölümün fizioloji tədrisi" üzrə kursda, 2015-ci ildə İstanbul Universiteti Tibb fakültəsi "Obstetrik Anal Sfinkter Hasarına Multidisiplner Yaklaşım və Anorektal Ultrasonografi" kursunda olmuşdur.
- 2017-ci ildə Vyana Tibb Universitetində (Avstriya, Vyana) Kolorektal Cərrahiyyə üzrə ixtisasartırma kursu keçmişdir.
Elmi fəaliyyət:
- 2007-2011-ci illərdə Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəlikər kafedrasının dissertantı kimi "Mürəkkəb pararektal fistulların müalicəsi" mövzusu üzərində işləyərək 2011-ci ildə tibb elmləri üzrə fəlsəfə dokroru elmi dərəcəsi almaq üçün eyni mövzuda dissertasiya müdafiə etmişdir.
- 2010-cu ildə "Trombofibrinogen tərkibli gelin hazırlanması" texnikası üzrə müəlliflik hüququ almışdır.
- 2016-cı ildən tibb elmləri doktoru elmi adını almaq üçün "Kolorektal poliplərdə kök hüceyrələrinin klinik əhəmiyyəti” mövzusunda elmi iş üzərində çalışır.
- Azərbaycan Tibb Universiteti nəznində Azərbaycan Kolorektal Cərrahiyə Dərnəyinin Elmi katibidir.
- Türk Cərrahi Dərnəyinin, Türk kolonrektum cərrahi dərnəyinin, US-Avstriya Davamlı Təhsil Mərkəzinin üzvüdür.
- Çoxsaylı tibbi məqalələrin və tezislərin müəllifidir.
Çalışdığı tibb müəssisələri:
- 1998-2004-cü il - Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının Cərrahiyyə şöbəsində cərrah.
- 2007-2009-cu illərdə Bakı şəhəri MediClub özəl tibbi klinikada cərrah-proktoloq.
- 2009-cu ildən etibarən Mərkəzi Gömrük Hospitalının cərrahiyyə şöbəsində cərrah.
İxtisaslaşdığı tibbi sahə:
- Mədə və yoğun bağırsağın endoskopik müayinəsi və terapevtik müalicəsi
- Ümumi cərrahi müdaxilələr
- Yoğun və duz bağırsağın cərrahi patologiyalarının müalicəsi
Tel.: (050) 721 91 21
İş: (012) 537 01 83
Facebook: Dr. Aynur Safiyeva
Saglamolun.Az