YENİ TƏDQİQAT
ABŞ-ın Missuri Universitetində aparılan yeni tədqiqat qurudulmuş sarımsaq ekstraktının uzunmüddətli neyrobioloji və davranış təsirlərini araşdırıb. 40 həftə ərzində bu ekstraktla qidalanan yaşlı siçanlarda narahatlıq reaksiyalarının azalması və yaddaş göstəricilərinin yaxşılaşması müşahidə olunub.
Tədqiqat zamanı siçanlar davranış testlərindən keçirilib. Əlavə alan qrup işıq–qaranlıq testində daha az nəticə göstərib, yeni obyektlərin tanınması tapşırığında isə daha yaxşı yaddaş qabiliyyəti nümayiş etdirib.
Analizlər gösrətib ki, qurudulmuş sarımsaq ekstraktı siçanların beynində, xüsusən də hipokamp bölgəsində çox sayda protein səviyyəsini dəyişir. Bu dəyişikliklər siqnalvermə, yaddaş və stress reaksiyası ilə əlaqəli yolların aktivləşməsinə işarə edir.
Alimlər nəticələrin ümidverici olduğunu, lakin insanlara tətbiqi üçün əlavə klinik araşdırmalara ehtiyac olduğunu bildirir.
Saglamolun.Az



















