Hörmətli sayt istifadəçiləri!

Sağlamolun.az saytına xoş gəlmisiniz!

Biz bu saytı sizlər -  öz sağlamlığına biganə olmayan, yaxınları, əzizləri və uşaqlarının qayğısına qalan insanlar üçün yaratdıq.

Saytımız tamamilə müstəqil  bir layihədir. Biz heç kimin maraqlarını təmsil etmirik. Əsas məqsədimiz – vətəndaşlarımıza müxtəlif xəstəliklərin, onların müalicə prinsipləri, diaqnostika və profilaktikası haqda faydalı və maraqlı məlumatların çatdırılmasından ibarətdir.

Saytın istifadəçiləri orqanların düzülüşü və onun işləmə qaydası, insan orqanizminin hər sistemi, orqanizmə nəyin zərər nəyin isə xeyirli olduğunu öyrənəcəklər.

Saglamolun.az sağlamlıq, sağlam həyat tərzi və s. mövzularda insanların maarifləndirilməsi fəaliyyətinə görə 2014-cü ildə 2 nüfuzlu internet mükafatına layiq görülmuşdür.

Allah sizə, yaxınlarınıza və uşaqlarınıza can sağlığı versin!

Saytda yerləşdirilmiş bütün materiallar diaqnoz qoymaq və ya özünü müalicə etmək üçün nəzərdə tutulmayıb. Məlumatlar yalnız maarifləndirici xarakter daşıyır.

Hörmətlə,

Baş redaktor