Qaraciyər xəstəliyinə (serroz) tutulmuş xəstələri təbii qidalar və otlarla müalicə etmək mümkündür.
- Zəfəranla qaraciyər xəstəliklərindən sağaltmaq olar.
İstifadə qaydası:
1 qram qurudulmuş zəfəranı yarım litr qaynadılmış suda 30 dəqiqə müddətində dəmləyərək, gündə 3 dəfə 100-150 ml içmək olar. Müalicəni 2-2,5 ay qədər davam etdirmək lazımdır.
- Qaraciyər xəstəliyinə qarşı acıqovuq otundan hazırlanmış dərman yaxşı təsir göstərir.
İstifadə qaydası:
Çiçək açan dövrda bitkinin yerüstü hissəsini toplayır, açıq havada qurudur, sonra xırdalayırlar. Ondan 1 xörək qaşığı götürüb 1 stakan suda dəmləmək lazımdır. Səhər və axşam yeməkdən əvvəl çay kimi içmək tövsiyə olunur.
- Qaraciyər iltihabında kasnı çayı münasib hesab edilendərmanlardandır.
İstifadə qaydası:
Kasnı bitkisi çiçək açan dövrdə onun yerüstü hissələrini və kökünü toplayır, günəşli havada qurudur, doğrayıb həvəngda qarışdıraraq toz halına salırlar. Bu tozdan 40 gram götürüb 1 litr suda dəmləyirlər.
Dozası:
Gündə 3 dəfə yarım stəkan içməli. Bu çay həm də sidikqovucu təsirə malikdir.
- Qaraciyər xəstəliyi zamanı püstə yemək yaxşı təsir edir.
- Portağal yemək qaraciyər xəstəliyinin müalicəsini asanlaşdırır.
- Yemiş və xiyar tumu yemək qaraciyər üçün xeyirlidir.
- Xırdalanmış zəyərək toxumlarının dəmləməsi qaraciyər ağrılarında sakitləşdirici dərman kimi istifadə edilə bilər.
- Qaraciyər xəstəliklərində qara qarağatın budaqlarını çay kimi dəmləyib içmək olar.
- Çiyələk yemək qaraciyər xəstəliklərinə qarşı müsbət təsir göstərir.
Sevinc Hüseynova
Saglamolun.Az