Загрузка...

Keratokonus - ağır göz xəstəliyi

Gözün şəffaf ön təbəqəsi olan buynuzlu qişa normada kürə formasında olmalıdır.

Keratokonus xəstəliyi zamanı buynuzlu qişa nazilir, uzanır və konus formanı alır.

Keratokonus çox ağır xəstəlikdir. Keratokonus korluğa səbəb ola bilər. Xəstəlik adətən uzun illər ərzində inkişaf edir. Əsasən yetkinlik yaşlarında başlanmasına baxmayaraq 20 yaşından sonra şikayətlərə səbəb olur.

Keratokonus nəticəsində göz heç bir obyeki fokuslaya bilmədiyindən insan yazı yazanda, televizora baxanda, maşın sürəndə, kompüterdə işləyəndə əziyyət çəkir.

Xəstəliyin səbəbləri tam olaraq bilinmir, amma risk faktorları kimi irsiyyət və gözün mexaniki travmaları önəmli rol oynayır. Sərt linza istifadə etmək və gözü tez-tez ovuşdurmaq prosesi gücləndirir.

Xəstəliyin əlamətləri:
- Gözdə uzun müddətli allergiya və qaşınma halları
- Sürətlə artan miopiya və astiqmatizm (xəstə eynəkləri tez-tez dəyişir)
- Eynək taxılmasına baxmayaraq aydın görməmə
- İşığa qarşı yüksək həssaslıq
- Göz qamaşması

Müalicə:
Keratokonusun müalicəsi iki hissədən ibarətdir. Birinci nazilməkdə olan buynuzlu qişanı  möhkəmləndirmək, ikinci isə pozulmuş görməni bərpa etmək.

Prosesi dayandırmaq üçün "kornea kross-linking" (CCL) proseduru vahid standartdır. Prosedur zamanı buynuzlu qişanın səthi söyulur. Əgər buynuzlu qişa həddindən çox incəlibsə, halqalar qoyulur. Sonra pasientin gözünə 30 dəq. ərzində B2 vitamini damızdırılır və buynuzlu qişa tam bu maddə ilə hopdurulur. Daha sonra ultrabənövşəyi işıqla 5-30 dəq. ərzində ekspozisiya etdirilir. Sonda gözə müvəqqəti olaraq kontakt linza taxılır və pasient evə yazılır.

Görməni artırmaq üçün:
- Skleral linzadan istifadə edilir
- Fərdi proqramlaşdırılmış eksimer lazer əməliyyatı tətbiq olunur

Nəzərə alınmalıdır ki, keratokonusun müalicəsi nə qədər erkən başlanarsa,  əməliyyatların sadə və uğurlu alınması şansı bir o qədər artır. Gecikmiş hallarda xəstəyə donor buynuzlu qişa (meyitdən götürülür) transplantasiyası olunur.

Azər Kərimov

Oftalmoloq, cərrah

 

.


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Aytəkin Quliyeva

Aytəkin Quliyeva

Trixologiya

Trixoloq (saç üzrə mütəxəssis) İş stajı - 9 il

Ətraflı...
Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 11 il

Ətraflı...
Şəhla İbrahimova

Şəhla İbrahimova

Oftalmologiya

Oftalmoloq - cərrah İş stajı - 10 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика