İnfarkt riskini azaldan ədviyyat TAPILDI

Amerikanın "Kardiologiya" jurnalında dərc olunan bir araşdırmaya görə, sarıkök infarkt riskini 56 faiz azaldır.

Publika.az xəbər verir ki, sarıkök insanın ürək və damar sağlamlığına aerobika məşqi qədər müsbət təsir göstərir. Lakin bu, o demək deyil sarıkök məşqi əvəz edə bilər. Bununla belə, tədqiqatlar nəticəsində bu ədviyyatın ürək-damar xəstəliklərinin müalicəsi üçün faydalı olduğu üzə çıxıb.

Ürək-damar fəaliyyətini yaxşılaşdırmaq üçün gündə 150 mq sarıkök qəbul etmək lazımdır. Bu proses yalnız 8 həftə davam etməlidir. Gündəlik bir çay qaşığı sarıkök qəbul edə və ya kapsulları ala bilərsiniz.

Sarıkökün insan sağlamlığı üzərində bir neçə faydası var. O, beyni qoruyur, iltihablanmanın qarşısını alaraq xərçəng hüceyrələrinin yaranmasına əngəl törədir. Bağırsaq, prostat, mədəaltı vəzi və ya döş xərçəngi xəstəliklərinin müalicəsində istifadə edilə bilər, ancaq əvvəl həkimlə məsləhətləşmək vacibdir.

Antioksidant, antikanserogen xüsusiyyətləri olan sarıkök Alzeymer kimi xəstəliklərdə də istifadə edilir. Öd daşına qarşı təbii qoruyucudur, qan təzyiqini tənzimləyir, artrit, pankreatit və bağırsaq xəstəliklərində ağrını azaldır.

Saglamolun.Az

........




loading...

HƏKİMLƏR

Ağayeva Aytən Rauf qızı

Ağayeva Aytən…

Endokrinologiya

Cərrah-endokrinoloq Əmək stajı - 23 il

Ətraflı...
Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...
Kəmalə Rəhimova

Kəmalə Rəhimova

Mammologiya

Mammoloq-onkoloq İş stajı - 10 il

Ətraflı...

 


Яндекс.Метрика