Artıq çəki ilə mübarizədə yeni üsullar getdikcə daha çox müzakirə olunur. Son dövrlər arıqlama iynələrinə maraq artarkən, Azərbaycanda da bu üsulla qısa müddətdə ciddi nəticə əldə edən pasiyentlər var.
Belə pasiyentlərdən biri də Azay Hüseynovdur. O, cəmi 2,5 ay ərzində 15 kiloqram çəki atmağa nail olub. Maraqlıdır ki, arıqlama iynələri ilə çəki itirmək artıq yalnız qadınların deyil, kişilərin də müraciət etdiyi üsullardan birinə çevrilib. Bu barədə SAF Hospitalın instagram səhifəsində məlumat verilib.
VİDEO - BURADAN İZLƏ
Uzm. Dr. Əfsanə Bayramova
(Ailə həkimi, terapevt)
Azay bəyin arıqlama prosesini ailə həkimi, SAF Hospitalın uzman terapevti Əfsanə Bayramova müşahidə edib. Həkimin nəzarəti altında aparılan prosesdə məqsəd yalnız tərəzidəki rəqəmi azaltmaq deyil, həm də sağlamlıq göstəricilərini qorumaqdır.
Bəs arıqlama iynələri necə təsir göstərir? Bu preparatlar iştahanı azaldaraq toxluq hissini uzada, nəticədə insanın daha az qida qəbul etməsinə kömək edə bilər. Lakin sürətli çəki itkisi hər zaman sağlam arıqlama demək deyil.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu preparatların istifadəsi fərdi tibbi qiymətləndirmə, düzgün dozalanma və həkim nəzarəti tələb edir. Ürəkbulanma, qusma, qəbizlik, ishal və digər mədə-bağırsaq problemləri yarana bilər. Sürətli çəki itkisi zamanı əzələ kütləsinin azalması riski də nəzərə alınmalıdır.
İynə ilə arıqlamaq istəyənlər unutmamalıdırlar: preparat həkim təyinatı olmadan istifadə edilməməli, müalicə düzgün qidalanma və fiziki aktivliklə dəstəklənməlidir.
Azay bəyin 2,5 ayda 15 kiloqramlıq dəyişiminin təfərrüatları və Əfsanə Bayramovanın tövsiyələri isə təqdim olunan videodadır.
Günel İbadova
Saglamolun.az
Saglamolun.Az



















