Ailədə hamı eyni gündə doğulub - FOTO

MARAQLI HADİSƏ

ABŞ-ın Ohayo ştatında yaşayan Sierra Bler və Hozey Ervin Jr. cütlüyü unikal ailə tarixçəsi ilə gündəmə gəlib. Onların hər ikisi 18 avqust tarixində doğulub, lakin ən maraqlısı odur ki, cütlüyün əkiz övladları da eyni gün dünyaya gəlib.

Sierra və Hozey, Klivlenddəki Hillcrest Hospitalda doğuş zamanı həkimlərdən xahiş edib ki, proses bir qədər gecikdirilsin və körpələr məhz 18 avqustun ilk dəqiqələrində dünyaya gəlsin. Beləliklə, ailənin hər 4 üzvü eyni gündə doğulub. Bu təsadüf sosial mediada böyük maraq doğurub.

Qeyd edək ki, bu hal tibbdə planlı doğuşun vaxtının tənzimlənməsi kimi qəbul olunur. Əgər ana və körpələrin səhhəti buna imkan verirsə, bəzi ailələr xüsusi tarixlərdə doğuşun müəyyən vaxta salınmasını xahiş edir. Həkimlər bu cür qərarlara yalnız tibbi risk yoxdursa razılıq verir. Əks halda, doğuşun gecikdirilməsi və ya süni şəkildə sürətləndirilməsi həm ana, həm də döl üçün təhlükəli ola bilər.

Saglamolun.Az