Загрузка...

Miqren ağrılarına birdəfəlik son qoyan ÇARƏ TAPILDI - MÜKƏMMƏL ÜSUL

Daha çox qadınlarda rast gəlinən miqren ağrılarına birdəfəlik son qoymağın çarəsi tapılıb.

Publika.Az xəbər verir ki, professor Ərtoğrul Uzar şiddətli baş ağrılarını qusma, işıqdan, səsdən və qoxudan narahatlıq hissi müşayiət edə bildiyini deyib:

"Epizodik miqren hücumları ayda bir iki dəfə olan baş ağrısıdır. Xroniki miqren isə tez-tez baş verən, insanın sosial və iş həyatına mənfi təsir edən şiddətli ağrılardır. Əgər baş ağrısı 3 aydan artıq və hər ay 15 gün baş verirsə, bu, artıq xroniki baş ağrılarına daxil edilir.

Xroniki miqren xəstələrinin çoxuna doğru diaqnoz qoyulmur, müalicələri yetərsiz qalır, nəticədə xəstələr həddindən artıq dərman istifadə etməyə başlayır. Demək olar ki, hər gün dərman qəbul edən xəstələr ağrı kəsicilərdən asılı vəziyyətə düşür".

Həkimin sözlərinə görə, baş ağrılarının düzgün diaqnozu üçün beyin tomoqrafiyadan keçirilməlidir:

"Epizodik miqren ağrılarında bəzi dərmanlar effektiv təsir göstərir. Şiddətli miqren ağrıları olan xəstələr də çarəsiz deyil. Estetik məqsədiylə tətbiq edilən zəhərli botulinum maddəsinin miqren xəstələrinə müsbət təsiri elmi cəhətdən sübut olunub. Baş, boyun və alında 31 nöqtəyə kiçik iynələrlə ineksiya edilən botoks dərman inyeksiyası 3 aydan bir həyata keçirilir. Botoks müalicəsi təcrübəli mütəxəssislər tərəfindən həyata keçirilməlidir. "Botolinium" toksini dünyanın ən güclü zəhər növüdür. Bu zəhərin təsiri müddətinin 3-6 ay olduğunu nəzərə alaraq qeyd edə bilərik ki, 3 və 6 ay sonra ağrılar yenidən üzə çıxmağa başlayır".

Məlumat üçün onun da bildirək ki, botoksun miqren ağrılarımı aradan qaldırdığı təsadüfən kəşf edilib. Belə ki, Amerikalı plastik cərrah Bahman Quyuron 2000-ci illərdə alın dartma estetik əməliyatı icra etdiyi xəstələrdə miqren ağrılarının azaldığını təsadüfən öyrənir. Bundan sonra botoks sayəsində dünya əhalisinin təxminən altıda birini narahat edən miqren xəstəliyindən qurtulmaq yolunda ciddi atılan addımlar atılmağa başlanılır. Artıq alın botoksu miqrenə qarşı son illərdə tez-tez tətbiq edilən bir prosedura çevrilib.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

HƏKİMLƏR

Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 11 il

Ətraflı...
Naibə Həsənova

Naibə Həsənova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 13 il

Ətraflı...
Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика