APTEKLƏRDƏ SATILAN ÇOBANYASTIĞI EKSTRAKTI KİMƏ OLAR, KİMƏ OLMAZ?!

ÇAYI, TOZU,YAĞI

Apteklərdə satılan cır çobanyastığı xarici görünüşcə o qədər də gözəl olmasa da, faydalılıq baxımından bütün növlərindən irəlidədir.

Bu çiçəklərin həm diri, həm üyüdülmüş forması, bitki çayları əsrlərdir xalq  təbabətində istifadə olunur. Çobanyastığın bioloji tərkibi nədir və hansı xəstəliklər üçün məsləhət görülür?

Çobanyastığın müalicəvi xüsusiyyətləri

  • antimikrob;
  • antioksidant;
  • iltihab əleyhinə;
  • antidepresant;
  • ishal əleyhinə;
  • antikanserogen.

Diz oynağının osteoartriti olan xəstələrdə çobanyastığı yağının yerli tətbiqi ilə analjezik təsiri qeyd edilir.  

Çobanyastığın 2-ci tip diabetli insanlarda qan şəkərinin səviyyəsinə nəzarətə müsbət təsiri və premenstrüel sindromun simptomlarının şiddətini azaltmaqda istifadə edilməsi də öyrənilir. Bir sözlə, çobanyastığın geniş istifadə sahəsi var.

Çobanyastığı ilə hazırlanan əczaçılıq məhsulları məqsədindən asılı olaraq xaricdən və ya daxildən istifadə oluna bilər.

Çobanyastığı üçün əks göstərişlər

Çobanyastığı, hər hansı bir dərman bitkisi kimi, sui-istifadə edilməməlidir.

Çobanyastığı çiçəklərinə əsaslanan bəzi dərmanlar qaraciyər və böyrək funksiyası ciddi şəkildə pozulmuş və ya travmatik beyin xəsarətləri olan insanlar üçün kontrendikedir. Hamilə qadınlar bu cür məhsulları daxili istifadə etməzdən əvvəl həkimə müraciət etməlidirlər.

 

Saglamolun.Az