GÜNƏBAXAN TUMU ÇIRTLADI, DİLİNİ KƏSDİLƏR

DİL XƏRÇƏNGİ LAL EDİRMİ?

 

75 yaşlı qadın günəbaxan tumu çırtlamağı sevdiyi üçün xərçəng xəstəliyinə tutulub.

Rusiyanın Kuzbass vilayətinin sakini hədsiz çox günəbaxan tumunu çırtladığı üçün dilində bədxassəli şiş aşkarlanıb.

Bu haqda, Kuzbass adına Klinik Onkoloji Dispanserdən məlumat verilib.

Xəstə tum çırtlamağı hədsiz çox xoşladığını etiraf edib. Daha sonra, dilindən yaraların çıxdığını və kiçik xoraya çevrildiyini deyib.

Nəticədə dil şişməyə başlayıb və yaxınları qadını həkimə aparıb. Qadın, “dil ucu xərçəngi” diaqnozu ilə Baş və Boyun Şişləri şöbəsinə yerləşdirilib.

Onkoloqlar, cərrahi əməliyyatla orqanın bir hissəsini kəsib. Lakin bu, xəstənin nitqinə heç təsir göstərməyib.

AMBİSİYALI OLMAQ BEYNİ MƏHV EDİR

PROFESSOR İDDİA EDİR

“Siqaret çəkib, spirtli içki qəbul edirsinizsə, beyninizin 60-70%-i fəaliyyətini itirib”.

Bu sözləri türkiyəli professor Oytun Erbaş deyib.

Professor, idrakı məhv edən 4 əsas amili açıqlayıb. O, ilk öncə tütündən istifadə etməyi vurğulayıb.

Bu zaman, nikotinin tərkibində olan zəhərli karbon monoksid maddəsi beynin bəzi hissələrinə ötürülən oksigenin qarşısını alır, deyə Erbaş bildirib. 

Ona görə də beynin 60%-i zədələnir. 

O, həmçinin alkoqollu içkilərin istehlakının beyin fəaliyyətinə mənfi təsir göstərdiyini deyib.

Oytun Erbaşın sözlərinə görə, spirtli içkilərin azı da, çoxu da beyin sağlamlığı üçün eyni dərəcədə təhlükəlidir.

Mütəxəssis son zamanlar böyüklər və uşaqlar arasında ən çox yayılan yuxusuzluq probleminin də beynə məhv edici təsirindən danışıb.

O, gün ərzində 8-9 saat yatmağın norma olduğunu xatırladıb.

Professor hamı tərəfindən bilinən bu amillərin yanında isə çox fərqli və təəccüb doğuran daha bir faktor açıqlayıb.

Erbaş deyib ki, həddindən artıq ambisiyalı, yəni çox işləyib, həyatını işə həsr edən insanların da beyin fəaliyyəti də ən az pis vərdişləri olanlar qədər ləngiyir.

Çünki daimi stress beyin funksiyalarını kifayət qədər ciddi və bərpaolunmaz həddə zədələyir.

 

DUZLU QİDALAR YEYƏN HAMİLƏ QADININ UŞAĞI AUTİZM OLA BİLƏR

AUTİZMLİLƏRİN BAĞIRSAQ MİKROBİOMUNDA FƏRQ TAPILIB

 

 

Əvvəllər autizmli uşaq mində bir doğulurdu, indi rəqəmlər yüzdələrə yüksəlib. Səbəb isə ətraf mühitin çirklənməsi və qidaların keyfiyyətsiz olmağıdır.

Bu sözləri “196sekiz” You Tube kanalında qonaq olan Professor Oytun Ertaş deyib.

 Misirli alimlər isə autizmli uşaqlarda bağırsaq mikrobiomunda fərqlər aşkar edib.

Xüsusi bağırsaq bakteriyaları aşkar edən araşdırmanın nəticələri Scientific Reports jurnalında dərc olunub.

Tədqiqatda autizm spektri pozğunluğu (ASD) olan uşaqlarda bağırsaq mikrobiomunda dəyişikliklərlə mədə-bağırsaq simptomları arasındakı əlaqə də araşdırılıb.

Bu uşaqlarda bağırsaq bakteriyalarındakı dəyişikliklər, xüsusən də psixobiotiklər (davranışa təsir edən bakteriyalar)

ASD-nin şiddətinə təsir göstərə bilər. Bununla belə, alimlər bildirib ki,  bu tapıntıları təsdiqləmək üçün əlavə tədqiqatlara ehtiyac var.

ASD müalicəsi üçün probiotiklərdən istifadə etməzdən əvvəl fərdi bağırsaq mikrobiomu profillərini nəzərdən keçirmək vacibdir,

çünki probiyotiklər hər bir insana fərqli təsir göstərə bilər, deyə misirli alimlər vurğulayıb.

 

Mənbə: news-medical.net

Tərcümə: Sağlamolun.az

32 YAŞLI QADINDA “VAMPİR” XƏSTƏLİYİ TAPILIB

SARIMSAQ YEDİYİ ANDA ÖLÜMCÜL HALA DÜŞÜR

Bu qadının həyatı “vampir xəstəliyinə” görə kabusa çevrilib!

ABŞ-ın Minnesota ştatında yaşayan 32 yaşlı Feniks Naytinqeylə kəskin porfiriya xəstəliyindən əziyyət çəkir.  Qadında, sarımsaq yedikdən sonra ölümcül tutmalar baş verir. Bu zaman qadında, 3 gün davam edən güclü miqren, qəbizlik, ağrı, qusma və huşunun itməsi kimi hallar baş verir.

Porfiriya – nadir xəstəliklərdəndir. Vampirlərdə də olduğu kimi, günəş işığına qarşı həssaslıq, dərinin ağ və solğun olması, sarımsaq iyindən vəziyyətin pisləşməsi bu xəstəliyin simptomlarıdır.

“Sarımsağın tərkibində çox sayda kükürd olduğundan, mənim ona allergiyam var. Buna görə də, porfiriya xəstəliyi diaqnozu qoyulan gündən sarımsaq tərkibli yeməklərdən çəkinirəm. Böyük miqdarda və ya uzun müddət sarımsaq yemək ölümcül ola bilər. Mənim üçün bu həyati təhlükədir." deyə Feniks öz vəziyyətini izah edib.

 Mənbə: nypost.com

Tərcümə: Sağlamolun.az

  QOCALAN ƏZƏLƏLƏRİ BƏRPA EDƏN YAĞ

 

YENİ ARAŞDIRMA

Balıq yağı qocalmış əzələlərin bərpasını sürətləndirir.

Yeni araşdırmalar göstərir ki, balıq yağı əlavələri qocalmış siçovullarda və əzələ hüceyrələrində əzələlərin sağalmasını sürətləndirir. Bu isə gələcəəkdə insanlarda yaşa bağlı əzələ zədələrindən daha sürətli sağalmaq üçün yeni həll yolu ola bilər.

Tədqiqatçıların balıq yağının əzələlər üçün potensial faydaları barədə məqaləni “Nutrients” jurnalında dərc edib.

Nəticələr göstərib ki, balıq yağı əzələlərin bərpasını gənc siçanlarda nisbətən daha sürətlə baş versə də, yaşlı siçovulların  da orqanizmi nəzərə çarpacaq qədər irəliləyiş göstərib.

Xatırladaq ki, balıq yağı uşaqlarda sağlam böyümə və inkişafı təmin etməklə yanaşı, idrak inkişafı və yetkinləşməsinə də əhəmiyyətli təsir göstərir. Yetkinlərdə omeqa 3 yağ turşularının bir çox xəstəlikdən qorunmasında ciddi əhəmiyyəti var.

Balıq yağı ürək-damar xəstəliklərindən qoruyur, sümük sağlamlığını dəstəkləyir, qaraciyərin yağlanmasının qarşısını alır, psixi xəstəliklərdən qorunmağa töhfə verir, iltihabı azaldır və eyni zamanda  göz sağlamlığını qoruyur.

Mənbə: news-medical.net

Tərcümə: Sağlamolun.az

ŞAMPUN ÜRƏK FƏALİYYƏTİNƏ MƏNFİ TƏSİR GÖSTƏRİR

YENİ ARAŞDIRMA

Alimlər müəyyən edib ki, şampun və plastik qabların tərkibində olan ekoloji fenollar

ürək fəaliyyətinə və onun ritmində pozuntulara səbəb olur.

Bu təbii birləşmələr gündəlik həyatda geniş istifadə olunur.

Onlar  konservantların, kosmetik parabenlərin bir hissəsidir və plastikin istehsalı zamanı istifadə olunur.

Tədqiqatın nəticələri göstərib ki, şəxsi qulluq vasitələrində olan müəyyən fenolların təsiri

ürək fəaliyyətindəki dəyişikliklərlə əlaqələndirilir.

Bu maddələrin təsiri əksər insanlar üçün zərərli olmasa da, alimlər bu cür dəyişikliklərin,

xüsusilə aritmiyalı, yəni ürək ritmi pozulan insanlarda mövcud olan ürək problemlərini

daha da ağırlaşdıra biləcəyini qeyd edib.

 

ll QAN QRUPU OLANLARIN İNSULT RİSKİ 16% ÇOXDUR

GENETİKLƏR AÇIQLAYIB

2-ci qan qrupu olanların insult riskinin daha çox olduğu bildirib.

Bu qan qrupundan olan insanlarda insult riski 16% çoxdur,

1-ci qan qrupu olanlarda isə 12% daha azdır.

Genetiklərin fikrincə, 2-ci qan qrupu olan insanlarda 60 yaşından əvvəl insult riski artır.

Tədqiqatda, 18-59 yaş arası 17.000-dən çox insultdan sağalan və təxminən 600.000 nəzarət altında olan

xəstə iştirak edib. Gen testi zamanı, 2 nəfərdə 60 yaşından əvvəl insult riskinin artması müəyyən olunub.

2 xəstədən 1-də isə bu, qan qrupu ilə əlaqəlidir.

Alimlər, bu prosesin necə baş verdiyini tam müəyyən etmədiklərini qeyd edib.

“ScienceAlert” jurnalında dərc olunan məqalədə bunun qan laxtalanması səbəbilə baş verdiyi ehtimal edilir.

Nəticədə, gənc yaşda olan insan aterosklerozdan daha çox trombozdan əziyyət çəkir.

ÖZÜNÜZÜ SELLOFAN TORBA İLƏ SAĞALDIN

ASTMA XƏSTƏLƏRİNƏ EV ŞƏRAİTİNDƏ STABİLLƏŞMƏ METODU

"Mən pəhrizlərin qəti əleyhinəyəm, çəki atmaq üçün karbohidratları və zülalları ayrı yemək kifayətdir”

cümləsi ilə məşhur olan Tibb Elmləri Doktoru İvan Neumivakin astma xəstələri üçün sellofan torbayla

nəfəsi stabilləşdirmə üsulu yenidən sosial şəbəkədə viral olub.

Neumivakin astronavtların xarici tənəffüsü ilə bağlı tədqiqatlar aparıb,

bu sahədə bir sıra ixtiralar edib, hətta kosmonavt və pilotların nəfəs alması

mövzusunda dissertasiya müdafiə edib.

Həkim astma xəstələrinin hər hansı bir səbəbdən astma inqalyatoru  

yanında deyilsə, nəfəs dərib, daha sonra onu sellofan torbaya boşaltmaq

və elə ordan geri çəkməyi məsləhət görür. Bu məşğələni 2 dəqiqə ərzində təkrarlamaq kifayət edir,

deyə Neumivakin bildirib. Bu çox sadə, lakin eyni zamanda effektiv üsuldur.

Ürək və beyin kimi orqanlarında problem olanlar da həftədə bir dəfə

bu sellofan torba metodundan istifadə edə bilər, deyə müasir kolleqaları

tibb elmləri doktorunun bu ixtirasını dəstəkləyir.

CIZILMIŞ TAVADA YEMƏK HAZIRLMAQ XƏRÇƏNG RİSKİ YARADIR

SAĞLAMLIQ, YOXSA PUL?! 

Xərçəng riskini artıra biləcəyi üçün yeməyi cızıqlmış tavada bişirmək olmaz.

Bu barədə rusiya mətbuatına dietoloq Yelena Solomatina məlumat verib.

“Əgər yapışmayan tavanın örtüyü bıçaq və ya çəngəl ilə cızılıbsa, düşünmədən atın.

Bu məişət avadanlığı zədə aldıqda teflonu parçalanmağa başlayır və o, kanserogenə çevrilir.  

Bu da xərçəngin inkişaf riskini artıran birbaşa hallardandır”, - deyə Solomatina vurğulayıb.

Həkim eyni zamanda sağlamlığın təhlükəsizliyi baxımından neytral sayılan keramika, çini qablar

və ya şüşədən hazırlanmış mətbəx avandanlıqlarına üstünlük verməyi məsləhət görür.

Sizdə öskürək bu həddə çatıbsa - Bu dərmanlardan uzaq durun!

Öskürək - bütün tənəffüs sistemi orqanlarının demək, olar ki, hamısının mütləq simptomu olaraq, orqanizmin verdiyi müdafiə reaksiyasıdır.