YENİ ARAŞDIRMA
Balıq yağı qocalmış əzələlərin bərpasını sürətləndirir.
Yeni araşdırmalar göstərir ki, balıq yağı əlavələri qocalmış siçovullarda və əzələ hüceyrələrində əzələlərin sağalmasını sürətləndirir. Bu isə gələcəəkdə insanlarda yaşa bağlı əzələ zədələrindən daha sürətli sağalmaq üçün yeni həll yolu ola bilər.
Tədqiqatçıların balıq yağının əzələlər üçün potensial faydaları barədə məqaləni “Nutrients” jurnalında dərc edib.
Nəticələr göstərib ki, balıq yağı əzələlərin bərpasını gənc siçanlarda nisbətən daha sürətlə baş versə də, yaşlı siçovulların da orqanizmi nəzərə çarpacaq qədər irəliləyiş göstərib.
Xatırladaq ki, balıq yağı uşaqlarda sağlam böyümə və inkişafı təmin etməklə yanaşı, idrak inkişafı və yetkinləşməsinə də əhəmiyyətli təsir göstərir. Yetkinlərdə omeqa 3 yağ turşularının bir çox xəstəlikdən qorunmasında ciddi əhəmiyyəti var.
Balıq yağı ürək-damar xəstəliklərindən qoruyur, sümük sağlamlığını dəstəkləyir, qaraciyərin yağlanmasının qarşısını alır, psixi xəstəliklərdən qorunmağa töhfə verir, iltihabı azaldır və eyni zamanda göz sağlamlığını qoruyur.
Mənbə: news-medical.net
Tərcümə: Sağlamolun.az
Saglamolun.Az