Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edilib.
Sədrin səlahiyyətlərinin icrası onun müavini Anar İsrafilova həvalə olunub. Məlumatı TƏBİB yayıb.
Hələlik rəsmi qurumlar tərəfindən Vüqar Qurbanovun vəzifədən azad edilməsinin səbəbləri açıqlanmayıb.
Qeyd edək ki, V. Qurbanov 2022-ci ilin sentyabrında TƏBİB-in icraçı direktoru təyin edilmişdi.
Saglamolun.Az



















