Загрузка...

Ovulyasiyanın baş verməməsinin SƏBƏBLƏRİ

Çox vaxt qadında sonsuzluğun səbəbi məhz ovulyasiyanın baş verməməsi olur. Bunun səbəbi nədir? Ovulyasiya qadında bir çox səbəblərə görə baş verməyə bilər.

Bəzi qadınlarda bunun səbəbini araşdırmaq hətta mümkün olmur. Ovulyasiya çox incə bir mexanizmdir və bu mexanizmə bir çox amillər təsir edə bilər.

Beləliklə, ovulyasiyanın baş verməməsinin səbəbləri:

1. Fizioloji səbəblər

- hamiləlik (bütün hamiləlik dövrü follikul yetişmir və ovulyasiya baş vermir);

- laktasiya (uşaq əmizdirilməsi) - uşaq yalnız ana südü ilə saatla deyil uşaq tələb etdiyi vaxtı (gecə əmizdirmələr mütləqdir) qidalandırıldıqda ovulyasiya baş vermir;

- doğuş, süni (abort) və təbii uşaqsalma (ovulyasiya bir neçə ay ərzində baş verməyə bilər);

- bəzən bütün bu yuxarıda sadaladığımız səbəblər olmadan tam sağlam qadında 1 il ərzində bir neçə menstrual dövrdə ovulyasiya baş verməyə bilər. Buna "anovulyator menstrual dövr" deyilir və bu heç bir patologiya sayılmır. Qadının yaşı artdıqdca anovulyator menstrual dövrlərin sayı da artır. Belə ki, 30 yaşına qədər olan cavan qadınlarda 1 il ərzində 2-3, 40 yaşından sonra isə - 4-5 hətta 8 anovulyator menstrual dövr ola bilər.

- menopauza (klimaks). Menopauzadan sonra (təxminən qadının 50 yaşından sonra) menstruasiyalar tam kəsilir, qadının orqanizmində follikullar yetişmir və ovulyasiya baş vermir.

2. Güclü fiziki gərginliklər və emosional streslər səbəbindən ovulyasiyanın vaxtı uzana bilər və ya ovulyasiya baş verməyə bilər.

3. Bədən çəkisinin normadan az və ya artıq olması da ovulyasiyanın baş verməməsinə səbəb ola bilər.

4. Səyahətlər, iqlimin kəskin dəyişilməsi.

5. Ağır infeksion və somatik xəstəliklər.

6. Hormonal fonun pozulmaları. Orqanizmdə hazırlanan bir çox hormonların tarazlığının pozulması ovulyasiyanın baş verməməsinə səbəb ola bilər. Bunların arasında - LH, FSH, proqesteron, estrogenlər, androgenlər (kişi hormonları), qalxanvari vəzi hormonları, prolaktin və s. Bu hormonal pozulmaların səbəbləri müxtəlifdir - polikistoz yumurtalıqlar sindromu, qalxanvari vəzi xəstəlikləri, hipofizin və böyrəküstü vəzilərin xəstəlikləri və s.

7. Qadın cinsiyyət sistemi patologiyaları, xəstəlikləri və iltihabları.

Hər bir halda ovulyasiyanın baş verməməsinin səbəbini və ya səbəblərini dəqiq təyin etmək lazımdır ki, daha təsirli müalicə təyin olunsun. Bunun üçün qadın bütün hormonal analizlərindən (LH, FSH, proqesteron, estrogenlər, qalxanvari vəzi hormonları, androgenlər (kişi hormonları), prolaktin və s.) və USM-dən keçməlidir.

USM bir neçə menstrual dövr ərzində aparılmalıdır. Bu çox vacibdir! Dediyimiz kimi, bəzən hətta tam sağlam qadınlarda anovulyator menstrual dövrlər mümkündür. Menstrual dövr 28 gün təşkil etdikdə USM dövrün təxminən 8-ci-10-cu günündən (daha uzun menstrual dövrlərdə daha gec) başlayaraq 2-3 gündən bir (bunu həkim təyin edir) ovulyasiya gününə kimi (və ya menstruasiyaya kimi) aparılmalıdır.

Adətən qadında ovulyasiya baş vermədikdə ona ovulyasiyanı stimullaşdıran xüsusi müalicə təyin olunur. Bunun üçün müxtəlif preparatlar (klostibeqit, menaqon, pureqon və s.) istifadə olunur. Eyni zamanda həkim USM vasitəsilə follikulun yetişməsi prosesinə nəzarət edir. Follikul lazım olan ölçülərə (20-25 mm) çatdıqda qadına xorinik honadotropinin inyeksiyası təyin olunur (dərmanın dozasını həkim təyin edir, adətən bu 5000-10000 vahid təşkil edir). Ovulyasiya adətən inyeksiyadan 24-36 saat sonra baş verir və USM köməyi ilə bu fakt təsdiq olunur. Daha sonra hamiləlik baş verdiyi halda qadına hamiləliyin saxlanması və inkişafı üçün hormonal preparatlar təyin olunur (utrojestan, düfaston və s.).

Ovulyasiya baş vermədikdə, qadının növbəti menstrual dövründə stimulyasiya yenidən tətbiq edilə bilər. Bu halda həkim dərmanların dozalarını artıra bilər.

Nəzərinizə çatdıraq ki, ovulyasiyanın stimulyasiyası qadının həyatı boyu 5-6 dəfədən artıq tətbiq olunmamalıdır. Əks halda qadında erkən klimaks başlaya bilər. Bundan əlavə stimulyasiyalar 3 dəfədən artıq bir birinin ardınca tətbiq olunduqda və effekt vermədikdə, qadına əlavə müayinələr təyin olunmalıdır.

Ovulyasiyanın stimulyasiyası yalnız boruların keçiriciliyi yoxlandıqda, qadının həyat yoldaşının spermoqramması müsbət olduqda və kişi və qadın arasında bioloji uyğunluq təsdiq olunduqda tətbiq olunmalıdır.

Bundan əlavə qadında qalxanvari vəzi hormonları, prolaktin və kişi hormonları normada olmadıqda stimulyasiya lazım olan effekt verməyə bilər. Bu səbəbdən ilk növbədə bu hormonların fonu tənzimlənməlidir. Bir çox hallarda bundan sonra qadın heç bir müalicə olunmadan hamilə qalır.


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#8 Administrator 04.05.2013 11:17
Hörmətli Xumar xanım!
Prolaktinin səviyyəsi yüksək olduqda follikullar yetişmir və ovulyasiya baş vermir. Bu səbəbdən qadında sonsuzluq inkişaf edir.
Prolaktinin yüksəlməsinin səbəbini araşdırmaq lazımdır.
Saytımızın "Sonsuzluq və onun müalicəsi" bölməsində "Prolaktinin yüksəlməsi və sonsuzluq" adlı məqaləsində Sizə lazım olan məlumatlar var.
Allah şəfa versin!
#9 gulnar 06.05.2013 17:41
salam hekim mende aybawi 2 gun olur bu normaldirmi?yox sa azdir?bunun uwaga qalmaga ziyani varmi
#10 Administrator 07.05.2013 14:29
Hörmətli Gülnar xanım!
Menstrual qanaxma 3 gündən az olmamalıdır. Əks halda mütləq ginekoloqa müraciət etmək lazımdır. Bu hər hansı hormonal pozulmanın və ya ginekoloji xəstəliyin əlaməti ola bilər. Bu pozulma və ya xəstəlik isə öz növbəsində sonsuzluğa səbəb ola bilər.
#11 Nura 15.05.2013 18:00
Salam,,,3 ildirki hamilelik vas vermir,24 yasim var,5 yasinda 1 qizim var,3 il bundan qabaq 3ayliq abor olunmusam,ondan sonra hamile qala bilmirem,hormon larim ,yarsi asagi,yarsi yuxari idi,,ancaq son vaxtlar qaydasindadir,s on 2 aydir ki,men bir ay icinde 3-4 defe USMde oldun,dominant falekullar izlendi aybasinin 24 cu gunu solda 25-sagda 27 mm idi,hemin gun hekim iyne vurdu,dedi 30 saat erzinde partlamalidir,m en her gun tezden temperaturumu olcdum,ancaq temp.yuxari qalxmadi,,hekim dedi yeqin partlamayib,men 33-34 gunden bir aybasi oluram,,Hekim sizce neden olar partlamamagi??? gelen ayda yeniden iyne vurulsa ziyan ola biler???
#12 Gulbahar 03.08.2013 16:44
salam Aynure xanim menim de aybasim normal olmurdu.uc ildi aile qurmusam ama ovladim olmur teessuf ki.Ne qeder mualice goturdum duzelmedi.Sonra yumurtaliqlarin polikistozundan emeliyyat olundum.indi sentyabrda bir il olacaq emeliyat oldugum.yene uje baslayib pozulmaga.hekim im demisdi ki 3 ay erzinde hamile qala bilersen ama qalmamisam.ne meslehet vere bilersininz?
#13 Ayran 08.12.2013 20:04
hormonal pozgunlugu mualice etdikden sonra saglam hamilelik ola bilermi.hem de 34yasinda bir qadin ucun
#14 Administrator 09.12.2013 10:40
Sonsuzluğun səbəbi məhz hormonal pozulma olduqda, bu pozulma aradan qaldırıldıqdan sonra qadın hamilə qala bilər.

Загрузка...

SON YAZILAR

Яндекс.Метрика