MƏQSƏD – TƏHLÜKƏSİZLİYİ ARTIRMAQDIR

Cənubi Koreyada qadınların gecə saatlarında təhlükəsizliyini artırmaq məqsədilə yeni nəqliyyat təşəbbüsü həyata keçirilib. Bir sıra şəhərlərdə yalnız qadınlar üçün nəzərdə tutulan gecə avtobus marşrutları istifadəyə verilib. Bu avtobuslar adi ictimai nəqliyyatın fəaliyyətini dayandırmasından sonra işləyir və əsasən gecə növbəsində işləyən, dərsdən və ya işdən gec qayıdan qadınlara xidmət göstərir.
Yeni marşrutlar təhlükəsizlik baxımından xüsusi texniki avadanlıqlarla təchiz olunub. Avtobusların salonunda videomüşahidə kameraları, fövqəladə hallar üçün həyəcan düymələri quraşdırılıb. Bundan əlavə, bəzi marşrutlarda çalışan personalın xüsusi təlim keçdiyi və sərnişinlərin təhlükəsizliyi ilə yanaşı, psixoloji rahatlığını da təmin etməyə hazır olduğu bildirilir.
Layihənin əsas məqsədi qadınların gecə saatlarında ictimai nəqliyyatdan istifadə zamanı üzləşə biləcəyi riskləri azaltmaq, onların özlərini daha güvənli hiss etməsini təmin etməkdir.
Saglamolun.Az



















