Gicitkənin şəfa gücü

TƏBİİ MÜALİCƏ MƏNBƏYİ

Qan üçün əhəmiyyətlidir
Gicitikənın tərkibində dəmir, C və K vitaminləri, həmçinin fol turşusu mövcuddur. Bu maddələr qanın tərkibinin yaxşılaşmasına, hemoglobin səviyyəsinin artmasına və qanazlığı riskinin azalmasına kömək edir. Xüsusilə yaz aylarında qəbul edilən gicitika orqanizmi gücləndirir.

İltihabı azaldır və ağrını yüngülləşdirir
Bitki antioksidantlarla zəngindir. Oynaq və əzələ ağrıları zamanı iltihabi prosesləri zəiflədə, revmatik şikayətlərin azalmasına dəstək ola bilər. Müntəzəm istifadəsi orqanizmdə toksinlərin xaric olunmasına yardım edir.

Saç və dəri sağlamlığı
Gicitikən ekstraktı saç köklərini möhkəmləndirir, saç tökülməsini azalda bilər. Dərinin yağ balansını tənzimləyir, sızanaq və qızartıların azalmasına kömək edir.

İmmuniteti gücləndirir
Vitamin və minerallarla zəngin tərkibi immun sisteminin fəaliyyətini dəstəkləyir, mövsümi infeksiyalara qarşı müqaviməti artırır. Gicitika çay və ya həlim şəklində istifadə oluna bilər.


Saglamolun.Az