Onkoloji xidmətlərlə bağlı dəyişiklik

ÖZƏL TİBB MÜƏSSİSƏLƏRİNDƏ DƏ YARDIM ALA BİLƏCƏKLƏR


Milli Məclis onkoloji xidmətlərlə bağlı mühüm qanun dəyişikliyini son oxunuşda qəbul edib. Bununla bağlı "Əhalinin sağlamlığının qorunması haqqında" və "Onkoloji yardım haqqında" qanunlara təklif edilən dəyişikliklər parlamentin yaz sessiyasının plenar iclasında müzakirə edilib.
Layihəyə əsasən, artıq vətəndaşlar yalnız dövlət müəssisələrində deyil, müəyyən şərtlərlə özəl tibb müəssisələrində də onkoloji yardım ala biləcək. Bunun üçün özəl klinikalar “Lisenziyalar və icazələr haqqında” qanunun tələblərinə uyğun olaraq məhz onkoloji yardım üzrə xüsusi lisenziyaya malik olmalıdır.
Hazırda qüvvədə olan qaydalara görə, onkoloji xəstələrə tibbi xidmət yalnız ixtisaslaşmış dövlət tibb müəssisələrində göstərilir və bu xidmətlər dövlət büdcəsi hesabına maliyyələşdirilir. Yeni dəyişiklik pasiyentlərin həkim və tibb müəssisəsi seçimi hüququnun daha geniş təmin olunmasına imkan yaradacaq. Bununla yanaşı, dövlət büdcəsi hesabına göstərilən xidmət mexanizmi qüvvədə qalır.

Saglamolun.Az