BU ÖLKƏDƏ ÜÇ KİŞİDƏN BİRİ UŞAĞININ ATASI DEYİL

ŞOK STATİSTİKA



Atalıq testlərinə maraq kəskin şəkildə artıb.
Məlumatı Qazaxıstanın yerli ORDA.KZ portalı yayıb. Nəşr ölkədə fəaliyyət göstərən DNA-test laboratoriyasına istinadən bildirib ki, hər üçüncü müraciət edən kişi test nəticəsində uşağın bioloji atası olmadığını öyrənir.
Laboratoriyanın açıqlamasına görə, hər gün 15-20 nəfər məsləhət üçün müraciət edir. Ay ərzində isə 80-100 kişi atalıq testi etdirir. Statistikaya əsasən, testlərin təxminən 30 faizi mənfi nəticə verir. Bu isə, demək olar hər üç müraciətdən biri ailə üçün gözlənilməz və acı həqiqətlə nəticələnir.
Mütəxəssislər qeyd edir ki, əsasən orta yaşlı, sabit gəliri olan kişilər ailədaxili münaqişələr və şübhələr səbəbindən test etdirməyə qərar verir. Artan müraciətlər ölkədə bu sahəyə marağın yeni trendə çevrildiyini göstərir.
Bəs Azərbacanda həyat yoldaşının sədaqətinə şübhə edən kişilərin sayı nə qədərdir? Bununla bağlı atalıq testi edən bir neçə klinikaya müraciət etdik. Bildirdilər ki, bu statistika konfedensialdır.
Kiçk bir araşdırma zamanı məlum oldu ki, ölkəmizdə atalıq testlərinin qiyməti 150 manatdan 3000 manata qədərir.

Saglamolun.Az