Qadınlar bu gigiyena vasitələrindən imtina etməlidir

London imperator kolecinin alimləri sübut edir ki, qadınlar qadin intim gigiyena vasitələrindən imtina etməlidir. Söhbət bu bölgələr üçün nəzərdə tutulmuş sabun və gellərdən gedir.

Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, alimlər KİV-dən qadınlara müraciət edib. Müraciətdə onlar qeyd edirlər ki, heç bir həkim belə vasitələrdən istifadə etməyi tövsiyə etmir və bu yalnız reklam hiyləsidir.

Alimlərin fikrinə görə, intim gigiyena vasitələri nəinki heç bir fayda vermir və yalnız pul itkisidir, bu vasitələr qadın sağlamlığına ziyan vurur. Bunun bir çox səbəbləri var:

- Bu vasitələr bəzi xəstəliklərin simptomlarını azaldır və ya gizlədir (məsələn, qaşınmanı). Nəticədə qadın bu simptoma fikir vermir və həkimə vaxtında müraciət etmir.

 - Digər tərəfdən bu vasitələr infeksion və göbələk xəstəliklərinin, vaginanın mikroflorasının pozulmasının riskini artırır.   

- İntim gigiyena vasitələri dərini həddindən artıq qurudur və bu da mikroçatların əmələ gəlməsinə səbəb olur ki, bu da müxtəlif infeksiyaların riskini artırır.

Həkimlər vaginanın daxilini xüsusi vasitələrlə yumağı qəti şəkildə tövsiyə etmirlər. Uşaqlıq yolu özü özünü təmizləyən orqandır və istənilən "müdaxilə" qadın sağlamlığına yalnız ziyan vurur. Bu həm adi sabun və gellərə, həm də "xüsusi" vasitələrə aiddir.

Saglamolun.Az




loading...

TƏZYİQİ DƏRMANSIZ SALMAQ ÜÇÜN ƏN ASAN ÜSUL

 


Яндекс.Метрика