Tez-tez unudursan? - Təhlükəli xəstəliyin xəbərçisi ola bilər

Ən xırda şeyləri belə xatırlamaqda çətinlik çəkirsinizsə və yaddaşınız yavaş-yavaş pisləşirsə, siz təhlükəli xəstəliyin ilkin mərhələsində ola bilərsiniz.

“Times of India”-nın xəbərinə əsasən, demansın ilk əlamətlərinə əşyaların harada olduğunu unutmaq və nə edəcəyini xatırlaya bilməmək daxildir.

Diqqət etməli olduğunuz başqa bir demans əlaməti isə düzgün sözləri tapmaqda çətinlik çəkməkdir. Əhvalın tez-tez dəyişməsi də bir insanın psixi sağlamlıq problemlərinin olduğunun başqa bir göstəricisidir.

Ünsiyyət və yaddaş demansın ən böyük əlamətləri olsa da, bu simptomların bir neçə alt növü var və onlardan biri residivdir. Bu bir gündə eyni işləri təkrar-təkrar görməyə səbəb olur. Bundan başqa, insan tez-tez bildiyi yerləri tanımaqda və tapmaqda çətinlik çəkir. Demanslı insanlar fikir dağınıqlı yaşayırlar və müzakirələri izləyə bilmirlər.

Demansın erkən aşkarlanması vəziyyətin pisləşməsinin qarşısını ala bilər. Bu səbəbdən də ilkin əlamətlərə əsasən, həkimə müraciət etmək və müalicəyə başlamaq lazımdır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, gənc yaşda demans halları, yəni 65 yaşdan aşağı insanlarda demensiyanın başlaması ümumi demens hallarının 9 faizini təşkil edir. Demans riskini artıra bilən amillər sosial təcrid, koqnitiv hərəkətsizlik və depressiyadır. Tədqiqatlar göstərir ki, insanlar fiziki aktiv olmaqla, siqaret çəkməməklə, zərərli spirtli içkilərdən uzaq durmaqla, çəkilərinə nəzarət etməklə, sağlam qidalanmaqla, qan təzyiqi, xolesterin və qan şəkəri səviyyələrini sağlam saxlamaqla yaddaş zəifləməsini və demans riskini azalda bilərlər.

 

 

medicalmedia.az 

Saglamolun.Az