Məşhur professordan ŞOK açıqlama: Kəllə-paça yeyən insanlar... - VİDEO

 

Daxili xəstəliklər üzrə həkim, kardioloq və türkiyəli professor Canan Karatay xaşın tərkibinin kollagenlə zəngin olduğunu deyib.

C.Karatayın sözlərinə görə, kəllə-paça yeyən insanların botoksa ehtiyacı yoxdur.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sağlam qidalanma ilə bağlı məsləhətlər verən professor yağlı quzu ətinin istənilən miqdarda yeyilə biləcəyini deyib. Onun sözlərinə görə, kəllə-paça insan sağlamlığı üçün olduqca faydalıdır:

“Çoxlu xaş yeyin, çünki o, ən dəyərli qidadır. Xaş xolesterini yüksəltdiyi üçün illərlə yeyilməməsi məsləhət görüldü. Amma gördüyünüz kimi xəstəliklər yenə də var və artır. Xaşın tərkibi vücudun ehtiyacı olan təbii proteinlə zəngindir, həm də təbii kollagendir. Qadınlar gedib botoks etdirirlər. Kəllə-paça yeyən insanların botoksa ihtiyacı qalmır”.

Nəzərinizə çatdırırıq ki, kollagen - insan orqanizminin fəaliyyəti üçün çox mühüm rol oynayır. Sümüklərin, qığırdaqların, əzələlərin, vətər və bağların tərkibinə kollagen daxildir. Məhz kollagen onların möhkəmliyi və fasiləsiz işinə cavabdeh sayılır. Başqa sözlə desək, kollagen - bütün orqanlar üçün birləşdirici toxuma rolunu oynayan, xüsusi yağlaşdırıcı zülaldır.

Kollagen həmçinin dərimizdə də çox miqdarda olub, onun möhləmliyi və elastikliyini təmin edir. Lakin yaşlandıqca kollagenin istehsal prosesi zəifləyir və ilk olaraq dərinin vəziyyəti ilə özünü göstərir. Kollagen çatışmazlığı dəri qocalmasıın əsas səbəbidir. Dəri möhkəmlik və elastikliyini itiri, üst qatı nazikləşir, quruluq əmələ gəlir və nəticədə ilk qırışlar yerini tutur.

Saglamolun.Az




loading...

TƏZYİQİ DƏRMANSIZ SALMAQ ÜÇÜN ƏN ASAN ÜSUL

HƏKİMLƏR

Ağayeva Aytən Rauf qızı

Ağayeva Aytən…

Endokrinologiya

Cərrah-endokrinoloq Əmək stajı - 23 il

Ətraflı...
Zülfiyyə Muradova

Zülfiyyə Muradova

Ginekologiya

Mama-ginekoloq İş stajı - 27 il

Ətraflı...
Vüsal Cəfərov

Vüsal Cəfərov

Uşaq cərrahiyyəsi

Uşaq cərrahı və uşaq uroloqu İş stajı - 9 il

Ətraflı...

 


Яндекс.Метрика