SARIMSAQ YEDİYİ ANDA ÖLÜMCÜL HALA DÜŞÜR
Bu qadının həyatı “vampir xəstəliyinə” görə kabusa çevrilib!
ABŞ-ın Minnesota ştatında yaşayan 32 yaşlı Feniks Naytinqeylə kəskin porfiriya xəstəliyindən əziyyət çəkir. Qadında, sarımsaq yedikdən sonra ölümcül tutmalar baş verir. Bu zaman qadında, 3 gün davam edən güclü miqren, qəbizlik, ağrı, qusma və huşunun itməsi kimi hallar baş verir.
Porfiriya – nadir xəstəliklərdəndir. Vampirlərdə də olduğu kimi, günəş işığına qarşı həssaslıq, dərinin ağ və solğun olması, sarımsaq iyindən vəziyyətin pisləşməsi bu xəstəliyin simptomlarıdır.
“Sarımsağın tərkibində çox sayda kükürd olduğundan, mənim ona allergiyam var. Buna görə də, porfiriya xəstəliyi diaqnozu qoyulan gündən sarımsaq tərkibli yeməklərdən çəkinirəm. Böyük miqdarda və ya uzun müddət sarımsaq yemək ölümcül ola bilər. Mənim üçün bu həyati təhlükədir." deyə Feniks öz vəziyyətini izah edib.
Mənbə: nypost.com
Tərcümə: Sağlamolun.az
Saglamolun.Az