YAŞAMAQ, YOXSA SƏFİL QALMAQ?
Xərçəngin fiziki təsirləri müasir müalicə ilə sağaldılsa da, maliyyə nəticələri ağır və acınacaqlı olur. San-Fransiskoda Amerika Cərrahlar Kollecinin Klinik Konqresində təqdim edilən iki yeni araşdırmaya görə, sağalan xərçəng xəstələri müflis olur.
Tədqiqatlar haqqında Bostondakı Beth Israel Deaconess Tibb Mərkəzinin və Harvard Tibb Məktəbinin tibb elmləri doktoru Benjamin James məlumat verib.
Birinci araşdırmada 99,175 pasientin Massaçusets Xərçəng Reyestrindən və Experian kredit bürosunun məlumatlarından istifadə edilib.
sidik kisəsi, qaraciyər, ağciyər və kolorektal xərçəngdən sağ qalanlar arasında müflis olanların sayı daha çox nəzərə çarpır, deyə məlumatda bildirilib.
İkinci araşdırmada isə Massaçusetsdə 7227 kolorektal xərçəng xəstəsi nümunəsindən istifadə edilib. Məlum olub ki, yalnız əməliyyat olan pasientlər kimya terapiya keçən xəstələrdən daha çox maliyyə çətinliyi yaşayır.
Qarışıq müalicə alan xəstələr, yəni həm cərrahiyyə, həm də şüa terapiyası keçirənlər isə ən acınacaqlı halda olanlardır.
Doktor Jeyms bildirib ki, xərçəngin müalicəsindən yaranan maliyyə yükün nəzərə alınmalı, xəstəliklə mübarizə aparanlar üçün geniş siyasi dəyişikliklər və islahatlar edilməlidir.
Sonda tədqiqatın rəhbəri "Maliyyə təhlükəsizliyi xərçəng müalicəsində prioritet olmalıdır" deyə vurğulayıb.
Mənbə: medscape.com
Tərcümə: Sağlamolun.az
Saglamolun.Az