AUTİZMLİLƏRİN BAĞIRSAQ MİKROBİOMUNDA FƏRQ TAPILIB
Əvvəllər autizmli uşaq mində bir doğulurdu, indi rəqəmlər yüzdələrə yüksəlib. Səbəb isə ətraf mühitin çirklənməsi və qidaların keyfiyyətsiz olmağıdır.
Bu sözləri “196sekiz” You Tube kanalında qonaq olan Professor Oytun Ertaş deyib.
Misirli alimlər isə autizmli uşaqlarda bağırsaq mikrobiomunda fərqlər aşkar edib.
Xüsusi bağırsaq bakteriyaları aşkar edən araşdırmanın nəticələri Scientific Reports jurnalında dərc olunub.
Tədqiqatda autizm spektri pozğunluğu (ASD) olan uşaqlarda bağırsaq mikrobiomunda dəyişikliklərlə mədə-bağırsaq simptomları arasındakı əlaqə də araşdırılıb.
Bu uşaqlarda bağırsaq bakteriyalarındakı dəyişikliklər, xüsusən də psixobiotiklər (davranışa təsir edən bakteriyalar)
ASD-nin şiddətinə təsir göstərə bilər. Bununla belə, alimlər bildirib ki, bu tapıntıları təsdiqləmək üçün əlavə tədqiqatlara ehtiyac var.
ASD müalicəsi üçün probiotiklərdən istifadə etməzdən əvvəl fərdi bağırsaq mikrobiomu profillərini nəzərdən keçirmək vacibdir,
çünki probiyotiklər hər bir insana fərqli təsir göstərə bilər, deyə misirli alimlər vurğulayıb.
Mənbə: news-medical.net
Tərcümə: Sağlamolun.az
Saglamolun.Az