Son zamanlar koronavirusun dünyada yayılması bir çox insanları təşvişə salıb.
İlk növbədə qeyd etmək lazımdır ki, stress, qorxu, həyacan immun sisteminə çox mənfi təsir edirək orqanizmin infeksiya və viruslara qarşı davamlılığını kəskin azaldır. Qorxmaq və təşvişə düşməyin əvəzinə lazım olan profilaktik qaydalara əməl etmək lazımdır. Bu tədbirlər çox sadədir – əllərinizi tez-tez yuyun və insanların kütləvi toplandığı yerlərdən uzaq durun.
Digər tərəfdən bir çox virus və infeksiyalar var ki, onların yanında koronavirus “toya getməlidir”. Lakin nədənsə bu infeksiyalardan qorxan yoxdur.
Belə ki, saglamolun.az kp.ru-ya istinadla bildirir Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə,
- Vərəm hər il dünya üzrə 1 milyon 300 min insanın ölümünə səbəb olur
- B və C hepatitləri - 1 milyon 286 min can alır
- QİÇS - 770 min
- Qripp - 650 min
- Malyariya - 405 min
- Qızılca - 142 min
Müqayisə üçün koronavirusdan bu günə kimi 4 mindən az insan ölüb.
Və sonda. Mütəxəssislər qeyd edir ki, hal hazırda bütün dünyada ölümün əsas səbəbi (60-65%) heç də infeksiya və viruslar deyil ürək-damar sistemi xəstəlikləri, xərçəng, xroniki respirator xəstəliklər və şəkərli diabetdir.
ÜST-nin məlumatlarına görə, ürəyin işemiya xəstəliyi hər il 9 milyon (!), insult isə 6 milyona qədər (!) insanın ölümünə səbəb olur.
Saglamolun.Az