Bu əlamətlər şəkərli diabetə tutulduğunuzu göstərir – DİQQƏTLİ OLUN

Xalq arasında şəkər xəstəliyi kimi tanınan diabet lazımi qayğı göstərilmədiyi təqdirdə həyati təhlükə yarada bilər.
Bununla əlaqədar türkiyəli mütəxəssis Dr. Esra Ülker açıqlama verib.
“Diabet mədəaltı vəzinin kifayət qədər insulin istehsal edə bilmədiyi zaman qanda qlükoza yığılması ilə qan şəkərinin artması ilə nəticələnən xroniki bir xəstəlikdir. Ailənizdə tip 1 və ya 2 diabet xəstəsi varsa, bu xəstəliyə tutulma ehtimalıniz daha yüksəkdir. Kilolu olmaq 2-ci tip diabet üçün mühüm risk faktorudur və diabetin başlanğıc yaşı 45-dir. Oturaq həyat tərzi hər bir xəstəlikdə olduğu kimi şəkərli diabetdə də risk faktorları sırasındadır. Əgər siz şəkərlə zəngin qidalara üstünlük verirsinizsə, özünüzü diabet üçün daha yüksək risk altında qoyursunuz”,-deyə mütəxəssis qeyd edib.
Onun sözlərinə görə, bütün hüceyrə və toxumaların təsirləndiyi diabet xəstəliyində müntəzəm tibbi müayinə vacibdir. Tez-tez susuzluq və ağız quruluğu, tez-tez sidiyə getmə ehtiyacı, kilo itkisi, əllərdə və ayaqlarda uyuşma, halsızlıq, yorğunluq, əhval dəyişikliyi, yaraların gec sağalması xəstəliyin əsas simptomlarıdır. Şəkər xəstəliyinin bədənə verdiyi zərərin qarşısını almaq üçün qan şəkərini nəzarət altında saxlamaq böyük əhəmiyyət kəsb edir. Bu əlamətləri özünüzdə hiss edirsinizsə, mütləq müayindən və analizdən keçin.

 

medicalmedia.az 

 

Saglamolun.Az