Загрузка...

Anafilaktik şokdan sığortalanmaq olarmı?

Bir neçə gün əvvəl Bakının stomatoloji kabinetlərinin birində inyeksiyadan sonra pasientdə anafilaktik şok inkişaf edib ki, nəticədə o dünyasını dəyişib.

Hal hazırda istintaq gedir, həkimin məsuliyyəti aydınlaşdırılır və s...

Anafilaktik şokdan olan ölüm halları bütün dünyada hər il qeyd olunur. Bir çox hallarda bunun səbəbi məhz orqanizmə dərman preparatlarının yeridilməsi olur.

Nəzərinizə çatdıraq ki, heç bir insan (!) anafilaktik şokdan sığortalanmayıb. Hətta insanda heç bir maddəyə allergik reaksiya olmadıqda.

Anafilaktik şok güclü və sürətli allergik reaksiyadır. Bu zaman allergen insanın orqanizminə düşdükdən bir neçə saniyə və ya dəqiqədən sonra insanın ürək-damar və nəfəsalma sistemlərində, böyrəklərində, beynində ağır pozulmalar baş verir. Nəticədə lazım olan tibbi yardım dərhal göstərilmədikdə insan dünyasını dəyişə bilər.

Allergiya xəstəliklərindən və bronxial astmadan əziyyət çəkən insanlar anafilaktik şokun inkişafına görə risk qrupuna daxildir.

Əgər bir insanda, misal üçün, hər hansı qidaya allergiya varsa, bu heç də o demək deyil ki, bu insanda digər maddələrə (dərmanlar, kimyəvi preparatlar və s.) allergik reaksiya inkişaf edə bilməz.

Anafilaktik şok insanın bir çox maddələrlə kontakt zamanı inkişaf edə bilər. Lakin bəzi maddələr bu reaksiyaya daha çox hallarda səbəb olur. Bu maddələrin arasında:

- Bəzi qidalar (qoz-fındıq - araxis, qoz, badam, keşyu və s.; balıq və digər dəniz məhsulları və s.)

- Həşəratların (arı, eşşək arısı və s.) dişləməsi.

- Dərman preparatlarının və tibbi manipulyasiyalarında istifadə olunan maddələrin böyük əksəriyyəti (hətta ən "zərərsizlər") anafilaktik reaksiyaya səbəb ola bilər. Bu preparatların və maddələrin arasında:

- Antibakterial preparatların ("antibiotiklər") bir çox hissəsi: penisillin və onun törəmələri (amoksisillin, ampisillin, oksasillin, amoksiklav, ampioks, auqmentin və s.), levomisetin, streptomisin, sefalosporinlər və s.

- Anesteziya zamanı istifadə olunan preparatlar: novokain, lidokain və s.

- Vaksinlər və anatoksinlər.

- Rentgen zamanı istifadə olunan kontrast maddələr.

- Miorelaksantlar (narkoz zamanı istifadə olunur).

- Vitaminlər (xüsuilə B qrupu vitaminləri).

- Digər maddələr: lateks (əlcəklər, kateterlər, prezervativlər və s.), saç boyaları və s.

Anafilaktik şokun riskini minimuma azaltmaq üçün bütün tibbi manipulyasiyaları (inyeksiyaların vurulması və s.) yalnız tibbi müəssisələrində edilməlidir. Nəzərinizə çatdıraq ki, antibiotiklərin yeridilməsindən əvvəl qoyulan "prob" anafilaktik şokun inkişafına səbəb ola bilər. Anafilaktik şokun inkişafında dərmanın miqdarı rol oynamır!

Stomatoloqa müraciət etdikdə müasir stomatoloji klinikalara ("kabinetlərə" yox!) üstünlük verin.

Həkimə müraciət etdikdə mütləq sizə allergik reaksiya verən maddələr və dərmanlar haqqında xəbər verin.

Bu mövzuda olan digər məqalələr:

Anafilaktik şokun profilaktikası

Şok zamanı ilk yardım


Saglamolun.Az

.
loading...
.

loading...
.

HƏKİMLƏR

Əli Əlizadə

Əli Əlizadə

Osteopatiya

Osteopat, revmatoloq İş stajı - 26 il

Ətraflı...
Ağayeva Aytən Rauf qızı

Ağayeva Aytən…

Endokrinologiya

Cərrah-endokrinoloq Əmək stajı - 22 il

Ətraflı...
Sevinc Musayeva

Sevinc Musayeva

USM

Həkim-radioloq (USM) İş stajı - 7 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика