Qanunsuz diş ağardılması sənayesi ifşa edilib

 

DİŞ HƏKİMLƏRİ ASSOSİASİYASI ŞOKDADIR
BBC-nin araşdırması Böyük Britaniyada hər yerdə pərakəndə satılan təhlükəli və qanunsuz diş ağardıcı məhsulların geniş yayıldığını üzə çıxarıb. Bu gellərin bəziləri qanuni həddən 500 dəfə çox hidrogen peroksid tərkibli olub və diş ətində yanıqlara, dişlərin zədələnməsinə səbəb olur.
Araşdırma zamanı jurnalist saxta “mütəxəssis” sertifikatı əldə edib və sözügecən ağardıcıdan alıb. Britaniya Diş Həkimləri Assosiasiyası (BDA) araşdırmanın nəticələrindən “dəhşətə gəldiyini” bildirib. Qanuna görə, 0,1%-dən artıq peroksid yalnız qeydiyyatda olan diş həkimləri tərəfindən istifadə edilə bilər, lakin BBC-nin laborator testləri bəzi məhsullarda bu göstəricinin 53%-ə çatdığını göstərib.
Lancaster şəhərindən olan 54 yaşlı Kelli Hausun 2015-ci ildə gözəllik salonunda etdirdiyi ucuz ağardıcı prosedur nəticəsində dörd dişini itirib. O bildirib ki, “prosedurdan sonra diş ətlərimdə ağrılar başlayıb və vəziyyət getdikcə pisləşib”.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, belə kimyəvi maddələr diş emalını məhv edir və ciddi yanıq riski yaradır. 2016-cı ildən etibarən Böyük Britaniyada qanuni həddi aşanlara limitsiz cərimə və məhkəmə cəzası tətbiq olunur.

Saglamolun.Az