“Raboçiy” təzyiq. Ölümə aparan təhlükəli mif

Tanınmış rusiyalı həkim-kardioloq Mariya Voloşina yüksək təzyiqlə bağlı olan ən təhlükəli mif haqqında danışıb.  

Bir çox insanların fikrinə görə hər kəsin öz “təzyiq norması” var. Yəni əgər təzyiq normadan yüksək olsa belə, lakin insan özünü yaxşı hiss edirsə, bu onun öz “normal” təzyqidir. El arasında buna “raboçiy” təzyiq deyilir. Bu çox təhlükəli yanılmadır.

Saglamolun.az bildirir ki, Voloşinanın sözlərinə görə, ürək və damarların normal fəaliyyəti və ürək-damar sistemi xəstəliklərinin profilaktikası üçün təzyiq 120/80 c.st.-dan yuxarı qalxmamalıdır. Yəni 120/80 – sağlam insanın ideal təzyiqidir. Təzyiq bu rəqəmlərdən yuxarı qalxırsa bu artıq patologiyadır. Hətta insan bu zaman özünü yaxşı hiss edir və onda heç bir narahatçılıq yoxdursa, ürək və damarlar  gərgin rejimdə işləyir ki, bu da nəticədə ürək-damar sistemi xəstəlikləri, ani ölüm, infarkt və insultun riskini xeyli artırır. Beləliklə, xəstə ona təyin olunan müalicə, pəhriz, fiziki aktivlik və s. tədbirlərin köməyi ilə təzyqini normaya, yəni 12/80 c.st.-a çatdırmalıdır.  

Həkimlər də təsdiq edir ki, bir çox insanlar hətta təzyiq normadan xeyli yüksək qalxdıqda özünü yaxşı hiss edir və təzyiqin qalxması onlarda heç bir simptomla özünü büruzə vermir.

Hipertoniyanın əsas təhlükəli xüsusiyyəti məhz onun gizli inkişaf etməsidir. Təzyiq daim qalxır, orqanizm bu təzyiqə öyrəşir, adaptasiya mexanizmi qoşulur. Lakin bu zaman orqanizmdə ciddi patoloji proseslər gedir ki, nəticədə bu çox ağır fəsadlar verə, insanın vaxtından tez ölümünə səbəb ola bilər.

Voloşinanın sözlərinə görə, hətta tam sağlam insanda təzyiq müəyyən səbəblərə görə (giziki aktivlik, stress, spirtli içkilərin qəbulu) və s. qalxa bilər. Lakin sağlam insanda təzyiq qalxdıqdan sonra 30 dəqiqəyə qədər vaxt ərzində özü özündən normaya düşməlidir. Əgər təzyiq daha uzun müddət ərzində normaya düşürsə, həkimə müraciət edin.

Həkim insanlara həftədə bir neçə dəfə müxtəlif saatlarda təzyiqi ölçməyi tövsiyə edir. Həmçinin bunu tək yaşlı deyil, cavan insanlar da daim etməlidir ki, hipertoniya vaxtında aşkar olunsun.   

Saglamolun.Az