Baş ağrısı ilə yüksək təzyiqin əlaqəsi varmı?

Adətən baş ağrısı xüsusilə yaşlı insanlarda ilk növbədə yüksək təzyiqlə əlaqələndirilir. Bu səbəbdən baş ağrısı zamanı biz ilk növbədə təzyiqimizi ölçürük.

Rusiyanın "Jit zdorovo!" ("Жить здорово!") adlı populyar sağlamlıq verlişinin həkimləri bu mövzuya xüsusi buraxılış həsr ediblər. Mütəxəssislər qeyd ediblər ki, baş ağrısı ümumiyyətlə təzyiqlə bağlı deyil. Təzyiqin qalxması baş ağrısına səbəb olmur. Hətta əksinə təzyiq baş ağrısına cavab olaraq qalxa bilər.

Saglamolun.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, baş ağrısı yüksək təzyiqin simpomu sayılmır. Yüksək təzyiqi məhz bu səbəbdən "səssiz qatil" adlandırılar ki, o əksər hallarda özünü heç bir simptomla büruzə vermir.

Hipertoniya illər ərzində simptomsuz inkişaf edə bilər və onun ilk "simptomu" hətta infarkt və ya insult ola bilər. Bu səbəbdən həkimlər profilaktik olaraq təzyiqi vaxtaşırı ölçməyi tövsiyə edirlər. Bu yüksək təzyiqi vaxtında aşkar etməyə yardım edəcək.

Nəzərinizə çatdıraq ki, normal təzyiq 140/90 mm c.st qədər sayılır.


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Kəmalə Rəhimova

Kəmalə Rəhimova

Mammologiya

Mammoloq-onkoloq İş stajı - 10 il

Ətraflı...
Cavid Musazadə

Cavid Musazadə

Travmatologiya

Travmatoloq-ortoped (cərrah) Əmək stajı - 8 il

Ətraflı...
Həmidə Səlimzadə

Həmidə Səlimzadə

Allerqologiya

Həkim-allerqoloq İş stajı - 8 il

Ətraflı...

 


Яндекс.Метрика