Duş qəbul etmə tərzinizə görə xarakteriniz - Maraqlı TEST

Türkiyə mətbuatı insanın duş qəbul etmə formasına görə xarakteri ilə bağlı yazı hazırlayıb.

Milli.Az xəbər verir ki, məlumatda bildirilir ki, yuyunmağa ayaqdan başlamaq sadəliyin, təvazökarlığın göstəricisidir.

- İlk növbədə sinəsini yuyanlar özgüvəni yüksək olan insanların xüsusiyyətidir.

- Çimməyə başlayan kimi üzünü yuyan şəxslər utancaq olurlar. Onlar digərlərinə nisbətən daha tez depressiyaya düşüb, stress keçirirlər.

- Hamamda ilk növbədə boyun və çiyinlərini yuyanların rədd edilməkdən xoşları gəlmir və onlar rəqabətdən zövq alırlar.

- Çimməyə əl yumaqla başlayanlar idealist tiplərdir. Onlar hər məsələdə haqlarını tələb edirlər.

- Hamamda ilk növbədə qoltuq altını yuyanlar səmimi və istiqanlı olurlar. Onlar başqalarına yaxşılıq etməkdən çəkinmirlər.

- Çimməyə intim yeri yumaqla başlayan insanlarla ünsiyyət qurmaq olduqca çətindir. Onlar utancaq olurlar.

- Hamamda ilk növbədə saçlarını yuyanlar vaxt itirməkdən xoşlanmırlar.

- Çimməyə qol və ayaqları yumaqla başlayanlar soyuqqanlı və xəyalpərəst olurlar.

- Hamamda ilk növbədə kürəyini yuyanlar tək qalmaqdan zövq alan şəxslərdir.

Saglamolun.Az