QLOBAL GENETİK TƏDQİQAT
Yeni genişmiqyaslı genetik tədqiqat piylənmə xəstəliyin genetik əsaslarının fərqli xalqlarda niyə müxtəlif olduğunu aydınlaşdırıb. Pensilvaniya Dövlət Universitetinin alimləri tərəfindən “Nature Communications” jurnalında dərc olunan araşdırma 839 mindən çox fərqli yetkinin məlumatlarını təhlil edib. 6 qitədən olan qrupun genetik məlumatları əsasında piylənmə ilə əlaqəli 13 gen müəyyənləşdirilib.
Tədqiqatçılar qeyd edib ki, aparılan genetik işlər əsasən Avropa mənşəli iştirakçılar üzərində aparıldığı üçün digər xalqların genetik xüsusiyyətləri nəzərdən qaçıb. Alimlər Britaniya Biobankı və ABŞ-ın “All of Us” proqramının məlumatlarını birləşdirərək nadir, lakin xəstəliyə böyük təsir edən genetik variantları araşdırıb. Bu yanaşma nəticəsində beş yeni piylənmə ilə əlaqələndirilib. Onlardan dördü bədən kütləsi indeksini və ağır piylənmə riskini iki dəfəyədək artırır. Bu genlərin çoxu beyin və piy toxumasında aktivdir və orqanizmdə yağ yığılması ilə əlaqəlidir.
Bu araşdırma ABŞ Milli Səhiyyə İnstitutları (NIH) və Pensilvaniya Dövlət Universitetinin elmi mərkəzləri tərəfindən maliyyələşdirilib.
Saglamolun.Az



















