AMBİSİYALI OLMAQ BEYNİ MƏHV EDİR

PROFESSOR İDDİA EDİR

“Siqaret çəkib, spirtli içki qəbul edirsinizsə, beyninizin 60-70%-i fəaliyyətini itirib”.

Bu sözləri türkiyəli professor Oytun Erbaş deyib.

Professor, idrakı məhv edən 4 əsas amili açıqlayıb. O, ilk öncə tütündən istifadə etməyi vurğulayıb.

Bu zaman, nikotinin tərkibində olan zəhərli karbon monoksid maddəsi beynin bəzi hissələrinə ötürülən oksigenin qarşısını alır, deyə Erbaş bildirib. 

Ona görə də beynin 60%-i zədələnir. 

O, həmçinin alkoqollu içkilərin istehlakının beyin fəaliyyətinə mənfi təsir göstərdiyini deyib.

Oytun Erbaşın sözlərinə görə, spirtli içkilərin azı da, çoxu da beyin sağlamlığı üçün eyni dərəcədə təhlükəlidir.

Mütəxəssis son zamanlar böyüklər və uşaqlar arasında ən çox yayılan yuxusuzluq probleminin də beynə məhv edici təsirindən danışıb.

O, gün ərzində 8-9 saat yatmağın norma olduğunu xatırladıb.

Professor hamı tərəfindən bilinən bu amillərin yanında isə çox fərqli və təəccüb doğuran daha bir faktor açıqlayıb.

Erbaş deyib ki, həddindən artıq ambisiyalı, yəni çox işləyib, həyatını işə həsr edən insanların da beyin fəaliyyəti də ən az pis vərdişləri olanlar qədər ləngiyir.

Çünki daimi stress beyin funksiyalarını kifayət qədər ciddi və bərpaolunmaz həddə zədələyir.

 

Saglamolun.Az