Orqan qardaşlığı! Ölümündən sonra 3 uşağı xilas edən 8 yaşlı oğlan

Türkiyənin Bursa bölgəsində həyatını itirən 8 yaşlı uşağın orqanları 3 uşağın həyata tutunmasına, 2 uşağın isə dünyanı görməsinə kömək edib.

İyunun 7-də yol qəzası keçirən 8 yaşlı oğlan xəstəxanada ilk müayinələrdən sonra əməliyyat keçirsə də, bütün müdaxilələrə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Beyin ölümü gerçəkləşdikdən sonra xəstəxananın orqan nəqli koordinatorları xəstənin ailəsi ilə görüşərək orqan bağışlanması üçün onların fikrini alıblar. Ailənin razılığı nəticəsində vəziyyətlə bağlı Səhiyyə Nazirliyinə məlumat verilib və transplantasiya ediləcək xəstələrin müəyyənləşdirilməsinə başlanılıb.

Yüksek İhtisas Təhsil və Araşdırma Xəstəxanasında aparılan uğurlu əməliyyatla mərhumun böyrəkləri Uludağ Universiteti Tibb Fakültəsinin növbə siyahısında olan 13 və 14 yaşlı 2 qıza və qaraciyəri isə 3 yaşlı uşağın qaraciyərinə transplantasiya edilib. Mərhumun gözlərindəki buynuz qişası 2 uşağın yenidən görünməsinə vəsilə olub.

Mövzuyla əlaqədar açıqlamalar verən Bursanın Sağlamlıq müdiri Dr. Fevzi Yavuzyılmaz orqan bağışlamanın son dərəcə şərəfli və müqəddəs bir əməl olduğunu bildirib. Mərhumun orqanlarını bağışladıqları üçün ailəsinə təşəkkür edib.

"Ailənin bağışladığı orqanlar sayəsində orqan gözləyən 3 övladımız həyata tutunacaq. İki övladımız işıqlı dünyanı görə biləcək. Mərhum oğlumuzun yaxınlarına başsağlığı verirəm, etdikləri bu insani hərəkətə görə minnətdarlığımı bildirirəm”,-deyə Yavuzyılmaz qeyd edib.

 

medicalmedia.az 

Saglamolun.Az